16 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Ermənistan kimi kiçik, siyasi alətləri və iqtisadi resursları kasad olan ölkələrin belə addımları uşağın odla oynamasını xatırladır

Yanvar 18, 2025
Siyasət
A A


Ermənistanın düşünülməmiş addımının məhsulu olan ABŞ ilə strateji tərəfdaşlıq sazişi Cənubi Qafqazı ciddi təhlükə ilə üz-üzə qoya bilər. Son vaxtlar münasibətlərini çözə bilməyən böyük güclər üçün yeni qarşıdurma cəbhəsinin regionumuzda açılma təhlükəsi var.

Bayden hökumətinin son günlərində Ermənistanla imzaladığı strateji münasibətlərə dair saziş İrəvan üçün təhlükəsizlik qarantı olmaqdan daha çox “ayı xidməti” göstərəcək. ABŞ-nin bu addımı demokratlar administrasiyasında ənənəvi oyunçular olan Rusiya və İranla gərgin münasibətlər fonunda bölgədə möhkəmlənmək cəhdi ilğımı yarada bilər. Ancaq fizikanın təsir əks-təsirə bərabərdir qanunu geosiyasətdə də keçərlidir: Rusiyanın onillər boyu “oylağ”ı olmuş Ermənistanı asanlıqla güzəştə gedəcəyini gözləmək əbəsdir. Üstəlik, unudulmamalıdır ki, Blinken-Mirzoyan sazişinin yanvarın 20-də səlahiyyətlərinə başlayacaq Donald Tramp hakimiyyəti üçün sadəcə geosiyasi ballast olma ehtimalı da az deyil…

Ermənistan kimi kiçik, siyasi alətləri və iqtisadi resursları kasad olan ölkələrin belə addımları uşağın odla oynamasını xatırladır. Son dörd il ərzində İrəvanın Cənubi Qafqaz üçün tamamilə yad ünsür olan Fransa ilə limiti aşmış münasibətlərinin hansı regional gərginliyə səbəb olduğu da göz önündədir.

Avropa.info “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

İflasa uğrayan fransız məsuliyyəti

ABŞ-Ermənistan razılaşması fonunda İrəvanın Parislə təhlükəli flirtinin üzərində dayanmağımız təsadüfi deyil. Əgər Paşinyan hökuməti özünə sanballı himayədar axtarırsa, onu regiondan çox-çox uzaqlarda tapırsa, bu halda öz problemlərini həll etmək niyyəti ilə yanaşı, bu coğrafiyanın tarixi aktorlarını da öz üzərinə qaldırmış olur. Bu azmış kimi, belə təmaslar bütün region üçün neqativ rol oynayır. Çünki Fransanın Ermənistanla mübhəm münasibətləri onun İrəvana arxa durmaq niyyətindən daha çox Cənubi Qafqazda möhkəmlənmək istəyinin göstəricisidir. Makron hakimiyyəti illərində Parisin hər hansı belə addımının müsbət nəticələrə səbəb olduğunu iddia etmək isə olduqca çətindir.

