Hadisə

Bakıda 40 yaşlı kişi itkin düşüb -Fotolar

14 Yanvar 2025, 17:367
Reklam728x90
Reklam320x100

Bakıda 40 yaşlı kişi itkin düşüb.

Avropa.info xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb

Məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlu 05.11.2024-cü il tarixində saat 22:00 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Bildirilib ki, S.Əliyevin boyu 177 sm, saçları seyrək, qara rəngli, gözlərinin rəngi qəhvəyidir və orta bədən quruluşludur.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə, (012) 428-02-02, 425-49-15 şəhər və (055) 207-08-88 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600