05 - 10 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Ceyhun Yusifov: Rusiya Azərbaycanda “TOP ƏTİ” axtarır! – “Verbovka” təhlükəsi

Avqust 18, 2026
Siyasət
A A

Azərbaycanlı internet istifadəçiləri Rusiya ordusunda müqaviləli hərbi xidmət üçün reklamlar təklif edən mesajlar almağa başlayıb. Əslində bu, suveren dövlətin daxili auditoriyasına birbaşa və olduqca təhlükəli bir müraciətdir və faktiki olaraq başqa dövlətin hərb maşınında iştirakı reklam etməyi təklif edir (Minval Politika).

Yazışmalardan aydın olur ki, özünü “Aleksandr” kimi təqdim edən naməlum şəxs Rusiya Müdafiə Nazirliyi adından danışdığını iddia edir. O, “hərblə əlaqəli” materialların yerləşdirilməsinə görə pul mükafatı təklif edir. Reklam mətnini istədikdə isə bəlli olur ki, söhbət Rusiya ordusunda müqaviləli hərbi xidmətdən gedir.

Sözsüz ki, Rusiyanın Azərbaycan vətəndaşları arasında işğalçı orduda xidməti təşviq etmək cəhdləri aşkar təxribatdır. Başqa bir ölkənin vətəndaşlarını Azərbaycanla əlaqəsi olmayan hərbi kampaniyaya cəlb etmək cəhdidir. Rusiya ordusunda son vaxtlar yaşanan hərbçi qıtlığını nəzərə alsaq, belə bir kampaniya xüsusilə təhlükəli görünür. Bu kampaniyanın arxasında konkret hansı qurum dayanır? Azərbaycan vətəndaşları nələrə xüsusi diqqət etməlidir?

Avropa.info-nun məlumatına görə,  tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a açıqlamasında bildirib ki, belə çağırışlar doğrudan da Rusiya Müdafiə Nazirliyi və ya onun adından fəaliyyət göstərən strukturlar tərəfindən həyata keçirilirsə, məsələyə adi reklam kampaniyası kimi yanaşmaq mümkün deyil:

“Azərbaycanlı sosial şəbəkə istifadəçilərinə Rusiya ordusunda müqaviləli hərbi xidmətlə bağlı reklam və təkliflərin göndərilməsi ciddi suallar doğurur. Məsələnin mahiyyəti bunun, sadəcə, kommersiya xarakterli reklam olub-olmamasından daha genişdir.

Burada söhbət başqa dövlətin ordusunda xidmət üçün Azərbaycan vətəndaşlarının cəlb edilməsindən gedirsə, bu proses həm hüquqi, həm milli təhlükəsizlik, həm də informasiya təhlükəsizliyi baxımından araşdırılmalıdır. Yəni, məsələ azərbaycanlı sosial şəbəkə istifadəçilərinə Rusiya ordusunda müqaviləli xidmətlə bağlı reklamların göndərilməsi adi marketinq kampaniyası deyil. Bu, hərbi, siyasi və hüquqi aspektləri olan ciddi təhlükəsizlik məsələsidir. Çünki söhbət hansısa xarici şirkətin məhsulunu reklam etməsindən yox, başqa bir dövlətin davam edən müharibəsi üçün canlı qüvvə toplamaq cəhdindən gedir”.

 

Ceyhun Yusifovun sözlərinə görə, əgər belə müraciətlərin arxasında Rusiya Müdafiə Nazirliyi və ya onun adından çıxış edən strukturlar dayanırsa, burada “verbovka” elementlərinin olub-olmaması ayrıca araşdırılmalıdır.

“Əgər həqiqətən də müraciətlər Rusiya Müdafiə Nazirliyi və ya onun adından çıxış edən strukturlar tərəfindən həyata keçirilirsə, bu artıq klassik “verbovka” elementləri daşıyır. XXI əsrdə “verbovka” küçədə deyil, telefon ekranında, Telegram kanalında, sosial şəbəkədə və messencerlərdə aparılır. Müasir müharibələrin səngərlərindən biri də informasiya məkanıdır”, – vəkil vurğulayıb.

