13 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Sosial

Deputat Razi Nurullayev: “Problem ondadır ki, istehsalçı hər bir filial üçün ayrıca ödəniş etməyə məcbur qalır”

İyul 10, 2026
Sosial
A A

“Bu gün diqqətinizə çatdırmaq istədiyim məsələ yerli istehsalçıların iri ticarət şəbəkələrinə çıxışında mövcud olan sistemli maneələr və bunun milli iqtisadiyyatımıza yarada biləcəyi risklərlə bağlıdır. Son dövrlərdə yerli sahibkarlar tərəfindən səsləndirilən narahatlıqlar göstərir ki, məhsulların supermarket və iri ticarət şəbəkələrində satışa çıxarılması üçün müxtəlif giriş, listinq, marketinq və digər ödənişlər tələb olunur.

Məlumatlara görə, bəzi hallarda bu ödənişlər hər bir filial üzrə 200 manatdan başlayaraq 500, 1000 manata, hətta daha yüksək məbləğlərə qədər çatır”

Avropa.info xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, problem təkcə ödənişin mövcudluğu deyil:

“Problem ondadır ki, istehsalçı hər bir filial üçün ayrıca ödəniş etməyə məcbur qalır. Nəticədə kiçik və orta sahibkar hələ məhsulunu satmadan ciddi maliyyə yükü ilə üz-üzə qalır. Məhdud dövriyyə vəsaiti ilə fəaliyyət göstərən yerli istehsalçı üçün bu, bazara çıxışın faktiki olaraq məhdudlaşdırılması deməkdir. Eyni vəziyyət iri xarici istehsalçılar və idxalçılar üçün xarakterik deyil.

Onlar böyük istehsal həcmlərinə, güclü maliyyə imkanlarına, inkişaf etmiş logistika sisteminə və iri marketinq büdcələrinə malik olduqları üçün bu xərcləri rahatlıqla qarşılayırlar. Bundan əlavə, iri istehsal miqyası və daha aşağı maya dəyəri onlara məhsullarını dempinq və ya dempinqə yaxın qiymətlərlə bazara çıxarmağa imkan verir. Beləliklə, yerli istehsalçı ikiqat təzyiq altında qalır.

Bir tərəfdən rəfə çıxmaq üçün yüksək ödənişlər ödəməlidir, digər tərəfdən isə maya dəyəri daha aşağı olan idxal məhsulları ilə qiymət rəqabəti aparmalıdır. Bu isə faktiki olaraq rəqabət mühitini qeyri-bərabər vəziyyətə gətirib çıxarır. Nəticədə, keyfiyyətli yerli məhsul belə istehlakçıya çatmaq imkanını itirə bilər. Ticarət rəfləri getdikcə daha çox idxal məhsulları ilə dolur, yerli istehsalçı isə bazara daxil olmaq üçün maliyyə baryerlərini aşmağa çalışır”.

R.Nurullayev vurğulayıb ki, iri ticarət şəbəkələri istehlak bazarına çıxışın faktiki nəzarətçilərinə çevrilirməsi daha ciddi narahatlıq doğuran məqamdır:

“Sahibkar məhsulunun satışı üçün deyil, sadəcə rəfdə yer almaq hüququ üçün ödəniş edir. Bu isə bazar iqtisadiyyatının mahiyyətinə uyğun deyil və normal rəqabəti təhrif edir.

Bu praktikanın uzun müddət davam etməsi ticarət şəbəkələrində yerli məhsulların payının azalmasına, kiçik və orta sahibkarlığın zəifləməsinə, yerli istehsalçıların idxal məhsulları tərəfindən bazardan sıxışdırılıb çıxarılmasına, milli brendlərin rəqabət qabiliyyətinin zəifləməsinə, istehsala investisiyaların azalmasına, yeni iş yerlərinin yaradılmasının məhdudlaşmasına, vergi daxilolmalarının azalmasına və nəticə etibarilə ölkənin ərzaq və iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərə bilər.

Bu səbəbdən hesab edirəm ki, məsələ yalnız kommersiya münasibətləri çərçivəsində deyil, həm də dövlətin iqtisadi siyasəti və antiinhisar prinsipləri baxımından qiymətləndirilməlidir.

Təklif edirəm ki, iri ticarət şəbəkələrindən təchizatçıların şəbəkəyə qəbul şərtləri barədə ətraflı məlumat tələb olunsun, listinq, marketinq və digər ödənişlərin həcmi araşdırılsın, onların yerli istehsalçılara təsiri ayrıca qiymətləndirilsin.

