Siyasət

Əkrəm İmamoglu saxlanıldı

19 Mart 2025, 13:0951
Reklam728x90
Reklam320x100

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanılıb.

Avropa.info xəbər verir ki, bu barədə məlumatı “A haber” telekanalı yayıb.

Bildirilib ki, İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat başladılıb.

Əməliyyat çərçivəsində İmamoğlu ilə yanaşı, onun mətbuat katibi Murat Ongun və bələdiyyənin təqribən 100 əməkdaşı barəsində də saxlanılma qərarı çıxarılıb.

Bununla yanaşı, İmamoğluya qarşı irəli sürülən ittihamlar arasında cinayətkar təşkilata rəhbərlik etmək və üzvü olmaq, hədə-qorxu yolu ilə pul tələb etmə, rüşvət alma, şəxsi məlumatların qanunsuz əldə edilməsi və tenderin nəticələrinin saxtalaşdırılması var.

İstanbul prokurorluğu iddia edir ki, İstanbulun meri və digər şəxslər biznesmenləri pul verməyə vadar edib, haqsız qazanc əldə edib və cinayətkar fəaliyyətdən əldə edilən vəsaitləri yuyublar. Prokurorluq Ə.İmamoğlunu “cinayətkar təşkilatın rəhbəri” adlandırıb.

Hazırda İmamoğlu və Ongunun evində axtarış aparıldığı qeyd olunub.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600