24 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Demokratik prinsiplər bütün xalqlara  şamil olunmalıdır – FOTO

Dekabr 22, 2024
Araşdırma
A A

Ermənilərin Cənubi Qafqazda məskunlaşması azərbaycanlıların kütləvi şəkildə qırılması, köçürülməsi hesabına başa gəldi. Erməni vəhşilikləri nəticəsində təkcə XX əsrin birinci rübündə 2 milyon azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və deportasiya edilmişdir.

“Böyük Ermənistan” dövləti yaratmaq ideyasını ortaya atan erməni ideoloqlarının sonsuz və əsassız istəkləri bitib-tükənmədi. Bu mənfurlar dünən – 1918-ci ildə qədim türk-oğuz yurdu olan Qərbi Azərbaycanda dədə-baba yurdlarından didərgin saldıqları, qanlarına qəltan etdikləri azərbaycanlıların sayəsində öz istəklərinə çatdılar. Tarixi Azərbaycan torpaqlarını işğal etdilər, burada özlərinin əsrlərlə arzuladıqları və heç bir zaman olmayan dövlətlərini qurdular. Bu ərazilərin sakinlərinin qara günləri azğın hayların -ermənilərin bu müqəddəs vətən torpaqlarına ayaq açmasından sonra başladı. Gəlmə ermənilər məqsədli şəkildə yerli azərbaycanlıları havadarlarının sayəsində ciddi-cəhdlə sıxışdırdılar, doğma ellərindən qovdular, qətliamlara məruz qoydular və bu proses mərhələli surətdə zaman-zaman davam etdirildi.

Xalqımıza qarşı çoxsaylı qanlı faciələr, soyqırımları həyata keçirən, müharibə cinayətlərinə əl atan, habelə, dinc vətəndaşlarımızı, körpələri, qocaları, xəstələri xüsusi amansızlıqla qətlə yetirən quldur təməl prinsipləri ilə özünün işğalçı siyasətini quran və bu mənfur siyasəti saxtakar əməlləri, yalanları ilə idarə edən Ermənistan dövləti ilə bağlı əsl həqiqətlər beynəlxalq arenada müasir dünyanın məcburi ittihamı ilə üzləşməlidir.

Bu ittiham 1905-1906-cı illərdə Bakıda və qəzalarda, həmçinin, indiki Ermənistan ərazilərində, tarixi Azərbaycan torpaqlarında, 1918-1920-ci illərdə Bakıda, Şamaxıda, Lənkəranda, Qubada, Zəngəzurda, İrəvanda, Naxçıvanda və digər ərazilərimizdə, 1989-1993-cü illərdə Bakıda, Qarabağda, indiki Ermənistanın azərbaycanlılar yaşayan bütün kəndlərində, eləcə də, Ağdamda, Qubadlıda, Laçında, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə, Zəngilanda və digər yaşayış məntəqələrimizdə qanlı qətliamları reallaşdıran qaçaq-quldur hökumətinə- Ermənistana ünvanlanmalıdır. Çoxsaylı, günahsız, yüzlərlə, minlərlə mülki vətəndaşlarımızı al qanlarına qəltan edənlər, azğın səbəbkarlar beynəlxalq qanunlar çərçivəsində məsuliyyətə cəlb olunmalıdır.

Xocalı söyqırımının, Qaradağlı, Başlıbelli faciələrinin səbəbkarları bütün dünyanın gözü qarşısında törətdikləri qanlı əməllərə görə ifşa olunmalı və özlərinin layiqli cəzalarını almalıdır. Bərdədə, Gəncədə, Mingəçevirdə, Ağdamda, Tərtərdə və digər yaşayış məntəqələrimizdə müharibə cinayətlərinə əl atan ölkənin  -qəsbkar Ermənistanın ustalıqla gizlətdiyi və arxasına gizləndiyi əsl, mənfur erməni xisləti beynəlxalq aləmə tanıdılmalıdır.

Vətəndaş Cəmiyyəti İnstitutu olaraq, necə təhlükəli bir qonşu ilə ilə yaşamaq məcburiyyətində qaldığımızı göstərməli və eyni zamanda, bu iblis donlu, yalançı ölkənin beynəlxalq qanunlar çərçivəsində məhkəmələrdə cavab verməsi məqsədi ilə haqlı tələblərimizi irəli sürməliyik. Həqiqət davasında zəfər çalmağımız naminə durmadan mübarizə aparmalı, dünyanı haqqın tərəfində olmağa doğru səsləməliyik. Ermənistan hökuməti özünün tarixi torpaqlarında –İrəvanda, Göyçədə, Ağbabada, Şörəyeldə, Zəngəzurda və digər ərazilərdə yaşayan Qərbi Azərbaycanlıların geri qaytarılmasını təmin etməlidir. Ermənistan dövləti xalqımıza vurduğu milyardlarla dollar məbləğindəki vəsaiti zərərçəkmiş, maddi-mənəvi itkilərə məruz qalmış azərbaycanlılara ödəməlidir.

