17 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

İranda Azərbaycan və Türkiyəyə qarşı təhdid çağırışlarının edilməsi bu ölkənin Suriyada məğlub olmasıdir

Yanvar 3, 2025
Siyasət
A A

İranda Azərbaycan və Türkiyəyə qarşı təhdid çağırışlarının edilməsi bu ölkənin Suriyada məğlub olması və Yaxın Şərq strategiyası-planında ciddi itkilərlə üzləşməsi ilə paralellik təşkil edir. Tədbirin Ərdəbildə keçirilməsi və “Şah İsmayıl Xətainin nəvələri” adı ilə çağırışlar edilməsi də İranın məzhəbçiliyə əsaslanan siyasətindən irəli gəlir. Birincisi, Əsədin devrilməsindən sonra Suriyada güclənən və İranın mövqelərini tamamilə nəzarətə götürən Türkiyəyə müttəfiqi Azərbaycanı hədəf seçməklə kontr-cavab verməyə çalışırlar. Bu, həm də Tehranın Ankaraya “Suriyada mənim də mövqelərimi nəzərə al” mesajını vermək, nəzərə alınmayacağı təqdirdə, “nələr edə biləcəyini” sərgiləmək cəhdidir. “Şah İsmayılın nəvələri Bakıda bayraq sancacaq” təhdidi də buna hesablanıb.

İkincisi, Güney Azərbaycan ictimai rəyində Bakıya qarşı anti-münasibət formalaşdırmaq məqsədi daşıyır. Bu, Tehranın perspektiv qorxularından qaynaqlanır. Çünki Yaxın Şərqdə “müqavimət oxu” dağıldıqdan sonra İran ətrafında çəmbər daralır və proseslərin pozitiv-neqativ olmaqla iki ssenari üzrə davam etməsi gözləntiləri artır: pozitiv – rejimin dəyişdirilməsi; neqativ – ölkənin mümkün parçalanması;

Hər iki proses İrandakı xalqların azadlığı – heç olmasa mədəni haqlarının təmin edilməsi tələblərini də aktuallaşdıracaq. Ki, güneyli soydaşlarımızın ünvanının Bakı və Ankara olacağı bəllidir. İran rejimi bu perspektivə qarşı məzhəb kartından istifadə etməyə çalışır və təbliğatın artacağı aydındır. Artıq Azərbaycan auditoriyasına hesablanmış qruplar vasitəsilə Türkiyə haqqında mənfi rəyin yaradılmasına start verilib.

Üçüncüsü, İran həm daxili auditoriyada, həm də “müqavimət oxu” coğrafiyasında diqqəti “yeni düşmənlər” üzərinə fokuslayır. Düşmən kimi Ankaranı görsələr də, Xamenei Əsədin devrilməsində Türkiyənin adını çəkə bilmədiyi kimi, mesajı da birbaşa yox, Azərbaycan üzərindən verməyə cəhd edirlər. Eyni zamanda, Tehran Yaxın Şərqdə heç nə edə bilmədiyi İsrailə qarşı fərqli istiqamətdə “cəbhə” aça biləcəyini sərgiləyir və adətən Azərbaycanın “cəbhə” seçilməsi İranda SEPAH qanadı tərəfindən edilir.

Əsas diqqətçəkən məqam İranın Bakıdakı səfirinin baş verən hadisəyə görə XİN-ə çağırılmasından dərhal sonra Tehranın rəsmi informasiya siyasətinə dəyişiklik etməsidir.

İran xarici işlər nazirinin müavini Müctəba Dəmirçilu bəyan edib ki, Ərdəbildəki tədbirdə səslənən təhdidlər Tehranın rəsmi mövqeyi deyil. Rəsmi İRNA agentliyi də yazır ki, sözügedən təhdidlər qeyri-rəsmi şəxs tərəfindən planlaşdırılmamış şəkildə səsləndirilib. Halbuki, “qeyri-rəsmi şəxs” adlandırılan “məddah” SEPAH-ın rəsmi qurumu sayılan “Ənsar əl-Mehdi Heyəti” təşkilatının Ərdəbil şöbəsinin rəhbəridir və o, təhdidlər səsləndirərkən, Ameli başda olmaqla tribunada əyləşən rəsmi şəxslər feyzyab olurdu.

İran bu təhdidlərin rəsmi mövqeyi olmadığını ispatlamaq üçün “qeyri-rəsmi şəxs” adlandırdığı rəsmi şəxsi tutduğu vəzifədən azad edilməlidir. O zaman rəsmi açıqlamanın səmimiliyinə inanmaq olar

Əvvəlki Yazı

ABŞ-da Təyyarə qəzasinda 2 ölü,18 yarali

Növbəti Yazı

Almaniyada partlayış baş verib

XƏBƏR LENTİ

“XXI Əsrin Qadınları” İctimai Birliyi İsmayıllıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi İsmayıllıda tədbir keçirib – FOTO

17 İyun 2026 / 10:23
2
Pirallahıda yeniyetmələrin peşə seçiminə dəstək tədbiri keçirilib

Pirallahıda yeniyetmələrin peşə seçiminə dəstək tədbiri keçirilib

16 İyun 2026 / 23:57
4
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

16 İyun 2026 / 16:57
2
Ukraynalı futbolçu ad günündə dənizdə boğulub öldü

Ukraynalı futbolçu ad günündə dənizdə boğulub öldü

16 İyun 2026 / 10:08
18
Yol polisi sürücülərə müraciət etdi

Azərbaycanda “Piyadalar, diqqətli olun!” həftəliyi başladı

16 İyun 2026 / 10:02
17
İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyada güclü zəlzələ baş verib

16 İyun 2026 / 9:54
14
Aleksandr lukaşenko:”İsraillilər bu qədər insanı, xüsusən də qadın və uşaqları öldürərkən hansı Holokostdan danışırdılar?”

Aleksandr lukaşenko:”İsraillilər bu qədər insanı, xüsusən də qadın və uşaqları öldürərkən hansı Holokostdan danışırdılar?”

16 İyun 2026 / 9:47
15
ABŞ-ın vitse-prezidenti İranı hədələdi

ABŞ-ın vitse-prezidenti İranı hədələdi

16 İyun 2026 / 9:39
16
“Əbədi İşıq” sərgisi – Rəşid Əzimovun xatirəsinə

“Əbədi İşıq” sərgisi – Rəşid Əzimovun xatirəsinə

15 İyun 2026 / 23:26
143
“Erməni vəhşiliyi: sənədlərin dili ilə” nəşrinin təqdimatı keçirilib – FOTOLAR

“Erməni vəhşiliyi: sənədlərin dili ilə” nəşrinin təqdimatı keçirilib – FOTOLAR

15 İyun 2026 / 21:33
6
Azərbaycan cəmiyyətində tolerantlıq modeli: Tarixi köklərdən müasir reallığa

Azərbaycan cəmiyyətində tolerantlıq modeli: Tarixi köklərdən müasir reallığa

15 İyun 2026 / 21:31
5
Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

15 İyun 2026 / 21:29
3
Heyvandarlıq sektorunda müasir çağırışlar: Şəffaflıqdan ekoloji balansa – TƏHLİL

Heyvandarlıq sektorunda müasir çağırışlar: Şəffaflıqdan ekoloji balansa – TƏHLİL

15 İyun 2026 / 21:20
11
Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

15 İyun 2026 / 10:41
1
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

15 İyun 2026 / 10:32
20
Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

14 İyun 2026 / 13:45
9
Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
40
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
4
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
4
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
17
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
3
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
3
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
10
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.