17 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

“Dövlətimiz də çox gözəl görür ki, mən “Bayatı-Şiraz” ifamda can qoymuşam”-Tacir Şahmalıoğlu

Yanvar 30, 2025
Cəmiyyət
A A

“Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayev açıqlaması ilə diqqət çəkib. “AStar” layihəsinə danışan bəstəkar müğənni Tacir Şahmalıoğlunun “Bayatı-Şiraz” mahnısını özünün bəstəsi kimi təqdim etməsinə etirazını bildirib. O ifaçının bu hərəkətini qınayıb. Onun sözlərinə görə, Tacir qatıldığı bütün tədbirlərdə bu ifanı özünün bəstələdiyini bildirir.

“Tacir kimdir ki, Bayatı-Şirazın improvizasiyasını yazsın” – deyə Murad Rzayev qeyd edib. Murad Rzayev Tacirin 6-7 yaşlarında sadəcə bu mahnını ifa etdiyini, lakin improvizasiya etmədiyini vurğulayıb.

Avropa.info xəbər verir ki, mövzu ilə bağlı medianews.az-a açıqlama verən tanınmış müğənni Tacir Şahmalıoğlu Murad Rzayevin verilişdə danışdıqlarının yalan olduğunu bildirib: “Dövlətimiz də çox gözəl görür ki, mən “Bayatı-Şiraz” ifamda can qoymuşam. O ki, qaldı Murad Rzayevin haqqımda söylədiklərinə, o, yaşlaşıb. Nə qədər istədim ki, bir söz deməyim amma bu çıxışından sonra danışmağa qərar verdim. Çünki o məni həmin verilişdə təhqir edib, ünvanıma lazımsız sözlər deyib. Mən “Bayatı-Şiraz”-ın müəlliflik hüququnun sertifikatını almışam. Kənardan 100 söz-söhbət də olsa mənə təsir etməz. Murad Rzayev həmin verilişdə 95 faiz hər şeyi yalan danışır. O deyir ki, Tacir mənim yanıma o vaxt özü gəlib. Sənin başına, ağ saçlarına yaraşmır axı bu! 77 yaşında insan yalan danışar? Mən sənin yanına gələndə heç 6 yaşım tamam olmamışdı. 6 yaşı tamam olmayan bir uşaq dərnəyə necə gələ bilər? Bu dərəcədə absurd, haqsız və yalan danışmaq onun 77 yaşına yaraşmır. Elə deyir ki, 6 yaşında uşaq nə bilir ki, Betxoven kimdir? İmprovizə nədir? Mən həmin ifanı 11-12 yaşımda oxumuşam, 6 yaşımda yox”.

T.Şahmalıoğlu deyib ki, “Bayatı-Şiraz” 1976-cı ilin sonlarında yaranıb: “Ona qədər biz dünyanı gəzmişdik. Dirijor Niyazi, Tofiq Quliyev, Zeynəb Xanlarova, Həbib İsmayılov kimi sənətkarlarla bir səhnə bölüşürdük, onlardan tövsiyələr alırdıq. Mən 7 illik piano məktəbini oxumuşam. 11 yaşımda Çaykovskinin, Betxovenin, Fikrət Əmirovun əsərlərini ifa edirdim. 2 aydan bir Heydər Əliyev Sarayında konsertlər verirdik. Yüzlərlə ansambıllar görürdük, ariyalar eşidirdik. Həmin verilişdə bu şəxs çox yalanlar danışır. O danışır, amma fikirləşmir ki, dediklərində məntiq yoxdur. Bu insanın özü yalançıdır! Onun həyatı yalan-dolanla keçib. Körpə vaxtlarımdan onun yanında olmuşam. Cavanlığını da, orta yaşlarını da görmüşəm, qocalığını da siz görürsünüz! Bu qədər də yalan olmaz. Onu da efirə çıxarırlar, ağzına gələni danışır. O vaxt efir mədəniyyəti, etikası vardı. Hər kəs çıxıb efirə ağlı-başına danışa bilməzdi. İndi bizim efirlərimiz də biabırçı gündədir. Efirin qaydalarına riayyət etmək lazımdır”.

