31 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Məhəmməd Əsədullazadə:“Aİ Türkiyə İlə Münasibətlərə Strateji Baxımdan Yenidən Baxmalıdır”

Avqust 31, 2026
Siyasət
A A

 

İslandiyada Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi gözlənilir. Türkiyə, Bosniya və Herseqovina, Serbiya, həmçinin Gürcüstan Avropa İttifaqına üzvlük istiqamətində müxtəlif mərhələlərdə proses aparan ölkələrdir. Təbii ki, Serbiya, Bosniya və Herseqovina və Avropanın digər ölkələrinin bu birliyə daxil olması coğrafi baxımdan daha real görünür. Çünki onların Avropa İttifaqı ilə birbaşa quru əlaqələri mövcuddur. Lakin Cənubi Qafqaz tamamilə fərqli geosiyasi və coğrafi məkandır.

Bunu Avropa.info-ya Cənubi Qafqaz ölkələrinin Avropa İttifaqına inteqrasiya perspektivlərini və regional geosiyasi reallıqları şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

“Cənubi Qafqazın Aİ-yə İnteqrasiyasında Türkiyə Faktoru Xüsusi Əhəmiyyət Daşıyır”

Ekspert region ölkələrinin coğrafi mövqeyini və Türkiyənin strateji rolunu vurğulayıb:

“Uzun illərdir ki, Türkiyə Avropa İttifaqının qapısında gözlədilir, lakin üzvlüyü təmin olunmur. Gürcüstana namizədlik statusu verilsə də, Ermənistan da Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirməyə hazırlaşır. Fikir versək görərik ki, nə Gürcüstanın, nə də Ermənistanın Avropa İttifaqı ilə quru sərhədi var. Hər iki ölkə Rusiya və İran kimi regional güclərin təsir dairəsində yerləşir. Xüsusilə Gürcüstan Rusiya ilə həmsərhəddir, Ermənistan isə İranla həmsərhəddir və uzun illər Rusiya ilə siyasi, iqtisadi və təhlükəsizlik baxımından sıx münasibətlərə malik olub. Hazırda Nikol Paşinyan bu təsirdən çıxmağa və Ermənistanın xarici siyasətini Qərbə, xüsusilə də Avropa İttifaqına istiqamətləndirməyə çalışır. Azərbaycan müstəqil xarici siyasət yürüdür və hazırda Avropa İttifaqına üzv olmaqla bağlı hər hansı siyasi xətt ortaya qoymayıb. Hesab edirəm ki, Gürcüstan və Ermənistanın Avropa İttifaqına gələcək üzvlüyü məsələsində Türkiyənin rolu xüsusi əhəmiyyət daşıyır. İlk növbədə Türkiyənin Avropa İttifaqına üzv olması Cənubi Qafqazın Avropa İttifaqı ilə birbaşa quru bağlantısını təmin edə bilər. Əgər Türkiyə Avropa İttifaqına üzv olmazsa, Gürcüstan və Ermənistanın bu birliyə tamhüquqlu üzv kimi qəbul edilməsi həm geosiyasi, həm də təhlükəsizlik baxımından daha mürəkkəb proses olacaq. Çünki hər iki ölkənin ətrafında ciddi geosiyasi çağırışlar mövcuddur. Gürcüstan Rusiya ilə birbaşa həmsərhəddir. Ermənistan isə İranla həmsərhəddir və Rusiyanın bu ölkə üzərində uzun illər formalaşmış siyasi və iqtisadi təsiri mövcud olub. Bu səbəbdən həmin ölkələrin Avropa İttifaqına inteqrasiyası yalnız siyasi iradədən deyil, həm də regional təhlükəsizlik arxitekturasından asılıdır”.

“Rusiya İvanişvili Vasitəsilə Gürcüstanın İnteqrasiyasına Mane Olur”

MCP rəsmisi Gürcüstan və Ermənistandakı daxili siyasi prosesləri təhlil edib:

“Gürcüstanda isə son dövrlərdə Avropa İttifaqının siyasətindən uzaqlaşma meyillərinin gücləndiyi müşahidə olunur. Hesab edirəm ki, Rusiya Bidzina İvanişvili vasitəsilə Gürcüstanda siyasi proseslərə təsir göstərərək ölkənin demokratik inkişafına mane olur və özünə yaxın siyasi qüvvələrin hakimiyyətdə möhkəmlənməsinə çalışır. Nəticədə Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi ciddi problemlərlə üzləşir. Ermənistanda isə Paşinyan rusiyayönümlü siyasi sistemi zəiflətməyə, ölkənin siyasi sistemini dəyişdirməyə və Avropa İttifaqı ilə əlaqələri genişləndirməyə çalışır. Ermənistanın Avropa İttifaqına üzvlük perspektivinin reallaşması üçün isə yalnız siyasi iradə kifayət etmir. Regional geosiyasi reallıqlar da nəzərə alınmalıdır”.

