İspaniya yığmasının ulduzu Lamin Yamalın evində oğurluğa cəhd olunub.
Avropa.info xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Belə ki, soyğunçular səhər saatlarına gənc futbolçunun Esplugues de Llobregatdakı malikanəsinə girməyə cəhd edib. Lakin mühafizə əməkdaşları onların qarşısını alıb.
Naməlum şəxslər ordan qaçmağı bacarıblar. Hazırda polis hadisəni araşdırır.






























