Gündəm

Deputat Razi Nurullayevdən həmkarı Siyavuş Novruzova cavab:-Başqalarinin kölgəsinə ehtiyac duymayin

3 Fevral 2025, 22:0247
Reklam728x90
Reklam320x100

“Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik”.

Avropa.info qaxəbər: verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deputat Siyavuş Novruzovun parlamentin plenar iclasında İmişlidə baş verən faciəvi avtomobil qəzasından danışarkən, “Hadisə baş verib və mən İmişlinin hər iki deputatı ilə söhbət etdim”, sözlərinə münasibət bildirərkən deyib.

“Amma, Siyavuş Novruzovun bu günkü çıxışında “İmişli deputatatları ilə söhbət etmişəm, onları mənə deyib” fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın.

Siyavuş müəllim, bu cür yanlışlıq etməklə, özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm. Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum” – R.Nurullayev əlavə

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600