Eyni zamanda, məhsulların ticarət şəbəkələrinə çıxışı üçün şəffaf və vahid qaydalar müəyyən edilməli, yerli istehsalçılar üçün bu ödənişlərin məhdudlaşdırılması və ya tənzimlənməsi imkanları nəzərdən keçirilməli, onların pərakəndə ticarətə çıxışını asanlaşdıran dəstək mexanizmləri hazırlanmalıdır. Həmçinin bu ödənişlərin antiinhisar qanunvericiliyi baxımından hüquqi qiymətləndirilməsi və idxal məhsullarının dempinq qiymətlərinin yerli istehsala təsirinin təhlili də vacibdir”.

Parlamentari əlavə edib ki, yerli istehsalçı üçün xüsusi imtiyazların yaradılmasını təklif etmir:

“Söhbət yalnız ədalətli rəqabət mühitinin təmin edilməsindən gedir. Azərbaycan istehsalçısı öz alıcısı uğrunda rəfə çıxış üçün ödədiyi yüksək ilkin ödənişlərlə deyil, məhsulunun keyfiyyəti, qiyməti və etibarlı təchizatı ilə rəqabət aparmalıdır. İnanıram ki, ticarət şəbəkələri qapalı kommersiya filtri kimi deyil, Azərbaycan məhsulunun Azərbaycan istehlakçısına ədalətli şəkildə çatdırıldığı platforma kimi fəaliyyət göstərməlidir.

Çox hörmətli Sahibə xanım, Sizin icazənizlə təklif edirəm ki, bu məsələ ilə bağlı yerli istehsalçıların, iri və pərakəndə ticarət şəbəkələrinin, eləcə də aidiyyəti dövlət qurumlarının iştirakı ilə geniş ictimai dinləmə keçirilsin. Xahiş edirəm ki, həmin ictimai dinləmə payız sessiyasında müvafiq komitənin iş planına daxil edilsin.

Hesab edirəm ki, bu müzakirələr qanunvericiliyin daha da təkmilləşdirilməsinə və mövcud problemlərin birgə həllinə mühüm töhfə verəcəkdir”.

Əvvəlki Yazı

Qulaqdibi xəstəliyi ilə bağlı Səhiyyə nazirliyindən rəsmi açıqlama

Növbəti Yazı

“Kitabxanada yay” adlı tədbir keçirilib-Fotolar

XƏBƏR LENTİ

Keçmiş deputat saxlanildi

Keçmiş deputat saxlanildi

13 Avqust 2026 / 9:55
7
Yaponiya XİN Rəhbəri Putinin İturupa səfərinə görə Rusiyaya qəti etirazını bildirib

Yaponiya XİN Rəhbəri Putinin İturupa səfərinə görə Rusiyaya qəti etirazını bildirib

13 Avqust 2026 / 9:49
6
Başqırdıstanın Salavat sənaye zonasına pilotsuz təyyarənin qalıqları düşüb və yanğın baş verib

Başqırdıstanın Salavat sənaye zonasına pilotsuz təyyarənin qalıqları düşüb və yanğın baş verib

13 Avqust 2026 / 9:41
8
Streamer Fasoollka Qazaxıstandan qovulub: səbəb nədir

Streamer Fasoollka Qazaxıstandan qovulub: səbəb nədir

13 Avqust 2026 / 9:36
5
Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Masazır qəsəbəsində bıçaqlanan şəxs xəstəxanada öldü

13 Avqust 2026 / 9:25
17
Qaradağ ərazisində dənizdə 2 qadın batib

Mingəçevirdə Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı

13 Avqust 2026 / 9:16
8
Son ABŞ hərbçisi İraqı bu tarixdə tərk edəcək

Son ABŞ hərbçisi İraqı bu tarixdə tərk edəcək

13 Avqust 2026 / 9:14
6
Kanada ilə ABŞ arasında gərginlik artır: ABŞ-in səfirini ölkədən çıxarmağa çağırir

Kanada ilə ABŞ arasında gərginlik artır: ABŞ-in səfirini ölkədən çıxarmağa çağırir

13 Avqust 2026 / 8:57
9
Zelenski Kiyev bölgəsinə edilən hücumlarda ölənlərin sayının 17-yə yüksəldiyini açıqlayıb

Zelenski ABŞ-dan daha çox Patriot raketləri tələb edib

13 Avqust 2026 / 8:19
11
Rusiya prezidenti Putin ilk dəfə Kuril adalarına səfər edib

Rusiya prezidenti Putin ilk dəfə Kuril adalarına səfər edib

13 Avqust 2026 / 8:15
1
NASA yayımında Krımı Rusiyanın tərkibində göstərib

NASA yayımında Krımı Rusiyanın tərkibində göstərib

13 Avqust 2026 / 8:00
7
Kiyevin dəyişmək istəmədiyi əsir götürülmüş 224 ukraynalının tam siyahısı açıqlanıb

Kiyevin dəyişmək istəmədiyi əsir götürülmüş 224 ukraynalının tam siyahısı açıqlanıb

