23 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

İyun 23, 2026
Gündəm
A A

“Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı gündən bəri ölkədə qida keyfiyyətində heç bir müsbət dəyişiklik baş verməyib, əksinə, keyfiyyətli məhsullar satışdan çıxıb; yay mövsümünün gəlişi ilə əlaqədar zəhərlənmə halları artıb və qurum xüsusilə dondurma, süd məhsulları və küçə ticarətinə qarşı təcili reydlər keçirməlidir”.

Avropa.info xəbər verir ki, bu barədə ölkə bazarlarında baş alıb gedən antisanitariyanı, naməlum mənşəli suların satışını və yerli məhsullardakı əsassız bahalaşmanı Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, Rafiq Daşdəmirli bildirib.

“Keyfiyyət Dəyişikliyi Baş Vermədi, Əksinə, Yaxşı Qidalar Yoxa Çıxdı”

MCP rəsmisi agentliyin yaradılması zamanı verilən vədlərlə real mənzərənin daban-dabana zidd olduğunu diqqətə çatdırıb:

“Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvarın 1-dən işə başlayıb. Bununla bağlı ölkə prezidentinin müvafiq sərəncamı mövcuddur və hazırda bir sıra nazirlər və komitə sədrləri bu komissiyanın üzvləridirlər. Bu agentlik birbaşa ölkə əhalisinin qida təhlükəsizliyinə cavabdeh olmalı idi. Hesab olunurdu ki, bu rəsmi qərardan sonra ölkə ərazisində keyfiyyətli qidalar istehlak edəcəyik. Amma çox təəssüf ki, nəinki keyfiyyət dəyişikliyi baş verdi, əksinə, keyfiyyətli qidalar da tədricən yoxa çıxmağa başladı. İndi keyfiyyətsiz məhsullar bütün ticarət şəbəkələrini və dükanları bürüyüb”.

“Satılan Suların Mənbəyi Hələ Də Naməlumdur”

Partiya funksioneri daxili bazarda nəzarətsiz qalan spesifik sahələri və süni qiymət artımını kəskin tənqid edib:

“Ət və süd məhsullarının addımbaşı hər yerdə, eləcə də küçələrdə sanitariya qaydalarına zidd şəkildə satılması, çörəyin keyfiyyətsizliyi və küçə ticarətinin genişlənməsi ciddi narahatlıq doğurur. Bazarda satılan bir çox suların mənbəyi hələ də naməlum olaraq qalmaqdadır. Keyfiyyət problemi bir yana, məhsulların günü-gündən bahalaşması da əhalini çətin vəziyyətə salır. Qiymətlərdə hər gün artım baş verir. İdxal olunan malların qiymətini müəyyən mənada başa düşmək olar, bəs özümüzdə – yerli şəraitdə yetişdirilən məhsulların qiyməti nədən artır? Buna nəzarət edən yoxdur”.

“Dondurmaların Keyfiyyətinə Nəzarət Artırılmalı, Təcili Reydlər Keçirilməlidir”

Yay mövsümünün risklərinə toxunan Rafiq Daşdəmirli rəsmi qurumları fəaliyyətə və reydlərə çağırıb:

“Heç inanılası deyil ki, bu qurum qidaların təhlükəsizliyinə real nəzarət edə bilsin. Əgər edə bilsəydi, ötən dövr ərzində hər hansı bir irəliləyişə nail olardıq. Yay ayının gəlişi ilə bağlı qida zəhərlənmələrinin sayında kəskin çoxalma müşahidə olunur. Ən ağrılı mənzərə isə süd məhsullarından hazırlanan soyuq yeməklərdən zəhərlənmələrdir. Mövcud vəziyyətdə dondurmaların keyfiyyətinə nəzarəti artırmaq daha effektli olar. Eyni zamanda əyalətlərimizdəki ictimai iaşə obyektlərində yeməklərin həm keyfiyyətinə, həm də ona uyğun qiymət siyasətinə nəzarət gücləndirilməlidir. Turizm mövsümü ilə bağlı reydlər mütləq şəkildə intensivləşməli, ölkə insanlarının sağlamlığına münasibət kökündən dəyişməlidir”.

Əvvəlki Yazı

Sabunçuda ağacdan yıxılan kişi öldü

Növbəti Yazı

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

XƏBƏR LENTİ

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

23 İyun 2026 / 13:19
0
Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

23 İyun 2026 / 11:42
13
Sabunçuda ağacdan yıxılan kişi öldü

Sabunçuda ağacdan yıxılan kişi öldü

23 İyun 2026 / 11:13
1
Gürcüstanda zəlzələ baş verdi

Gürcüstanda zəlzələ baş verdi

23 İyun 2026 / 11:09
1
Heyvandarlığın inkişafı və qorunması: Mövcud problemlər və həll yolları – TƏHLİL

