Gündəm

Həyat yoldaşı onu görmək istəmədiyi halda səfirliyə silahla basqın edən şəxs edam edilib

22 May 2025, 09:4347
Reklam728x90
Reklam320x100

İranda keçmiş həyat yoldaşının Azərbaycan səfirliyində olduğunu zənn edərək silahlı hücum təşkil edən şəxs edam edilib. Hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Avropa.info xəbər verir ki, İran  Ədliyyəsinin sözçüsü Əsgər Cahangiri 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində təhlükəsizlik müdirinin ölümünə və iki təhlükəsizlik əməkdaşının yaralanmasına səbəb olan Yasin Hüseynzadəyə verilən ölüm hökmünün dünən icra olunduğunu açıqlayıb.

Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı təhlükəsizlik direktoru Orxan Əsgərov həyatını itirib, iki mühafizəçi yaralanıb. Tehran polisinin rəisi Hüseyn Rəhimi hücumçunun tutulduğunu və ilkin ifadəsində hücumu şəxsi səbəblərdən törətdiyini bildirib. Rəhimi daha sonra vəzifəsindən azad ediblər.

İran mediası hücumçunun məhkəməyə belə dediyini bildirib: “Həyat yoldaşımın  Azərbaycanın  Tehrandakı səfirliyində olduğunu və mənimlə görüşmək istəmədiyini düşünürdüm. Ora tüfənglə getməyə qərar verdim”.

 Azərbaycan prezidenti  İlham Əliyev  hadisəni “terror hücumu” kimi qiymətləndirib.

Diplomatik böhran yaranmışdı

Hücum İran və Azərbaycan arasında diplomatik böhrana səbəb olub.

Azərbaycan 29 yanvar 2023-cü il tarixində Tehrandakı bütün səfirlik əməkdaşlarını və diplomatlarını geri çağırmaq qərarına gəlib. Hücumdan sonra tərəflər bir-birini ittiham edən bəyanatlar verib, Azərbaycan dörd İran diplomatını “persona non-qrata” elan edib, İran isə dörd azərbaycanlı diplomatı deportasiya edib.

Bundan əlavə, Azərbaycanda bəzi şəxslərə qarşı İran kəşfiyyatı ilə əməkdaşlıq etdikləri əsas gətirilərək əməliyyatlar keçirilib və xeyli insan saxlanılıb. Gərginlikdən sonra Azərbaycanın Tehrandakı səfirliyi  2024-cü il iyulun 15-dən  yeni ünvanında fəaliyyətini bərpa edib .

İran Ədliyyəsinin sözçüsü Əsgər Cahangir 22 yanvar 2025-ci ildə hücumçuya verilən ölüm hökmünün  Ali Məhkəmə tərəfindən təsdiqləndiyini açıqlayıb  .

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600