13 Avqust 2026 / 7:54
6
Alaudinov: Rusiya Silahlı Qüvvələri Slavyansk və Kramatorsk şəhərlərini azad etmək üçün ağır iş gözləyir

Alaudinov: Rusiya Silahlı Qüvvələri Slavyansk və Kramatorsk şəhərlərini azad etmək üçün ağır iş gözləyir

13 Avqust 2026 / 7:35
15
Bakıda mağazada güclü yanğın baş verib

Bakıda mağazada güclü yanğın baş verib

13 Avqust 2026 / 7:26
9
Behnam Səidi: “Hörmüz boğazı İrana qarşı təhdidlər bitənə qədər bağlı qalacaq”

İran: İranın şərtləri qəbul olunmayana qədər Hörmüz boğazı açılmayacaq

13 Avqust 2026 / 7:13
11
Hakan Fidan: “Liviyada vasitəçi rolumuzu oynamağa davam edəcəyik”

Hakan Fidan: “Liviyada vasitəçi rolumuzu oynamağa davam edəcəyik”

13 Avqust 2026 / 7:00
10
Tural İrfan:“Netanyahunun Məqsədi Sülh Deyil…”

Tural İrfan:“Əliyev və Pezeşkianın Görüşləri İkiölkəli Əlaqələrə Yeni Təkan Verir”

13 Avqust 2026 / 6:47
40
Tümendən Bakıya uçan təyyarə təcili eniş etdi 

Tümendən Bakıya uçan təyyarə təcili eniş etdi 

12 Avqust 2026 / 22:42
17
Bakıda avtobusda güclü yanğın baş verib-Video

Bakıda avtobusda güclü yanğın baş verib-Video

12 Avqust 2026 / 22:35
7
Narkotik aludəçisi olan Ana övladını zəncirləyib?-Açiqlama

Xocavənddə mina partlayışında yaralanan şəxslərin vəziyyəti açıqlandi

12 Avqust 2026 / 22:28
7
“Reuters” demokratların Tramp üçün impiçmentə alternativ hazırladığını öyrənib

ABŞ prezidenti Trampa qarşı Truth Social postlarına giriş xidmətlərini satdığına görə məhkəmə açılıb

12 Avqust 2026 / 22:01
8
AzTV-nin əməkdaşı dənizdə boğuldu – Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğuldu – Fotolar

12 Avqust 2026 / 21:43
18
Abbas: Fələstin xalqının davasına verdiyi dəstəyə görə Türkiyə Respublikasına təşəkkür edirəm

Abbas: Fələstin xalqının davasına verdiyi dəstəyə görə Türkiyə Respublikasına təşəkkür edirəm

12 Avqust 2026 / 19:55
5
Livan ordusu: İsrailin hücumları bizim yerləşdirməmizə və geri qayıtmağımıza mane olur

Livan ordusu: İsrailin hücumları bizim yerləşdirməmizə və geri qayıtmağımıza mane olur

12 Avqust 2026 / 19:49
19
Canlı yayımda insanları söyən tiktoker həbs edildi

Canlı yayımda insanları söyən tiktoker həbs edildi

12 Avqust 2026 / 19:44
14
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razı Nurullayev:“Sahibkara Yalnız ‘Vergi Ödəyən Şəxs’ Kimi Baxmaq Düzgün Deyil”

12 Avqust 2026 / 19:35
108
Banqladeşdə qızılca epidemiyasında ölən uşaqların sayı 885-ə yüksəlib

Banqladeşdə qızılca epidemiyasında ölən uşaqların sayı 885-ə yüksəlib

12 Avqust 2026 / 18:36
13
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

Vüqar Dadaşov:“Hədəf Tarixi Yaddaşı və Milli Kimliyi Sarsıtmaqdır”

12 Avqust 2026 / 17:24
76
Rusiyadan Telegram və Google-a 26 milyon rubl cərimə

Rusiyadan Telegram və Google-a 26 milyon rubl cərimə

12 Avqust 2026 / 16:25
17
Respublika Gənclər Kitabxanasında Beynəlxalq Gənclər Gününə həsr olunmuş material hazırlanıb

Respublika Gənclər Kitabxanasında Beynəlxalq Gənclər Gününə həsr olunmuş material hazırlanıb

12 Avqust 2026 / 16:17
25
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.