“Aİ Türkiyə İlə Münasibətlərə Strateji Baxımdan Yenidən Baxmalıdır”

Şərhçi Avropa İttifaqının regiondakı gələcək geostrateji siyasətinə diqqət çəkib:

“Avropa İttifaqı Cənubi Qafqazı öz geosiyasi və təhlükəsizlik siyasətinə daha sıx şəkildə daxil etmək istəyirsə, Türkiyənin rolunu nəzərə almalıdır. Türkiyəsiz Avropa İttifaqının Cənubi Qafqazda uzunmüddətli və effektiv geostrateji siyasət həyata keçirməsi olduqca çətin olacaq. Əgər Avropa İttifaqı Cənubi Qafqaz ölkələrinin gələcəkdə birliyə inteqrasiyasını istəyirsə, Türkiyə ilə münasibətlərə yeni yanaşma formalaşdırmalı və Türkiyənin üzvlüyü məsələsini də strateji baxımdan nəzərdən keçirməlidir. Hesab edirəm ki, Türkiyə olmadan Gürcüstanın, Ermənistanın, eləcə də gələcəkdə Azərbaycanın Avropa İttifaqına üzvlüyü geosiyasi baxımdan olduqca mürəkkəb və çətin proses olacaq”.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Qırğızıstana səfərə  gedəcək – Video

Növbəti Yazı

Nepalda daşqınlar 900-dən çox insanın həyatına son qoyub, minlərlə insan itkin düşüb

XƏBƏR LENTİ

Nepalda daşqınlar 900-dən çox insanın həyatına son qoyub, minlərlə insan itkin düşüb

Nepalda daşqınlar 900-dən çox insanın həyatına son qoyub, minlərlə insan itkin düşüb

31 Avqust 2026 / 9:29
0
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:“Aİ Türkiyə İlə Münasibətlərə Strateji Baxımdan Yenidən Baxmalıdır”

31 Avqust 2026 / 9:20
52
Prezident lham Əliyev Özbəkistanın “Ali Dostluq Dərəcəsi” ordeni ilə təltif edildi-Foto

Prezident İlham Əliyev Qırğızıstana səfərə  gedəcək – Video

31 Avqust 2026 / 9:14
4
Saldo: “Ukrayna hərbçiləri Xersondakı sakinlərdən sığınacaq kimi istifadə edirlər”

Saldo: “Ukrayna hərbçiləri Xersondakı sakinlərdən sığınacaq kimi istifadə edirlər”

31 Avqust 2026 / 9:08
8
Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

Slyusar: Rostov vilayətinin altı rayonunda bir gecədə Ukrayna Silahlı Qüvvələrinə məxsus 30-dan çox pilotsuz uçan aparat vurulub

31 Avqust 2026 / 8:58
3
Rusiya Xarici İşlər Nazirliyi NATO-ya Ukraynaya yardım üçün əks tədbirlər barədə xəbərdarlıq edib

Rusiya Xarici İşlər Nazirliyi NATO-ya Ukraynaya yardım üçün əks tədbirlər barədə xəbərdarlıq edib

31 Avqust 2026 / 8:23
11
SEPAH İordaniyadakı ABŞ qırıcı bazalarının məhv edildiyini açıqladı

SEPAH İordaniyadakı ABŞ qırıcı bazalarının məhv edildiyini açıqladı

31 Avqust 2026 / 8:17
12
“Biz möhkəm dayanırıq”: Həbsxanada olan Maduro nəvələrinə və uşaqlarına təsirli mesaj yayımladı

“Biz möhkəm dayanırıq”: Həbsxanada olan Maduro nəvələrinə və uşaqlarına təsirli mesaj yayımladı

31 Avqust 2026 / 8:11
16
Səudiyyə Ərəbistanından istefada olan general: Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir

Netanyahunun seçki öncəsi “qorxu” siyasəti: O, yeni təhdidlər etdi

31 Avqust 2026 / 7:47
18
İnqilab Keşikçiləri: Biz İordaniyadakı ABŞ-ın iki hava bazasını ballistik raketlərlə vurduq

İnqilab Keşikçiləri: Biz İordaniyadakı ABŞ-ın iki hava bazasını ballistik raketlərlə vurduq

31 Avqust 2026 / 7:43
20
Məkkə Birgə Müdafiə Sazişinin ilk komitə iclası İstanbulda

Məkkə Birgə Müdafiə Sazişinin ilk komitə iclası İstanbulda

31 Avqust 2026 / 7:36
21
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

30 Avqust 2026 / 20:52
1
Təcili: Girne sahillərində içərisində 267 nəfərin olduğu bərə batıb

Təcili: Girne sahillərində içərisində 267 nəfərin olduğu bərə batıb

30 Avqust 2026 / 16:52
4
Welt: Ukraynanın ələ keçirən dronları Rusiya İHA-larına qarşı gücsüzdür

Welt: Ukraynanın ələ keçirən dronları Rusiya İHA-larına qarşı gücsüzdür

30 Avqust 2026 / 10:57
8
Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib

Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib

30 Avqust 2026 / 10:51
10
Siciliya adasındakı meşə yanğınları yaşayış məntəqələrinə yaxinlaşir

Siciliya adasındakı meşə yanğınları yaşayış məntəqələrinə yaxinlaşir

30 Avqust 2026 / 10:46
14
Nikolay Plotnikov: “70 ölkədən 7 min muzdlu Ukrayna Silahlı Qüvvələrinin tərəfində Rusiyaya qarşı döyüşür”

Nikolay Plotnikov: “70 ölkədən 7 min muzdlu Ukrayna Silahlı Qüvvələrinin tərəfində Rusiyaya qarşı döyüşür”

30 Avqust 2026 / 10:40
14
Vladimir Putin Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib

Vladimir Putin Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib

30 Avqust 2026 / 10:21
14
Türkiyə İsrail hökumətini qorxaq və çürük adlandırıb

Türkiyə İsrail hökumətini qorxaq və çürük adlandırıb

30 Avqust 2026 / 10:09
15
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur – Video

Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur – Video

30 Avqust 2026 / 9:58
17
Venesuela ilə ABŞ arasında neft müqaviləsi 25 il müddətinə olacaq

Venesuela ilə ABŞ arasında neft müqaviləsi 25 il müddətinə olacaq

30 Avqust 2026 / 9:52
10
Nepalda daşqın nəticəsində ölənlərin sayı 675 nəfərə çatıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 675 nəfərə çatıb

29 Avqust 2026 / 17:31
5
Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində ikisi uşaq olmaqla  beş nəfər yaralanıb

Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində ikisi uşaq olmaqla  beş nəfər yaralanıb

29 Avqust 2026 / 17:00
12
Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 / 15:47
5
Rusiya prezidenti Putin ilk dəfə Kuril adalarına səfər edib

Putin: İnternetdə çoxlu məlumat zibilləri və etibarsız şeylər var

29 Avqust 2026 / 15:38
4
Beynəlxalq Dəniz Təşkilatı: 400-ə yaxın gəmi hələ də Fars körfəzində qapalı vəziyyətdədir

Beynəlxalq Dəniz Təşkilatı: 400-ə yaxın gəmi hələ də Fars körfəzində qapalı vəziyyətdədir

29 Avqust 2026 / 15:01
3
Ukrayna Silahlı Qüvvələrinin  Rostov vilayətinə PUA hücumu nəticəsində 11 nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin  Rostov vilayətinə PUA hücumu nəticəsində 11 nəfər yaralanıb

29 Avqust 2026 / 14:43
21
Güclü partlayışdan sonra Kiyev yaxınlığında güclü yanğın baş verib

Rusiyanın Ukraynaya hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

29 Avqust 2026 / 14:36
10
İtaliyada tornado və dolu nəticəsində 43 nəfər xəsarət alıb, 10 min avtomobil zədələnib

İtaliyada tornado və dolu nəticəsində 43 nəfər xəsarət alıb, 10 min avtomobil zədələnib

29 Avqust 2026 / 14:33
13
İsrailin Qəzza zolağına etdiyi soyqırım hücumlarında can itkisi 73 min 449-a yüksəldi

İsrailin Qəzza zolağına etdiyi soyqırım hücumlarında can itkisi 73 min 449-a yüksəldi

29 Avqust 2026 / 14:20
5
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.