30 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Həmrəyliyimiz Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir

Yanvar 6, 2025
Siyasət
A A
Artıq 30 ildir ki, dekabr ayının 31-i hər bir azərbaycanlı üçün olduqca əlamətdar gündür. Belə ki, 31 dekabr dünyanın dörd bir yanında yaşayan həmvətənlərimiz tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. 
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinin sədri olarkən onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilmişdir. Belə ki, 16 dekabr 1991-ci il tarixində baş tutmuş  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında “31 dekabr – Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü haqqında” böyük siyasi əhəmiyyət kəsb edən qərar qəbul edilmişdir. Bu tarixi hadisə Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin göstəricisidir. Həmin tarixi qərar bu gün də dünya azərbaycanlılarının mövqeyinə və mənafeyinə xidmət göstərir, həmvətənlərimizin bir yumruq kimi birləşməsinə, mənfur düşmənlərə qarşı birgə mübarizə aparmasına təkan verir. Bu, Heydər Əliyevin gələcəyə hesablanmış uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir.
Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bu əlamətdar gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq həmvətənimiz tərəfindən qeyd edilir və dünya azərbaycanlılarının bir-biri ilə əlaqə qurmasında, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycana məhəbbət,  milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hislərini özündə təcəssüm etdirir.
Azərbaycançılıq məfkurəsini öz siyasətinin əsas xəttinə çevirən Heydər Əliyevin dünya azərbaycanlılarının milli birliyinə nail olmaq üçün atdığı tarixi əhəmiyyətli addımlar bununla yekunlaşmır. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini hər zaman diqqət mərkəzində saxlayır, onların problem və qayğılarına da böyük həssaslıqla yanaşırdı. Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problemləri, qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verərək onları ölkəmizin həyatında fəal olmağa istiqamətləndirirdi.
Dahi lider müxtəlif xarici ölkələrə çoxsaylı səfərlərində daim Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirirdi. Amerika Birləşmiş Ştatlarında (oktyabr,1995), İngiltərədə (noyabr, 1995), Gürcüstanda (mart,1996), Norveçdə (aprel,1996) Azərbaycan diasporu ilə keçirdiyi səmimi görüşləri onun bu məsələyə xüsusi diqqət və qayğı ilə yanaşdığının bariz nümunəsidir.
Milli həmrəyliyimiz Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir. Bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji  təxribatlarının qarşısının alınmasında dünya azərbaycanlılarının nümayiş etdirdiyi qətiyyət təqdirəlayiqdir. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri danılmazdır. Ölkə xaricində yaşayan həmvətənlərimizin düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları qələbəmizə layiqli töhfə olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin söylədiyi bu müdrik kəlam bu gün hər bir soydaşımızın milli şüarı, milli qürur rəmzidir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Ülviyyə Ağayeva,
Milli Məclisin deputatı
Əvvəlki Yazı

Nazirliyin keçmiş qadın əməkdaşı bəraət istəyir

Növbəti Yazı

Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

XƏBƏR LENTİ

Nepalda daşqın nəticəsində ölənlərin sayı 675 nəfərə çatıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 675 nəfərə çatıb

29 Avqust 2026 / 17:31
5
Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində ikisi uşaq olmaqla  beş nəfər yaralanıb

Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində ikisi uşaq olmaqla  beş nəfər yaralanıb

29 Avqust 2026 / 17:00
12
Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 / 15:47
5
Rusiya prezidenti Putin ilk dəfə Kuril adalarına səfər edib

Putin: İnternetdə çoxlu məlumat zibilləri və etibarsız şeylər var

29 Avqust 2026 / 15:38
3
Beynəlxalq Dəniz Təşkilatı: 400-ə yaxın gəmi hələ də Fars körfəzində qapalı vəziyyətdədir

Beynəlxalq Dəniz Təşkilatı: 400-ə yaxın gəmi hələ də Fars körfəzində qapalı vəziyyətdədir

29 Avqust 2026 / 15:01
3
Ukrayna Silahlı Qüvvələrinin  Rostov vilayətinə PUA hücumu nəticəsində 11 nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin  Rostov vilayətinə PUA hücumu nəticəsində 11 nəfər yaralanıb

29 Avqust 2026 / 14:43
21
Güclü partlayışdan sonra Kiyev yaxınlığında güclü yanğın baş verib

Rusiyanın Ukraynaya hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

29 Avqust 2026 / 14:36
10
İtaliyada tornado və dolu nəticəsində 43 nəfər xəsarət alıb, 10 min avtomobil zədələnib

İtaliyada tornado və dolu nəticəsində 43 nəfər xəsarət alıb, 10 min avtomobil zədələnib

29 Avqust 2026 / 14:33
13
İsrailin Qəzza zolağına etdiyi soyqırım hücumlarında can itkisi 73 min 449-a yüksəldi

İsrailin Qəzza zolağına etdiyi soyqırım hücumlarında can itkisi 73 min 449-a yüksəldi

