Göyçayda 39 yaşlı şəxs narkotik tərkibli bitkilər yetişdirdiyi üçün həbs olunub

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Niyaz Mirzəyev saxlanılıb.

Avropa.info xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Məlumata görə Niyaz Mirzəyev  yaşadığı ünvanda xüsusi qulluq edərək yetişdirdiyi narkotik tərkibli bitkilər və narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, N.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