O, məsələnin diqqətçəkən tərəflərindən biri kimi Rusiyanın xarici ölkələrin vətəndaşlarını da hərbi xidmətə cəlb etmək üçün potensial auditoriyaya çevirməsini qeyd edir. Onun fikrincə, belə kampaniyalarda əsas hədəf maddi və sosial vədlərlə cəlb oluna biləcək insanlardır.

“Moskva çox yaxşı anlayır ki, Azərbaycan cəmiyyətində Rusiyada işləyən, rus dilində sərbəst danışan və müxtəlif səbəblərdən maddi çətinlik yaşayan insanlar var. Belə auditoriya yüksək maaş, vətəndaşlıq və sosial təminat vədləri ilə cəlb edilə bilər. Məhz buna görə də reklamın mərkəzində ideologiya yox, pul dayanır. Bu isə göstərir ki, söhbət könüllü vətənpərvərlikdən deyil, insan resursunun satın alınmasından gedir”, – deyə o bildirib.

Ceyhun Yusifovun fikrincə, Azərbaycanın bu müharibədə tərəf olmaması məsələnin siyasi əhəmiyyətini artırır. Azərbaycan vətəndaşlarının xarici dövlətin silahlı qüvvələrinə cəlb edilməsi ölkənin milli maraqları baxımından arzuolunan proses kimi qiymətləndirilə bilməz: “Ən təhlükəli məqam isə budur ki, belə kampaniyalar Azərbaycanın dövlət maraqlarını tamamilə nəzərə almır. Azərbaycan bu müharibənin tərəfi deyil. Rəsmi Bakı balanslaşdırılmış xarici siyasət yürüdür və ölkə vətəndaşlarının xarici dövlətlərin silahlı münaqişələrinə cəlb olunması milli təhlükəsizlik baxımından arzuolunan hal sayıla bilməz”.

O, daha sonra qeyd edib ki, məsələ yalnız həmin şəxslərin xarici orduda xidmət etməsi ilə məhdudlaşmır. Gələcəkdə Azərbaycan vətəndaşlarının Rusiya-Ukrayna müharibəsində iştirak etməsi ilə bağlı məlumatların yayılması ölkənin beynəlxalq imicinə və diplomatik mövqeyinə qarşı istifadə oluna bilər. “Əgər sabah yüzlərlə vətəndaşımızın Rusiya ordusunda döyüşdüyü barədə məlumatlar yayılarsa, bu, Azərbaycanın beynəlxalq imicinə, regiondakı siyasi balansına və diplomatik mövqeyinə zərbə vurmaq üçün istifadə oluna bilər. Başqa sözlə, məsələ təkcə bir neçə nəfərin müqavilə bağlaması ilə bitmir. Burada dövlətin adı, nüfuzu və geosiyasi mövqeyi də risk altına düşür”, – Ceyhun Yusifov bildirib.

Vəkil hesab edir ki, sosial şəbəkələr vasitəsilə aparılan bu tip kampaniyaların xüsusiyyətlərindən biri də prosesin mərhələli şəkildə həyata keçirilə bilməsidir.

“Rusiyanın son illərdə tətbiq etdiyi metodologiya da bunu göstərir. Əvvəlcə sosial şəbəkələrdə reklam, sonra şəxsi yazışmalar, ardınca əlaqələndiricilər və nəhayət, müqavilə. Bu, klassik çoxpilləli “verbovka” mexanizmidir. Ən təhlükəlisi isə odur ki, bu proses tamamilə rəqəmsal mühitdə baş verdiyi üçün uzun müddət görünməz qala bilir”, – deyə o vurğulayıb.