Tacir Şahmalıoğlu vurğulayıb ki, “Bayatı-Şiraz”-ı özü yaradıb: “Bunu hamı bilir. Bir yalanı da budur ki, deyir mahnını bəstələyəndə başqalarına verdim oxusunlar, Tacirdə alındı. Bu da yalandır. Guya Arzu oxuyub, Arzuda alınmayıb. Əgər bu ifanı Arzu oxuyubsa, görüntüləri göstər, sübut et! 1975-ci ildə Arzu ansambıla gəldi, 1976-cı ildə səsi batdığı üçün çıxıb getdi. “Bayatı-Şiraz” 1976-cı ildə yaranıb. Arzu necə oxuya bilərdi? Mən bu improvizəni Betxovenin əsərindən ilhamlanıb etmişəm. Bu istəyimi Murad Rzayevə deyəndə müəllim kimi mənə yol göstərib. Düşüncə də, bəstə də mənimdir. Bu insanın həyatında bir bəstəsi olub. O da Nüsrət Kəsəmənlinin sözlərini Zeynəb Xanlarovanın “Dünyanın xoşbəxti mənəm dünyada” mahnısının musiqisi üstündə oxuyub. O mahnı Zeynəb xanımındır. 1970-ci ildən rəhbəri olduğu “Qarabağ bülbülləri” ansambılı fəaliyyət göstərir. Artıq 2025-ci ildir. 2025-ci ilə qədər niyə bir “Bayatı-Şiraz” yaratmadın?! Yaradardın da! Yarada bilməz axı! Mənim kimi, məndən də gözəl səsli insanlar gəlib-getdi. “Bayatı-Şiraz” sənin idisə, niyə məndən sonra gələnlərin birinə öyrədə bilmədin?! Sən ən yaxşısı sus! Haqqıma girmə

Əvvəlki Yazı

Azərbaycanli milyarder Tufan Sadıqov 20 milyon rubl girov müqabilində azad edilib

Növbəti Yazı

Türkiyə və Suriya ilk hərbi görüş

XƏBƏR LENTİ

Qərbi Trakya türklərinin dini problemləri BMT İnsan Haqları Şurasına çıxarılıb

Qərbi Trakya türklərinin dini problemləri BMT İnsan Haqları Şurasına çıxarılıb

17 Sentyabr 2026 / 23:01
5
Prezident İlham Əliyev TDT-nin Təhlükəsizlik Rəhbərləri ilə goruşdə çıxış edib-Video

Prezident İlham Əliyev TDT-nin Təhlükəsizlik Rəhbərləri ilə goruşdə çıxış edib-Video

17 Sentyabr 2026 / 22:57
6
Trampın İrana mesajı: Məhdud hücum siqnalı

Tramp ABŞ-ın İranla münaqişəsində dönüş nöqtəsini elan edib

17 Sentyabr 2026 / 22:21
12
Rusiya HHM Qüvvələri bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 292 pilotsuz təyyarəni Rusiya bölgələri üzərində vurub.

Rusiya HHM Qüvvələri bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 292 pilotsuz təyyarəni Rusiya bölgələri üzərində vurub.

17 Sentyabr 2026 / 22:03
6
Lukaşenko oğlunun hərbi xidmətdə “ən çətin bölmədə” xidmət etdiyini deyib

Prezident Lukaşenko hakimiyyətdən “doyduğunu” söylədi

17 Sentyabr 2026 / 21:43
31
Alyaskada 6,5 bal gücündə zəlzələ baş verib

Alyaskada 6,5 bal gücündə zəlzələ baş verib

17 Sentyabr 2026 / 21:38
18
Yunan istefada olan generallardan Axilles Qalxanına reaksiya: Bu məsələ milli təhlükəsizlik məsələsidir

Yunan istefada olan generallardan Axilles Qalxanına reaksiya: Bu məsələ milli təhlükəsizlik məsələsidir

17 Sentyabr 2026 / 17:56
12
Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə ziyarətgahda olublar Fotolar

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə ziyarətgahda olublar Fotolar

17 Sentyabr 2026 / 17:37
27
Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva Şamaxıda daha bir hotel açılışında iştirak ediblər-Fotolar

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva Şamaxıda daha bir hotel açılışında iştirak ediblər-Fotolar

17 Sentyabr 2026 / 17:10
17
Prezident İlham Əliyev TDT-nin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi – Fotolar-Video

Prezident İlham Əliyev TDT-nin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi – Fotolar-Video

17 Sentyabr 2026 / 17:02
15
Prezident İlham Əliyev Qazaxıstana Prezidenti Tokayevlə görüşdü – Fotolar

Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurası, – sadəcə olaraq buna qadir olmadı

17 Sentyabr 2026 / 16:52
10
Ermənistanın baş naziri Paşinyan: Bizə Rusiyanın hərbi bazası lazım deyil

Ermənistanın baş naziri Paşinyan: Bizə Rusiyanın hərbi bazası lazım deyil

17 Sentyabr 2026 / 15:12
9
Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

Miroşnik: “Zelenski Ukraynadakı seçkilərdən çox qorxur, ona görə seçkiləri keçirmir”

