Dünya

“Hakimiyyət Ermənistanı intihara sürükləmək qərarına gəlib”- Arman Abovyan

15 Yanvar 2025, 09:025
Reklam728x90
Reklam320x100

“Gələn həftə biz Ermənistana sərhəd təhlükəsizliyi məsələləri ilə məşğul olacaq xüsusi qrup göndərəcəyik”. Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib. Diplomatik dildən normal dilə tərcümə edək: Yəni gələn həftə ABŞ xüsusi xidmət orqanları Ermənistan sərhədində rəsmən işləyəcək.

Avropa.info xəbər verir ki, bu sözləri erməni politoloq Arman Abovyan ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması haqda qeyd edib.

“Bu, İrana hücuma hazırlaşan ölkənin xüsusi xidmət orqanıdır. İndi gəlin birlikdə düşünək ki, iranlılar Amerika hərbi agentlərinin onların sərhədinin ən mühüm yerində peyda olmasına necə reaksiya verəcəklər.

Başa düşə bilmirəm ki, Ermənistan hakimiyyəti saxta AB referendumu və ABŞ-la “strateji xartiya” imzalamaqla niyə belə panik formada Ermənistanı intihara sürükləmək qərarına gəlib”, – o bildirib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600