Trampın gündəmində olmayan Ermənistan

Tramp administrasiyasının İrəvanla imzalanmış sənədə xüsusi önəm verəcəyi barədə ümidlər dumanlı görünür. ABŞ-nin yeni prezidenti xarici siyasət prioritetlərini artıq elan edib və onun gündəmində çox güman ki, Ermənistan kimi dövlət, “erməni problemləri” kimi hədəf yoxdur. Bununla belə, Blinken-Mirzoyan anlaşmasının ən azı bir fatal fəsadı qaçılmazdır: bölgəmizdə siyasi, enerji və logistik maraqları olan Vaşinqtonun Moskva ilə münasibətlərinin çəpləşəcəyi daha bir region Cənubi Qafqaz ola bilər. Bölgənin güc qütblərinin çəkişmə arenasına çevrilmə ehtimalı region təmsilçiləri üçün təhlükəli tendensiyadır. Hər zaman müstəqil siyasət yürüdən Azərbaycanla yanaşı, milli maraqlarına görə Qərblə münasibətləri pisləşən Gürcüstanın da bu ssenaridən əziyyət çəkə biləcəyi istisna deyil. Bakı ilə yanaşı, Tbilisi də bölgənin qatıldığı qlobal transmilli layihələrin aktiv iştirakçısıdır. Ənənəvi enerji daşıyıcılarının Qərbə tranziti prosesində Gürcüstanın vacib rolu danılmazdır. Tbilisi hazırda aktual olan Orta dəhliz kimi qlobal logistik layihədə, habelə Azərbaycanın bərpaolunan enerji ehtiyatlarının Avropa bazarlarına daşınması prosesində də həlledici bəndlərdən biri kimi çıxış edir. Belə bir reallıqda Paşinyan Ermənistanı bölgənin çiçəklənməsinə xidmət edən layihələrin iştirakçısı etməkdənsə, region üçün təhlükəli çağırışların önündə getmək yolunu seçib.

ABŞ hərbçiləri ilə üz-üzə qalacaq İran

Bu il Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 11 milyard dollara çatıb. Son bir il ərzində bu statistika rəsmən üç dəfə artıb. Bu rəqəmin nəyin hesabına “şişməsi” hamıya məlumdur. Ancaq mənbəyindən asılı olmayaraq, bu artım Ermənistan büdcəsində və sıravi erməninin rifahında özünü göstərir. İrəvanın ABŞ və ya Parislə bu müstəvidə öyünəcəyi heç nəyi yoxdur. Fransa ilə dövriyyə 200 milyon dollara çatmır. ABŞ ilə də bir o qədər. Ermənistanın ixrac əməliyyatlarının 70-80 faizi Rusiya və MDB dövlətləri ilə ticarətin üzərinə düşür. Rusiya mavi yanacağı Ermənistana dünya qiymətlərindən azı üç dəfə ucuz satır. İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq sazişinə reaksiya olaraq, Moskvanın bu amillərdən Paşinyana qarşı təzyiq rıçaqı kimi istifadə edəcəyi şübhəsizdir.

Rusiyanın hərbi bazası ən azı 2040-cı ilədək Ermənistandadır. Moskva dəfələrlə bəyan edib ki, hərbi dayağını ləğv etmək niyyətində deyil. Paşinyan isə ABŞ ilə hərbi niyyətli saziş imzalayır, sərhədlərini də faktiki olaraq amerikalı hərbçilərə həvalə edir. Bunun Rusiya ilə yanaşı, İranda hansı narahatlıq doğurduğunu təsəvvür və ehtimal etmək çətin deyil. Tehrandan hadisələrin səssizlik rejimində müşahidə olunması aldadıcı rəy yaratmamalıdır. Zəngəzuru özünün “qırmızı cizgi”si sayan, orada konsulluq açan, Ermənistanı Avropaya nəfəslik qismində görən İranın yük avtomobillərinin sərhəd-keçid məntəqəsində amerikalı hərbi təlimatçıların sərt baxışları altında keçmə səhnəsini görmək iranlı məmurlar üçün xoş olmayacaq mənzərədir…

İran-ABŞ gərginliyi mövzusunu bir qədər də dərinləşdirsək, Vaşinqtonun Ermənistandakı mövcudluğu Tehran ətrafındakı basqı dairəsinin daha da darlaşması deməkdir. İran belə demək mümkündürsə, Azərbaycan və Türkiyədən savayı hər tərəfdən düşmənlə əhatələnmiş duruma düşür. 2020-ci ildən bu yana “kənar hərbi mövcudluq qəbuledilməzdir” deyib duran, az qala hər ay Azərbaycanla sərhəddə hərbi təlimlər keçirən İran “qırmızı cizgi”si saydığı Zəngəzurda Amerika hərbçiləri ilə üz-üzə qalmaq astanasındadır.

