KXDR İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çen Şimali Koreyanın hərbi ekspansiya halında Yaponiyaya “dağıdıcı zərbə” vuracağını bildirib. Kim Çen Inın bacısının sözlərini Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.
Avropa.info-nun məlumatına görə Kim Yo Conqun sözlərinə görə, Şimali Koreya Yaponiyanı Asiya-Sakit okean regionunda güc balansını poza biləcək potensial və uzunmüddətli təhlükə hesab edir.
“Yaponiya səhv seçim etməyə çalışarsa, indi birbaşa və dağıdıcı zərbəyə məruz qalacaq və bundan sağ çıxmaq mümkün olmayacaq” dedi Kim.
ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini şərh edən Kim Yo Conq deyib ki, bu hadisələr KXDR-ə qarşı “düşmənliyin təzahürüdür”.






























