24 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Metroda niyə hər gün “tıxaca düşürük”?

Oktyabr 28, 2024
Cəmiyyət, Manşet
A A

Son günlər metroda yaranan nasazlıqların sayında artım müşahidə olunur. Bu problemlər sərnişin sıxlığına səbəb olur. Mənzil başına daha sürətli çatmaq üçün istifadə edilən yeraltı nəqliyyat vasitəsi artıq öz effektivliyini itirir.

Son günlərin aktual problemlərindən birinə çevrilən metro yubanmalarının qarşısı necə alına bilər?

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-in suallarını cavablandırarkən bildirib ki, metroda baş verən problemlərin qatarla hər hansı ciddi bir bağlılığı yoxdur.

“Bu gün səhər saatlarında qatarda hər hansı bir nasazlıq yox idi, bununla belə, bizim təlimat qaydalarımıza uyğun olaraq, maşinist sərnişinləri düşürür, qatarı yoxlayır, problem yoxdursa, yola davam edir. Sıxlıq varsa, sərnişini günahlandırmaq olmaz. Sərnişin mənzil başına çatmaq istəyir, bu səbəbdən qapıların tutulub saxlanması halları olur. Qatarlar əsaslı təmir olunarkən müasir İtaliya istehsalı olan avadanlıqlar qoşulur.

Son illərdə nasazlıqların sayı azalıb. Amma bu avtomatik idarəetmə sistemidir Maşinistin idarəetmə pultunda qapı ilə bağlı hər hansı bir siqnal varsa, maşinist mütləq buna reaksiya verməlidiir. Burada sərnişin təhlükəsizliyi qatarın yubanmasından daha vacibdir.

Bu gün baş verən hadisə gur saatda olub. İki xəttin yalnız bir elektrik deposu var. Buna görə əvəzinə qatar yalnız “Nərimanov” elektrik deposundan verilir. Bu səbəbdən həmin qatar “Dərnəgül”ə qədər hərəkət edib geri qayıdana qədər intervalı azaltmaq mümkün olmur. İndiki halda üçün əsl və yeganə səbəb budur. Gur saatda bir qatarın xətdən çıxarılması məcburiyyəti yetərlidir ki, sıxlıq ifrat həddə yaxın olsun. Məsələ qatardan çox, infrastrukturla bağlıdır”, – deyə o əlavə edib

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, şəhər mobilliyində axınların qarışması ciddi şəkildə müşahidə olunur.

“Bunun fərqli obyektiv və subyektiv səbəbləri var. Ümumi olaraq, demək olar ki, bizdə son zamanlar avtomobil nəqliyyatına diqqət daha çox ayrılıb, avtomobil yolları çəkilib, avtomobilləşmənin sayı artıb və səfərlərin çox hissəsi avtomobillə təşkil olunur. Digər sərnişindaşıma növləri – avtobuslar, metro şəbəkəsi, şəhərətrafı elektrik qatarı şəbəkələri – istədiyimiz sürətlə inkişaf etmir və bu da fəsadsız ötüşmür.

Sualı başqa cür qoya bilərik ki, niyə sıxlıq bu qədər çoxdur? Niyə məhz konkret olaraq bəzi stansiyalar daha çox yüklənir? Bu da metronun inkişafının şəhərin inkişafından geridə qalmasının nəticəsidir. Metroya investisiya qoyulmalı, yeni xətlər tikilməli, şəhərin şərq və qərb tərəfinin əlaqələndirilməsində bir marşrut yox, üç marşrut formalaşdırılmalıdır.

Yeni tikilən “bənövşəyi xətt”in şəhər mərkəzinə çatdırılması vacibdir. Bu lahiyələr icra olunduğu təqdirdə, sərnişin axını parçalanacaq. Yəni bir-iki stansiyanın daha çox yüklənməsi yox, bütün şəbəkədə bərabər paylanmasına və sərnişinlər üçün fərqli marşrutlarla gediş imkanı yaradılmasına gətirib çıxaracaq. Ən önəmlisi isə interval 1-2 dəqiqə arası olacaq.

Digər məsələ yerin üstündə olan şəhərətrafı elektrik qatarıdır. Onun yerüstü metro funksiyasını daşıması üçün şəbəkənin sağlamlaşdırılması, sürətin, eləcə də, stansiya və qatarların artırılması istiqamətində investisiya yatırılmalıdır.

Beləliklə, şəhər ətrafındakı əsas yükü şəhərətrafı elektrik qatarı, şəhərin daxilində isə metro götürməlidir. Gələcəkdə isə tramvayın əlavə olunmasına ehtiyac var ki, bu da metronun yükünün azaldılmasına gətirib çıxaracaq. Yəni metroda bu gün baş verənlər fəsaddır, səbəb deyil. Səbəb metronun inkişafının zəif getməsidir. Yəni sərnişin axını qeyri-bərabər paylanıb və bugünkü mənzərə ortaya çıxıb”, – o bildirib.

Avropa.info

Əvvəlki Yazı

Bakıda bu ərazidə SÜRÜŞMƏ: Ərazi nəzarətə götürüldü

Növbəti Yazı

Gürcüstanda Azərbaycanlı saxlanildi

XƏBƏR LENTİ

Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

24 İyun 2026 / 18:33
12
Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

24 İyun 2026 / 18:24
8
Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

24 İyun 2026 / 18:12
15
Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

24 İyun 2026 / 18:05
9
Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

24 İyun 2026 / 17:23
2
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

24 İyun 2026 / 11:17
5
Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı –  ADY -dən açıqlama

Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı – ADY -dən açıqlama

24 İyun 2026 / 10:38
9
Regionxeber saytının baş redaktoru həbs edildi

Regionxeber saytının baş redaktoru həbs edildi

24 İyun 2026 / 10:33
4
Azərbaycandan Ermənistana növbəti yük göndərildi

Azərbaycandan Ermənistana növbəti yük göndərildi

24 İyun 2026 / 9:56
1
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun 2026 / 9:50
1
“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

24 İyun 2026 / 9:46
3
Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

24 İyun 2026 / 9:28
1
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Filippində güclü zəlzələ baş verib

24 İyun 2026 / 9:15
1
Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

24 İyun 2026 / 9:00
1
İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

24 İyun 2026 / 8:54
1
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

24 İyun 2026 / 8:44
3
Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

24 İyun 2026 / 8:39
1
ABŞ İrana güzəşt etdi

ABŞ İrana güzəşt etdi

24 İyun 2026 / 8:29
1
Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

23 İyun 2026 / 23:35
3
Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

23 İyun 2026 / 23:32
77
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

23 İyun 2026 / 16:36
5
Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

23 İyun 2026 / 16:14
3
Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

23 İyun 2026 / 16:02
4
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

23 İyun 2026 / 15:57
14
Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

23 İyun 2026 / 15:52
4
Xankəndidə kafedə insident: həbs olunanlar var

Xankəndidə kafedə insident: həbs olunanlar var

23 İyun 2026 / 14:03
4
“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

23 İyun 2026 / 13:52
7
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

23 İyun 2026 / 13:44
6
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

23 İyun 2026 / 13:19
12
Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

23 İyun 2026 / 11:42
23
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.