İndoneziyanın Flores adasında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Avrop.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 188 min nəfərin yaşadığı Labuan-Baco şəhərindən 72 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.






