Ceyhun Yusifov məsələni hüquqi müstəvidə də araşdırmağın vacibliyini xüsusi qeyd edib. Onun sözlərinə görə, burada emosional yanaşmadan daha çox faktların müəyyənləşdirilməsi, reklamların mənbəyinin araşdırılması və Azərbaycan qanunvericiliyinin tələblərinin nəzərə alınması vacibdir: “Azərbaycan vətəndaşlarına xarici dövlətin silahlı qüvvələrində müqaviləli xidmətə çağırış xarakteri daşıyan reklam və ya şəxsi mesajların göndərilməsi, ilk növbədə hüquqi qiymətləndirilməli olan məsələdir. Əgər bu məlumatlar həqiqətən də xarici dövlət qurumları və ya onların tapşırığı ilə hərəkət edən şəxslər tərəfindən yayılırsa, hüquq-mühafizə orqanları bunun mənbəyini və məqsədini araşdırmalıdır”.

Vəkil bildirib ki, Azərbaycanın informasiya məkanı xarici dövlətlərin hərbi maraqları üçün nəzarətsiz fəaliyyət meydanına çevrilməməlidir. Onun sözlərinə görə, “Reklam haqqında” qanunun tələbləri də nəzərə alınmaqla, belə reklamların hüquqi statusu ayrıca araşdırılmalıdır. Burada əsas məsələ konkret reklam materiallarının məzmunu, yayılma üsulu, sifarişçisi və məqsədinin müəyyən edilməsidir. “Məsələyə hüquqi baxımdan yanaşarkən aidiyyəti dövlət qurumlarının bu cür məlumatları araşdırması, onların mənbəyini müəyyən etməsi və zərurət yaranarsa hüquqi qiymət verməsi vacibdir. Eyni zamanda, vətəndaşlar da anlamalıdırlar ki, xarici ordularda xidmətə dair yüksək maaş vədləri bəzən insan həyatını təhlükəyə atan geosiyasi layihələrin tərkib hissəsi ola bilər”, – o bildirib.

Ceyhun Yusifov sonda Azərbaycan vətəndaşlarına da xəbərdarlıq edib. O, hesab edir ki, sosial şəbəkələrdə xarici ordularda xidmətlə bağlı təklif alan şəxslər bu məlumatlara ehtiyatla yanaşmalı, şəxsi məlumatlarını tanımadıqları şəxslərə təqdim etməməli və belə çağırışların mənbəyini yoxlamalıdırlar:

“İnsanlar bilməlidirlər ki, xarici orduda xidmətlə bağlı qəbul etdikləri qərarlar yalnız maliyyə məsələsi deyil. Bu cür addımlar sonradan hüquqi, beynəlxalq və şəxsi təhlükəsizlik baxımından ciddi nəticələr yarada bilər. Ona görə də belə təkliflər alan şəxslər onların həqiqiliyini yoxlamalı, şəxsi məlumatlarını təqdim etməkdən çəkinməli və zərurət yarandıqda aidiyyəti dövlət orqanlarına məlumat verməlidirlər”.

Vəkilin fikrincə, məsələnin ən mühüm tərəfi hüququn aliliyinin qorunmasıdır. Yəni, hər hansı xarici dövlətə münasibətdən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının xarici silahlı qüvvələrə cəlb edilməsi ilə bağlı konkret faktlar araşdırılmalı və yalnız qanun çərçivəsində qiymətləndirilməlidir. “Bu mövzuda əsas prinsip ondan ibarətdir ki, milli təhlükəsizliklə bağlı məsələlərdə hüququn aliliyi qorunmalı, hər hansı qərar yalnız qanuna və faktlara əsaslanmalıdır. Hüquqi dövlət sübutlarla və qanunun tələbləri ilə hərəkət edir”, – vəkil əlavə edib.

