Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

25 Yanvar 2025, 14:0910
Reklam728x90
Reklam320x100

Həftəsonu əhalinin təsərrüfat, yaxud istirahət məqsədilə hərəkətliliyinin artması avtomobil yollarında nəqliyyatın intensivliyinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Avropa.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, yerli və respublika əhəmiyyətli avtomobil yollarında təhlükəsizlik tədbirləri gücləndirilsə də, sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən bəzən həftəsonları ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının şahidi oluruq.

BDYPİ xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, hərəkət zamanı düzgün ara məsafəsi seçməyi, sürət rejiminə, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir, mənzil başına təhlükəsiz çatmaq üçün məsuliyyət hissini unutmamağı xahiş edir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600