17 Sentyabr 2026 / 13:44
11
Vüqar Dadaşov:”Putinin “Ermənistan xalqı istəsə” ifadəsi elə özündə bütün açar şərtləri və xəbərdarlığı ehtiva edir”

Vüqar Dadaşov:”Bakıdakı əhali və funksional yükün regionlar üzrə yenidən bölüşdürülməsi ilə paralel aparılmalıdır”

17 Sentyabr 2026 / 13:37
86
Lavrov: Əgər avropalılar bizə hücum etsə, bu müharibə fərqli olacaq və çox qısa sürəcək

Sergey Lavrov hamını Qərblə bağlı xəbərdar etdi: ehtiyatlı olmaq əsasdır

17 Sentyabr 2026 / 13:32
11
Çin Xarici İşlər Nazirliyi: onun digər ölkələrlə ticarətinə müdaxilə Çin üçün qəbuledilməzdir

Çin Xarici İşlər Nazirliyi: onun digər ölkələrlə ticarətinə müdaxilə Çin üçün qəbuledilməzdir

17 Sentyabr 2026 / 13:26
16
Razi Nurullayev:”Türkiyənin daxili siyasi həyatında və təhlükəsizlik arxitekturasında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər”

Razi Nurullayev:”İdxal məhsullarında da, yerli istehsalda da risklər ola bilər”

17 Sentyabr 2026 / 12:45
82
Tramp Rusiyanın maliyyə naziri Siluanovun ABŞ-a səfərini şərh edib

Axios: ABŞ prezidenti Tramp Körfəz liderləri ilə İran müharibəsindən sonrakı vəziyyəti müzakirə edəcək

17 Sentyabr 2026 / 9:41
22
Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinə və dəniz gəmilərinə kütləvi hücuma keçib

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinə və dəniz gəmilərinə kütləvi hücuma keçib

17 Sentyabr 2026 / 9:34
18
ABŞ BMT Baş Assambleyasına qatılacaq Mahmud Abbasın viza tələbini rədd edib

ABŞ BMT Baş Assambleyasına qatılacaq Mahmud Abbasın viza tələbini rədd edib

17 Sentyabr 2026 / 9:26
11
 1 dollarlıq sikkə üzərində Trampın portreti ABŞ-ın 250 illik yubileyi münasibətilə çap edilib

Trampdan Kanadanın Avropa İttifaqına təhdidi

17 Sentyabr 2026 / 8:51
6
İngiltərədə bir kənd İngiltərəni tərk etmək qərarına gəldi

İngiltərədə bir kənd İngiltərəni tərk etmək qərarına gəldi

17 Sentyabr 2026 / 8:46
16
ABŞ Birləşmiş Qərargah Rəisləri: Ay ətrafında döyüşməyə hazırlaşmalıyıq

ABŞ Birləşmiş Qərargah Rəisləri: Ay ətrafında döyüşməyə hazırlaşmalıyıq

17 Sentyabr 2026 / 8:33
5
ABŞ-da Demokratlar Komitəsinin üzvü olan Miks İsrailə 2,8 milyard dollarlıq silah satışını təsdiqləməyəcəyini açıqlayıb.

ABŞ-da Demokratlar Komitəsinin üzvü olan Miks İsrailə 2,8 milyard dollarlıq silah satışını təsdiqləməyəcəyini açıqlayıb.

17 Sentyabr 2026 / 7:19
5
Yəməndə şiddətlənən qarşıdurmalar səbəbindən 122 mindən çox insan didərgin düşüb

Yəməndə şiddətlənən qarşıdurmalar səbəbindən 122 mindən çox insan didərgin düşüb

17 Sentyabr 2026 / 7:10
3
Trampın təyyarəsində fövqəladə sürüşmə böhran yaratdı

Tramp: Ümid edirəm ki, biz İranla müharibənin sonuna doğru irəliləyirik

17 Sentyabr 2026 / 7:05
14
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiya qanun layihəsini qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiya qanun layihəsini qəbul edib

17 Sentyabr 2026 / 6:57
16
Pakistan hərbi gəmilərin toqquşması ilə bağlı Hindistana nota verib

Pakistan hərbi gəmilərin toqquşması ilə bağlı Hindistana nota verib

17 Sentyabr 2026 / 1:42
6
Kolumbiyada yoxa çıxan təyyarədə türk iş adamı və 4 sərnişin həyatını itirib

Kolumbiyada yoxa çıxan təyyarədə türk iş adamı və 4 sərnişin həyatını itirib

17 Sentyabr 2026 / 1:09
1
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

17 Sentyabr 2026 / 0:32
11
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.