Niyə görəsən “həqiqətin beşiyi olan, demokratik Avropa” Azərbaycan ərazilərində dağıdılmış, yer üzündən silinmiş yurd yerlərimizin, son daşına-kərpicinə qədər sökülüb aparılmış şəhər və kəndlərimizin, talan olunmuş maddi-mədəniyyət nümunələrimizin, ekoloji terrora məruz qalan təbiətimizin ürək göynədən aqibəti ilə maraqlanmır? Niyə təcavüzkar Ermənistan Azərbaycana qarşı bəd əməllərinə görə ittiham olunmur? Təəssüflər olsun ki, haqqını arayan, hüzrana uğrayan xalqımızın ürəyində, dilində bu qəbildən olan haqlı suallar çoxdur və “demokratik Avropadan” özünün cavabını istəyir, tələb edir.

Beynəlxalq aləmin məsələyə müdaxilə etməməsi, səssizliyi, laqeydliyi, tərəfkeş münasibəti ədalətin təcəllisində ən böyük maneədir, qorxulu fəsaddır. Demokratik prinsiplərin bütün dünya xalqlarına eyni şəkildə, eyni səviyyədə şamil olunması mütləqdir. Mütləq olan halda qanunlar mexanizmi dəqiq çalışar, haqlı öz haqqını alar, haqsız isə səhvini anlayıb geri çəkilər. Belə olduğu təqdirdə dünyamız siyasi sakitliyini qoruyub saxlayar, insanlar gələcəyə nikbin olaraq baxarlar. Son üç əsrdə başı olmazın əziyyətlərini çəkən ölkəmizin də belə bir ədalət mexanizminin bizim regionda da işləməsi arzuolunandır. Biz yalnız özümün olanları və haqqımızı tələb edirik. Müqəddəs haqq uğrunda mənfur qüvvələrə qarşı mübarizə aparacaq, öz haqqımızı alacağıq!

İlahə Əliyeva,
“Ziyalı Ocağı” İctimai Birliyinin sədri

Əvvəlki Yazı

“Əgər seçki keçirilsə, Ukrayna vətəndaşlarının əksəriyyəti Rusiya ilə sülh tərəfdarı olan siyasətçiləri dəstəkləyəcək”-Artyom Dmitruk

Növbəti Yazı

Xirdalanda yaşayış binasında güclü partlayış baş verib

XƏBƏR LENTİ

Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

24 İyun 2026 / 9:28
1
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Filippində güclü zəlzələ baş verib

24 İyun 2026 / 9:15
1
Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

24 İyun 2026 / 9:00
1
İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

24 İyun 2026 / 8:54
1
Xankəndidə qəzaya düşən motosikletçi Qarabağ Universitetinin tələbəsidir

Xankəndidə qəzaya düşən motosikletçi Qarabağ Universitetinin tələbəsidir

24 İyun 2026 / 8:49
9
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

24 İyun 2026 / 8:44
1
Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

24 İyun 2026 / 8:39
1
ABŞ İrana güzəşt etdi

ABŞ İrana güzəşt etdi

24 İyun 2026 / 8:29
1
Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

23 İyun 2026 / 23:35
3
Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

23 İyun 2026 / 23:32
21
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

23 İyun 2026 / 16:36
3
Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

23 İyun 2026 / 16:14
3
Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

23 İyun 2026 / 16:02
1
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

23 İyun 2026 / 15:57
11
Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

23 İyun 2026 / 15:52
3
Xankəndidə kafedə insident: həbs olunanlar var

Xankəndidə kafedə insident: həbs olunanlar var

23 İyun 2026 / 14:03
2
“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

23 İyun 2026 / 13:52
7
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

23 İyun 2026 / 13:44
4
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

23 İyun 2026 / 13:19
9
Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

23 İyun 2026 / 11:42
18
Sabunçuda ağacdan yıxılan kişi öldü

Sabunçuda ağacdan yıxılan kişi öldü

23 İyun 2026 / 11:13
1
Gürcüstanda zəlzələ baş verdi

Gürcüstanda zəlzələ baş verdi

23 İyun 2026 / 11:09
1
Heyvandarlığın inkişafı və qorunması: Mövcud problemlər və həll yolları – TƏHLİL

Heyvandarlığın inkişafı və qorunması: Mövcud problemlər və həll yolları – TƏHLİL

23 İyun 2026 / 10:44
4
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaq

Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaq

23 İyun 2026 / 9:28
2
Mərdəkanda dənizdə batan 4 gəncin – Fotosu

Mərdəkanda dənizdə batan 4 gəncin – Fotosu

23 İyun 2026 / 9:23
9
şefinin ilk addımı Konqresdə narazılığa səbəb oldu

şefinin ilk addımı Konqresdə narazılığa səbəb oldu

23 İyun 2026 / 9:17
1
Avropada ölümcül istilər gözlənilir – Xəbərdarlıq edildi

Avropada ölümcül istilər gözlənilir – Xəbərdarlıq edildi

23 İyun 2026 / 9:09
2
Fransa – İraq matçı yarımçıq dayandırıldı

Fransa – İraq matçı yarımçıq dayandırıldı

23 İyun 2026 / 8:59
2
Azərbaycanda ali təhsildə praktiki bacarıqların gücləndirilməsi: Universitet-sənaye əməkdaşlığının inkişaf perspektivləri

Azərbaycanda ali təhsildə praktiki bacarıqların gücləndirilməsi: Universitet-sənaye əməkdaşlığının inkişaf perspektivləri

22 İyun 2026 / 22:14
18
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər – Fotolar – Yenilənib

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər – Fotolar – Yenilənib

22 İyun 2026 / 16:50
11
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.