Ermənistanının düşünülməmiş addımının məhsulu olan tələsik strateji tərəfdaşlıq sazişi Cənubi Qafqaz bölgəsini ciddi təhlükə ilə üz-üzə qoya bilər. Üç ildir Ukraynada münasibətlərini çözə bilməyən böyük güclər üçün yeni qarşıdurma cəbhəsinin regionumuzda açılma təhlükəsi yerli xalqlara, əsasən də erməni xalqına ürəkaçan perspektivlər vəd edə bilməz

Əvvəlki Yazı

Hökumə Əliyevanın ailəsinə köçürülən pul ilə bağlı Kapital bankdan son açıqlama

Növbəti Yazı

Türkiyə ordusu Suriyanin ərazisinə daxil oldu -Video

XƏBƏR LENTİ

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

16 İyul 2026 / 9:39
2
Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

16 İyul 2026 / 9:27
1
Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

16 İyul 2026 / 9:21
3
Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

16 İyul 2026 / 9:13
2
Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

16 İyul 2026 / 9:08
1
Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

16 İyul 2026 / 8:53
8
Lavrov: “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk”

Lavrov: “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk”

16 İyul 2026 / 8:48
1
Ceyhun Bayramov Rusiyaya səfərə getdi

Ceyhun Bayramov Rusiyaya səfərə getdi

16 İyul 2026 / 8:43
1
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN: Vurulan gəminin 10 azərbaycanlı heyət üzvü ölkəmizə təxliyə edildi

16 İyul 2026 / 8:26
3
Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

16 İyul 2026 / 7:56
1
Zelenski: Baş Qərargahda hərbi istehsal məsələsinə böyük diqqət yetirilib

Zelenski Sergey Koretskinin baş nazirliyə namizədliyini irəli sürdü

16 İyul 2026 / 7:35
1
Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Musiqili Teatr 116-cı mövsümə konsert proqramı ilə yekun vuracaq

15 İyul 2026 / 20:29
13
Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

15 İyul 2026 / 20:07
8
Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

15 İyul 2026 / 17:02
3
Ağstafada 21 yaşlı gənc ürəyindən bıçaqlandı

Gəncə şəhərində 20 yaşlı oğlan bıçaqlanıb

15 İyul 2026 / 16:55
2
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

15 İyul 2026 / 16:23
1
Prezident İlham Əliyev qanun imzaladi

Prezident İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı

15 İyul 2026 / 16:16
11
Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

15 İyul 2026 / 16:12
1
“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

15 İyul 2026 / 13:50
35
Yeni 100 manatlıq tədavülə buraxılır

Yeni 100 manatlıq tədavülə buraxılır

15 İyul 2026 / 13:24
1
Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

15 İyul 2026 / 12:24
8
Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

15 İyul 2026 / 12:20
1
Rusiya tarixi səhnəni tərk edir, geri sayım başlayıb… –Vüqar Dadaşov

Rusiya kontekstindən IV Şuşa Qlobal Media Forumuna baxış-Vüqar Dadaşov yazir

15 İyul 2026 / 11:45
115
Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

15 İyul 2026 / 11:38
5
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

15 İyul 2026 / 11:27
9
DİN:Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

DİN:Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

15 İyul 2026 / 10:22
1
Bakıda yanacaq daşıyan avtomobildə yanğın baş verib-Video

Bakıda yanacaq daşıyan avtomobildə yanğın baş verib-Video

15 İyul 2026 / 9:46
5
Argentina-Misir oyununda hakim ədalətsizlikləri – Video

İspaniyanin rəqibi bu gün bəlli olacaq

15 İyul 2026 / 9:30
2
Ceyms Cey Karafano:”Putin Ukraynada qarşıya qoyduğu strateji məqsədlərə nail ola bilməyib”

Leon Aron:”Putin bu vəziyyətdən çıxış yolu kimi NATO ölkələrindən birinə hücum edə bilər”

15 İyul 2026 / 9:21
1
Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib

Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib

15 İyul 2026 / 9:07
6
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.