Moskva vilayətinin başçısı Andrey Vorobyov avqustun 18-nə keçən gecə bölgəyə irimiqyaslı PUA hücumunun nəticələrini əks etdirən fotoşəkilləri dərc edib.
Şəkillərdən birində güclü yanğın əks olunub.

Kuznetsı kəndində yanğın fərdi yaşayış evini tamamilə məhv edib.
Pavlovski Posadda yaşayış binasının damı yanıb, sakinlər xəsarət almayıb.
Daha bir yanğın 1 May küçəsində yerləşən binada baş verib.
Moskva yaxınlığındakı Kolomnada Ukraynaya məxsus pilotsuz uçan aparatdan düşən dağıntılar qeydiyyat idarəsinin və mağazanın binasına ziyan vurub.






