29 Avqust 2026 / 14:20
5
ÜST: DRC-də Ebola epidemiyası ilə bağlı 5 min 794 hadisə və 2 min 786 ölüm bildirildi

ÜST: DRC-də Ebola epidemiyası ilə bağlı 5 min 794 hadisə və 2 min 786 ölüm bildirildi

29 Avqust 2026 / 14:15
10
Ehtiram Mehtiyev:“Media qərəz və təxribatın deyil, həqiqətin və obyektivliyin tərəfində olmalıdır”

Ehtiram Mehtiyev:“Media qərəz və təxribatın deyil, həqiqətin və obyektivliyin tərəfində olmalıdır”

29 Avqust 2026 / 11:56
78
Nizami rayonu ərazisində quldurluq edən şəxs saxlanılıb – Video

Nizami rayonu ərazisində quldurluq edən şəxs saxlanılıb – Video

29 Avqust 2026 / 11:06
20
Atdan yıxılan 12 yaşlı uşaq xəstəxanada öldü

Atdan yıxılan 12 yaşlı uşaq xəstəxanada öldü

29 Avqust 2026 / 10:45
10
Antalyanın Kaş rayonunda meşədə güclü yanğın baş verib

Antalyanın Kaş rayonunda meşədə güclü yanğın baş verib

29 Avqust 2026 / 10:40
12
Gürcüstanda Rusiya vətəndaşı qətlə yetitilib- Ermənistan vətəndaşı saxlanıldı

Gürcüstanda Rusiya vətəndaşı qətlə yetitilib- Ermənistan vətəndaşı saxlanıldı

29 Avqust 2026 / 10:33
18
Rusiyanın Nepaldakı səfirliyi əlaqə saxlamayan rusların ailələrinə müraciət edib

Rusiyanın Nepaldakı səfirliyi əlaqə saxlamayan rusların ailələrinə müraciət edib

29 Avqust 2026 / 10:28
13
Amerikalı jurnalist Helali:”Kiyev döyüş meydanında getdikcə daha çox uduzur”

Amerikalı jurnalist Helali:”Kiyev döyüş meydanında getdikcə daha çox uduzur”

29 Avqust 2026 / 10:22
15
İsrail ordusu biri uşaq olmaqla 2 fələstinlini yaralayıb

İsrail ordusu biri uşaq olmaqla 2 fələstinlini yaralayıb

29 Avqust 2026 / 10:13
15
Tramp məşhur jurnalist Meggi Habermanı təhqir etdi

Tramp məşhur jurnalist Meggi Habermanı təhqir etdi

29 Avqust 2026 / 10:07
3
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin növbəti gecə hücumu barədə məlumat verib

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin növbəti gecə hücumu barədə məlumat verib

29 Avqust 2026 / 9:56
16
Nepalda daşqınlarda ölənlərin sayı 616-ya yüksəlib

Nepalda daşqınlarda ölənlərin sayı 616-ya yüksəlib

29 Avqust 2026 / 9:48
10
İstanbulda kafedə güclü yanğın olub

İstanbulda kafedə güclü yanğın olub

29 Avqust 2026 / 9:34
15
Kiyev, Odessa, Nikolayev və Xarkovda partlayışlar  baş verib

Kiyev, Odessa, Nikolayev və Xarkovda partlayışlar  baş verib

29 Avqust 2026 / 9:13
5
Analitik Conson: Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələri obyektlərinə hücumları artırıb

Analitik Conson: Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələri obyektlərinə hücumları artırıb

29 Avqust 2026 / 8:58
9
Rusiya qoşunları Reni limanındakı UAF anbarlarına hücum edib

Rusiya Hava hücumundan müdafiə qüvvələri Penza vilayətinin sərhədində Ukrayna raketini vurub

29 Avqust 2026 / 8:41
13
Rusiya Silahlı Qüvvələri Ukrayna limanlarını vurub, gəmiləri və tankeri vurub

Rostov vilayətində PUA-lar Ozon logistika mərkəzinə hücum edib

29 Avqust 2026 / 8:34
18
Tramp MKİ rəhbəri Ratkliffin Rusiyaya səfərinin səbəbləri ilə bağlı yayılan şayiələri təkzib edib

Tramp: Biz Venesuela ilə dünya tarixində ən böyük neft müqaviləsini imzaladıq

29 Avqust 2026 / 8:23
18
Qaradağ ərazisində dənizdə 2 qadın batib

65 yaşlı kişi kanala düsərək faciəvi şəkildə öldü

29 Avqust 2026 / 7:55
4
Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

Zaxarova:”Qarabağ ermənilərinin, onların əcdadlarının və uşaqlarının üzərinə bu həyasızlıqdır”.

29 Avqust 2026 / 0:50
14
Prezident Pezeşkian: “ABŞ İslamabad konsensusunu həyata keçirərsə, Hörmüz boğazı açılacaq”

Prezident Pezeşkian: “ABŞ İslamabad konsensusunu həyata keçirərsə, Hörmüz boğazı açılacaq”

29 Avqust 2026 / 0:42
7
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.