Əvvəlki Yazı

Gecə saatlarında 150-dən çox PUA-nın vurulduğu Moskva vilayətindən ilk görüntülər ortaya çıxıb

Növbəti Yazı

Filippində orta məktəbə atışma nəticəsində 4 nəfər ölüb

XƏBƏR LENTİ

Kəlbəcərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Kəlbəcərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

05 Oktyabr 2026 / 19:03
3
Gülnarə Əmiraslanova: “Şagirdlərimizin uğuru bizim ən böyük sərvətimizdir”

Gülnarə Əmiraslanova: “Şagirdlərimizin uğuru bizim ən böyük sərvətimizdir”

05 Oktyabr 2026 / 18:55
30
Yaponiya IAC 2026-da Türkiyə ilə kosmik əməkdaşlığın genişləndirilməsinə diqqət yetirib

Yaponiya IAC 2026-da Türkiyə ilə kosmik əməkdaşlığın genişləndirilməsinə diqqət yetirib

05 Oktyabr 2026 / 12:35
22
Dövlət İttihamçısı Ramiz Mehdiyevin ittihamını oxuyacaq

Dövlət İttihamçısı Ramiz Mehdiyevin ittihamını oxuyacaq

05 Oktyabr 2026 / 12:05
42
İspaniya erkən seçkilərə gedir

İspaniya erkən seçkilərə gedir

05 Oktyabr 2026 / 11:59
20
Respublika Uşaq Kitabxanası və Kostanay şəhər  kitabxanası  arasında onlayn görüş keçirilib-Fotolar 

Respublika Uşaq Kitabxanası və Kostanay şəhər  kitabxanası  arasında onlayn görüş keçirilib-Fotolar 

05 Oktyabr 2026 / 11:44
19
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

05 Oktyabr 2026 / 11:21
14
Məhəmməd Əsədullazadə:“Artıq regional və beynəlxalq siyasi-təhlükəsizlik böhranı daha da dərinləşir”

Məhəmməd Əsədullazadə:”Bu da İran daxilində Azərbaycanla münasibətlərə fərqli yanaşmaların mövcudluğunu göstərir”

05 Oktyabr 2026 / 11:16
53
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:”Rusiyanın Cənubi Qafqazda strateji qələbəsi məhz etnik münaqişə nəticəsidir”

05 Oktyabr 2026 / 10:11
37
ABŞ Sahil Mühafizəsi itkin düşən təyyarənin qalıqlarını tapdıqdan sonra 6 nəfərin axtarışlarını davam etdirir

ABŞ Sahil Mühafizəsi itkin düşən təyyarənin qalıqlarını tapdıqdan sonra 6 nəfərin axtarışlarını davam etdirir

05 Oktyabr 2026 / 9:43
1
İngiltərədəki Yaşıllar Partiyasının liderinin “Sionizm irqçilikdir” deyişindən sonra İsrailə girişi qadağan edilib

İngiltərədəki Yaşıllar Partiyasının liderinin “Sionizm irqçilikdir” deyişindən sonra İsrailə girişi qadağan edilib

05 Oktyabr 2026 / 9:35
6
Məkkə Alyansının ikinci toplantısı bu gün keçirilir

Məkkə Alyansının ikinci toplantısı bu gün keçirilir

05 Oktyabr 2026 / 9:29
12
Razı Nurullayev:”Ölkəmiz Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə enməsi problemi ilə də üz-üzədir”

Razi Nurullayev:”Cəbrayıl əməliyyatı düşmənin müdafiə səddini darmadağın etdi və hərbi üstünlüyümüzü tam təmin etdi”

05 Oktyabr 2026 / 9:22
28
Ehtiram Mehtiyev:”Müəllim səhv edirsə, irad bildirək, Qanunu pozursa, tədbir görülsün”

Ehtiram Mehtiyev:”Müəllim səhv edirsə, irad bildirək, Qanunu pozursa, tədbir görülsün”

05 Oktyabr 2026 / 9:07
70
Biləsuvarda toyda dava ölümlə nəticələndi

Biləsuvarda toyda dava ölümlə nəticələndi

05 Oktyabr 2026 / 8:56
8
Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya ilə bağlı narahatlıqları artırır

Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya ilə bağlı narahatlıqları artırır

