24 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Vətən müharibəsinin 14-cü günü – Ermənistan ordusunun ən bahalı radilokasiya stansiyası məhv edilir

Oktyabr 10, 2024
Manşet
A A

2020-ci il oktyabrın 10-u, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on dördüncü günü.

Avropa.info xatırladır ki, atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri əldə edilən razılığı kobud şəkildə pozur. Azərbaycanın Ağdam və Tərtər rayonları artilleriya atəşinə tutulur. Bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd göstərir. Gecədən etibarən səhər saatlarınadək Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, dörd ədəd “BM-21” “Qrad” yaylım atəşli reaktiv sistemi, altı ədəd “D-20” və “D-30” topu, üç ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, iki ədəd M55 “Zastava” zenit qurğusu, iki radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilir və sıradan çıxarılır. Bununla yanaşı, Ermənistan ordusunun bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (“ST-68U”) radiolokasiya stansiyası məhv edilir.

Ermənistan tərəfi mənfur xislətinə sadiq qalaraq, bu dəfə də döyüşləri cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Belə ki, axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə tutulur. Top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü, Çəmənli kənd sakini Gündüz Taryel oğlu Hüseynov həlak olur. Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri gecə saatlarından etibarən Tərtər şəhərini artilleriya atəşinə tutur. Bu bir daha bütün dünyaya nümayiş etdirir ki, Ermənistan rəhbərliyinin atəşkəs çağırışları riyakarlıqdan başqa bir şey deyil.

Müharibəni dinc əhaliyə və yaşayış məntəqələrinə zərər vurmadan aparan Azərbaycan Ordusu isə nəinki öz torpaqlarını işğaldan azad etməyə, doğma yurdundan didərgin salınan soydaşlarımızı ən qısa zamanda evlərinə qaytarmağı qarşısına məqsəd qoyur. Elə həmin gün Prezident İlham Əliyevin Rusiyanın RBK telekanalına müsahibəsində dediyi kimi:

“Biz məcburi köçkünlər üçün tikinti proqramına əsasən, təkcə bu il yeddi min mənzil istifadəyə verəcəyik. Təsəvvür edirsinizmi? Orta hesabla hər mənzildə beş nəfər nəzərdə tutulsa, biz bir ildə 35 min nəfəri yerləşdirəcəyik. Yəni bu, kiçik və ya hətta bizim şəraitdə orta ölçüdən böyük bir şəhər deməkdir. Zərərçəkmiş 300 mindən çox köçkünü artıq yerləşdirmişik. Köçkünlər üçün şərait yaratmaq məqsədilə biz hər il büdcədən külli məbləğdə vəsait ayırırıq. Hər bir köçkün hər ay dövlətdən müavinət alır. Demək istəyirəm ki, orada biz bu işləri görəcəyik. Biz Cəbrayılı təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar. İllər boyu azərbaycanlıların bu vəziyyətdə necə yaşamalarını təsəvvür edin. Təmas xəttində binoklla baxanda bizim dağıdılmış şəhərləri görərkən mənim keçirdiyim hissləri təsəvvür edin. Qoy erməni tərəfi fikirləşsin. O indi bunun nə demək olduğunu başa düşməyəcək. Lakin əvvəl düşünmək lazım idi, azərbaycanlıların hisslərini təhqir etmək lazım deyildi. Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı”.

Əvvəlki Yazı

Polkovnikin oğlu faciəli şəkildə həlak oldu – Hadisə yerindən GÖRÜNTÜLƏR

Növbəti Yazı

“Elə vəziyyət yaranıb ki, Qərb yol üçün bir variant, Rusiya başqa variant təklif edir”-Ovannisyan

XƏBƏR LENTİ

Azərbaycandan Ermənistana növbəti yük göndərildi

Azərbaycandan Ermənistana növbəti yük göndərildi

24 İyun 2026 / 9:56
1
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun 2026 / 9:50
1
“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

24 İyun 2026 / 9:46
1
Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

24 İyun 2026 / 9:28
1
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Filippində güclü zəlzələ baş verib

24 İyun 2026 / 9:15
1
Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

24 İyun 2026 / 9:00
1
İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

24 İyun 2026 / 8:54
1
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

24 İyun 2026 / 8:44
1
Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

24 İyun 2026 / 8:39
1
ABŞ İrana güzəşt etdi

ABŞ İrana güzəşt etdi

24 İyun 2026 / 8:29
1
Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

23 İyun 2026 / 23:35
3
Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

23 İyun 2026 / 23:32
32
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

23 İyun 2026 / 16:36
4
Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

23 İyun 2026 / 16:14
3
Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

23 İyun 2026 / 16:02
2
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

23 İyun 2026 / 15:57
11
Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

23 İyun 2026 / 15:52
3
Xankəndidə kafedə insident: həbs olunanlar var

Xankəndidə kafedə insident: həbs olunanlar var

23 İyun 2026 / 14:03
2
“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

23 İyun 2026 / 13:52
7
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

23 İyun 2026 / 13:44
4
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

23 İyun 2026 / 13:19
9
Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

23 İyun 2026 / 11:42
18
Sabunçuda ağacdan yıxılan kişi öldü

Sabunçuda ağacdan yıxılan kişi öldü

23 İyun 2026 / 11:13
1
Gürcüstanda zəlzələ baş verdi

Gürcüstanda zəlzələ baş verdi

23 İyun 2026 / 11:09
1
Heyvandarlığın inkişafı və qorunması: Mövcud problemlər və həll yolları – TƏHLİL

Heyvandarlığın inkişafı və qorunması: Mövcud problemlər və həll yolları – TƏHLİL

23 İyun 2026 / 10:44
4
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaq

Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaq

23 İyun 2026 / 9:28
2
Mərdəkanda dənizdə batan 4 gəncin – Fotosu

Mərdəkanda dənizdə batan 4 gəncin – Fotosu

23 İyun 2026 / 9:23
9
şefinin ilk addımı Konqresdə narazılığa səbəb oldu

şefinin ilk addımı Konqresdə narazılığa səbəb oldu

23 İyun 2026 / 9:17
1
Avropada ölümcül istilər gözlənilir – Xəbərdarlıq edildi

Avropada ölümcül istilər gözlənilir – Xəbərdarlıq edildi

23 İyun 2026 / 9:09
2
Fransa – İraq matçı yarımçıq dayandırıldı

Fransa – İraq matçı yarımçıq dayandırıldı

23 İyun 2026 / 8:59
2
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.