Dünya

Braziliyanın Minas-Jerays ştatında torpaq sürüşməsi baş verib

13 Yanvar 2025, 10:427
Reklam728x90
Reklam320x100

Braziliyanın Minas-Jerays ştatında torpaq sürüşməsi baş verib.

Avropa.info -nun xəbərinə görə, bu barədə “CNN Brasil” telekanalı yerli yanğınsöndürmə xidmətinə istinadən məlumat verib.

Məlumata görə, sürüşmə nəticəsində azı 9 nəfər həyatını itirib. Daha bir nəfər hələ də itkin düşmüş sayılır.

Ölənlər sürüşmədən ən çox zərər çəkən İpatinqa şəhərinin sakinləri olublar. Təbii fəlakət səbəbindən 150 ​​nəfər evsiz qalıb.

Ştatın qubernatoru Romeu Zima dağıntıların miqyasının və lazım olan yardımın həcminin qiymətləndirilməsi üçün İpatinqaya səfər etməyi planlaşdırır.

Xatırladaq ki, yanvarın 12-nə keçən gecə Minas-Jerays ştatında güclü yağışlar yağıb. Ştatda fövqəladə vəziyyət elan edilib və bu, 180 gün ərzində qüvvədə qalacaq

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600