Heyvandarlığın inkişafı və qorunması: Mövcud problemlər və həll yolları – TƏHLİL

23 İyun 2026 / 10:44
3
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaq

Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaq

23 İyun 2026 / 9:28
1
Mərdəkanda dənizdə batan 4 gəncin – Fotosu

Mərdəkanda dənizdə batan 4 gəncin – Fotosu

23 İyun 2026 / 9:23
9
şefinin ilk addımı Konqresdə narazılığa səbəb oldu

şefinin ilk addımı Konqresdə narazılığa səbəb oldu

23 İyun 2026 / 9:17
1
Avropada ölümcül istilər gözlənilir – Xəbərdarlıq edildi

Avropada ölümcül istilər gözlənilir – Xəbərdarlıq edildi

23 İyun 2026 / 9:09
2
Fransa – İraq matçı yarımçıq dayandırıldı

Fransa – İraq matçı yarımçıq dayandırıldı

23 İyun 2026 / 8:59
2
Azərbaycanda ali təhsildə praktiki bacarıqların gücləndirilməsi: Universitet-sənaye əməkdaşlığının inkişaf perspektivləri

Azərbaycanda ali təhsildə praktiki bacarıqların gücləndirilməsi: Universitet-sənaye əməkdaşlığının inkişaf perspektivləri

22 İyun 2026 / 22:14
18
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər – Fotolar – Yenilənib

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər – Fotolar – Yenilənib

22 İyun 2026 / 16:50
11
“Əziz Cabir, bu gün sənin 50 yaşın tamam olacaqdı”-Dostlari paylaşım etdi-Fotolar

“Əziz Cabir, bu gün sənin 50 yaşın tamam olacaqdı”-Dostlari paylaşım etdi-Fotolar

22 İyun 2026 / 12:18
32
ATV-nin qadınların pensiya yaşı ilə bağlı verdiyi süjet saxtadır… – Deputat

Deputatla telekanal arasında gərginlik: “Fikirlərim saxtalaşdırılıb” – VİDEO

22 İyun 2026 / 11:32
17
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

22 İyun 2026 / 11:14
20
Türkmənistan prezidentinin rəsmi qarşılanma mərasimi oldu

Türkmənistan prezidentinin rəsmi qarşılanma mərasimi oldu

22 İyun 2026 / 11:07
27
İctimai nəzarət və ekoloji məsuliyyət heyvandarlığın gələcəyini necə müəyyənləşdirir? – TƏHLİL

İctimai nəzarət və ekoloji məsuliyyət heyvandarlığın gələcəyini necə müəyyənləşdirir? – TƏHLİL

22 İyun 2026 / 11:01
9
Rusiya Türkiyə gəmisini PUA ilə vurdu: ölənlər var – Video

Rusiya Türkiyə gəmisini PUA ilə vurdu: ölənlər var – Video

22 İyun 2026 / 10:47
2
Fatih Terimdən azarkeşlərə müraciət

Fatih Terimdən azarkeşlərə müraciət

22 İyun 2026 / 10:41
18
Mingəçevirdə Vətən Müharibəsi iştirakçısı döyülərək qətlə yetirilib

Mingəçevirdə Vətən Müharibəsi iştirakçısı döyülərək qətlə yetirilib

22 İyun 2026 / 10:25
4
Kirayə mənzil bazarında dələduzluq hallarına tez-tez rast gəlirik… – Deputat Razı Nurullayev

Kirayə mənzil bazarında dələduzluq hallarına tez-tez rast gəlirik… – Deputat Razı Nurullayev

22 İyun 2026 / 10:13
44
Deputat Günay Ağamalıya daha bir itki

Deputat Günay Ağamalıya daha bir itki

22 İyun 2026 / 10:06
89
Türkmənistan Prezidenti Azərbaycana gəldi

Türkmənistan Prezidenti Azərbaycana gəldi

22 İyun 2026 / 9:59
4
İsmayılıda “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” layihəsi çərçivəsində ictimai müzakirə keçirilib – FOTOLAR

İsmayılıda “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” layihəsi çərçivəsində ictimai müzakirə keçirilib – FOTOLAR

21 İyun 2026 / 13:24
4
Ağsu və İsmayıllıda heyvandarlığın inkişafına həsr olunmuş ictimai müzakirə keçirilib

Ağsu və İsmayıllıda heyvandarlığın inkişafına həsr olunmuş ictimai müzakirə keçirilib

21 İyun 2026 / 13:18
4
ATV-nin qadınların pensiya yaşı ilə bağlı verdiyi süjet saxtadır… – Deputat

ATV-nin qadınların pensiya yaşı ilə bağlı verdiyi süjet saxtadır… – Deputat

21 İyun 2026 / 10:05
68
Rusiyada kütləvi səfərbərlik başladı

Rusiyada kütləvi səfərbərlik başladı

21 İyun 2026 / 9:05
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib – FOTO

19 İyun 2026 / 22:39
9
Yeniyetmələrin peşə hədəflərinin formalaşdırılmasına dəstək tədbiri keçirilib – FOTOLAR

Yeniyetmələrin peşə hədəflərinin formalaşdırılmasına dəstək tədbiri keçirilib – FOTOLAR

19 İyun 2026 / 15:32
3
Yeniyetmələrin peşə seçiminə dəstək verən maarifləndirici görüş keçirilib

Yeniyetmələrin peşə seçiminə dəstək verən maarifləndirici görüş keçirilib

18 İyun 2026 / 22:17
12
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.