05 Oktyabr 2026 / 8:50
3
Tovuzda 45 yaşlı qadın yanaraq öldü – Oğlu saxlanıldı

Tovuzda 45 yaşlı qadın yanaraq öldü – Oğlu saxlanıldı

03 Oktyabr 2026 / 10:02
3
Ukrayna Rusiya neftayırma zavodlarını yenidən vurdu: Zelenski obyektin adını açıqladı

Ukrayna Rusiya neftayırma zavodlarını yenidən vurdu: Zelenski obyektin adını açıqladı

02 Oktyabr 2026 / 15:29
10
Lukaşenko:”Biz Qərb siyasətinin, Qərb diplomatiyasının və xüsusilə Birləşmiş Ştatların real üzünü gördük”

Lukaşenko:”Biz Qərb siyasətinin, Qərb diplomatiyasının və xüsusilə Birləşmiş Ştatların real üzünü gördük”

02 Oktyabr 2026 / 14:20
16
Vətən Müharibəsi Qəhrəmanı:”Bu baxımdan Yeni Azərbaycan Partiyasının gənclər siyasəti xüsusi əhəmiyyət daşıyır”

Vətən Müharibəsi Qəhrəmanı:”Bu baxımdan Yeni Azərbaycan Partiyasının gənclər siyasəti xüsusi əhəmiyyət daşıyır”

02 Oktyabr 2026 / 14:13
10
İran İraqı iki ölkə arasında uçuşları bərpa etməyə çağırıb

İran İraqı iki ölkə arasında uçuşları bərpa etməyə çağırıb

02 Oktyabr 2026 / 14:07
20
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir, Prezident çıxış edir – YENİLƏNİB

Prezident İlham Əliyev:“Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”

02 Oktyabr 2026 / 13:58
14
Laçında geri qayıdan sakinlərə mina təhlükəsi ilə bağlı maarifləndirmə keçirildi – FOTO

Laçında geri qayıdan sakinlərə mina təhlükəsi ilə bağlı maarifləndirmə keçirildi – FOTO

02 Oktyabr 2026 / 11:56
8
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir, Prezident çıxış edir – YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir, Prezident çıxış edir – YENİLƏNİB

02 Oktyabr 2026 / 9:56
25
Gecələr ruslar Ukrayna ərazisinə 100-dən çox dron buraxdılar: neçəsi zərərsizləşdirildi

Gecələr ruslar Ukrayna ərazisinə 100-dən çox dron buraxdılar: neçəsi zərərsizləşdirildi

02 Oktyabr 2026 / 9:45
4
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:”Ayxan Abbasov bu vəzifəyə layiq olduğunu nəticə və oyun keyfiyyəti ilə sübut edə bilmədi”

02 Oktyabr 2026 / 9:13
70
Cənubi Koreya ilə Ukrayna arasında üzrxahlıq gərginliyi artır

Cənubi Koreya ilə Ukrayna arasında üzrxahlıq gərginliyi artır

02 Oktyabr 2026 / 9:05
1
Putin bildirib ki, Rusiya Ukrayna üzrə sülh danışıqlarına hazırdır, lakin şərt irəli sürüb

Putin bildirib ki, Rusiya Ukrayna üzrə sülh danışıqlarına hazırdır, lakin şərt irəli sürüb

02 Oktyabr 2026 / 8:40
7
Putin suverenlik və investisiya ilə bağlı təcili açıqlama verib

Putin nəhayət ki, nə üçün mübarizə apardığına dair kartlarını açıqladı: niyə Ukraynanın bununla heç bir əlaqəsi yoxdur

02 Oktyabr 2026 / 8:31
4
Ölkədə bu tarixdən leysan yağacaq

Ölkədə bu tarixdən leysan yağacaq

02 Oktyabr 2026 / 8:22
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.