31 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

Azərbaycan və Kamerun QHT-ləri arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb

Avqust 31, 2026
Ölkə
A A

Kamerunun Universal Maidens Association Cameroon (UNIMAC) təşkilatı, Azərbaycanın “XXI Əsrin Qadınları” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu arasında üçtərəfli əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Avropa.info xəbər verir ki, memorandum insan hüquqlarının müdafiəsi, qadınların və həssas qrupların imkanlarının genişləndirilməsi, insan alverinin və müxtəlif istismar formalarının qarşısının alınması, korrupsiyaya qarşı mübarizə, şəffaflıq və hesabatlılığın təşviqi, eləcə də vətəndaş cəmiyyəti institutları arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər birgə tədqiqat və monitorinqlər aparacaq, hüquqi və siyasət tövsiyələri hazırlayacaq, maarifləndirmə təşəbbüsləri həyata keçirəcək, ekspert və təcrübə mübadiləsi təşkil edəcək, həmçinin milli və beynəlxalq layihələr üzrə əməkdaşlıq imkanlarını inkişaf etdirəcəklər. Əməkdaşlığın mühüm istiqamətlərindən biri insan alveri, korrupsiya, əmək istismarı, qanunsuz işə cəlbetmə, miqrasiya ilə bağlı risklər və səlahiyyətdən sui-istifadə arasında əlaqələrin araşdırılmasıdır. Bu mövzular üzrə müqayisəli tədqiqatların, analitik hesabatların və preventiv təşəbbüslərin hazırlanması nəzərdə tutulur.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, imzalanmış Memoranduma yalnız üç təşkilat arasında formal əməkdaşlıq sənədi kimi baxmaq düzgün olmaz: “Bu əməkdaşlıq bizim üçün müxtəlif regionlarda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının təcrübəsini bir araya gətirmək imkanıdır. İnsan alveri, korrupsiya, əmək istismarı və insanların həssas vəziyyətindən sui-istifadə çox vaxt bir-birindən ayrı problemlər deyil. Onları yaradan ortaq risklər, sosial səbəblər və institusional boşluqlar var. Ona görə də beynəlxalq QHT əməkdaşlığı yalnız tədbirlərin keçirilməsi ilə məhdudlaşmamalıdır. Birgə araşdırmalar, monitorinqlər, ekspert mübadiləsi və konkret həllərin hazırlanması bu əməkdaşlığın real nəticəsi olmalıdır. Azərbaycan QHT-lərinin beynəlxalq əlaqələrinin, o cümlədən Afrika ölkələrinin vətəndaş cəmiyyəti təşkilatları ilə birbaşa əməkdaşlığının genişlənməsini də vacib hesab edirik”.

Memorandumda əməkdaşlığın hüquqi və etik çərçivəsinə də diqqət yetirilib. Tərəflərin institusional müstəqilliyi, donor və qrant müraciətlərində təşkilatların ad və loqolarından yalnız əvvəlcədən razılıq əsasında istifadə edilməsi, fərdi və həssas məlumatların qorunması, maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı sıfır dözümlülük prinsipləri sənəddə əksini tapıb.

Sənədi Universal Maidens Association Cameroon-un (UNIMAC) Baş icraçı direktoru Ameh Maurice Ngwa, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev imzalayıblar.

Üç il müddətinə nəzərdə tutulan Memorandum Azərbaycan və Kamerun vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrin genişləndirilməsinə, yeni beynəlxalq tərəfdaşlıqların qurulmasına və birgə təşəbbüslərin həyata keçirilməsinə imkan yaradır.

Qeyd edək ki,  Universal Maidens Association Cameroon (UNIMAC) – Kamerunda fəaliyyət göstərən qeyri-kommersiya vətəndaş cəmiyyəti təşkilatıdır. Təşkilat 2020-ci ildə yaradılıb, 2021-ci ildə rəsmi qeydiyyatdan keçib. UNIMAC qadın və qızların sosial-iqtisadi imkanlarının genişləndirilməsi, gender əsaslı zorakılığın qarşısının alınması, təhsil və peşə bacarıqlarının inkişafı, insan hüquqlarının müdafiəsi, həssas icmaların dəstəklənməsi, yoxsulluğun azaldılması və davamlı icma inkişafı istiqamətlərində fəaliyyət göstərir.

Təşkilat, həmçinin ev işçilərinin hüquqları, layiqli əmək şəraiti və istismardan müdafiə məsələləri ilə məşğul olur. UNIMAC müxtəlif tərəfdaşlarla qadınların iqtisadi imkanlarının genişləndirilməsi, menstrual sağlamlıq, sülh quruculuğu, kənd icmalarının dayanıqlığının artırılması və digər sosial istiqamətlərdə layihələr həyata keçirib. Təşkilata onun təsisçisi və Baş icraçı direktoru Ameh Maurice Ngwa rəhbərlik edir.

“XXI Əsrin Qadınları” İctimai Birliyi – qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi, həssas qrupların sosial müdafiəsi, insan alverinin qarşısının alınması və insan alverindən zərər çəkmiş şəxslərə dəstək istiqamətlərində fəaliyyət göstərən Azərbaycan vətəndaş cəmiyyəti təşkilatıdır. Təşkilata Mahirə Əmirhüseynova rəhbərlik edir.

“Konstitusiya” Araşdırmalar Fondu – hüquq, insan hüquqları, konstitusionalizm, yaxşı idarəetmə, şəffaflıq və hesabatlılıq, korrupsiyanın qarşısının alınması, vətəndaş iştirakçılığı və hüquqi siyasət məsələləri üzrə araşdırma, monitorinq, maarifləndirmə və ictimai təşəbbüslər həyata keçirən Azərbaycan vətəndaş cəmiyyəti təşkilatıdır. Fondun prezidenti Əliməmməd Nuriyevdir.

Əvvəlki Yazı

Tramp İranın Xarq adasını “parçalamaqla” hədələyib

XƏBƏR LENTİ

Azərbaycan və Kamerun QHT-ləri arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan və Kamerun QHT-ləri arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb

31 Avqust 2026 / 11:04
4
Tramp nəyin bahasına olursa-olsun tarixdə iz buraxmağa can atır: indi onun gözləri aya dikilib

Tramp İranın Xarq adasını “parçalamaqla” hədələyib

31 Avqust 2026 / 10:50
15
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

“Dövlət Kanalının Siyasi İttihamları Sifariş Ehtimalını Artırır

31 Avqust 2026 / 10:30
75
Nepalda daşqınlar 900-dən çox insanın həyatına son qoyub, minlərlə insan itkin düşüb

Nepalda daşqınlar 900-dən çox insanın həyatına son qoyub, minlərlə insan itkin düşüb

31 Avqust 2026 / 9:29
9
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:“Aİ Türkiyə İlə Münasibətlərə Strateji Baxımdan Yenidən Baxmalıdır”

31 Avqust 2026 / 9:20
67
Prezident lham Əliyev Özbəkistanın “Ali Dostluq Dərəcəsi” ordeni ilə təltif edildi-Foto

Prezident İlham Əliyev Qırğızıstana səfərə  gedəcək – Video

31 Avqust 2026 / 9:14
4
Saldo: “Ukrayna hərbçiləri Xersondakı sakinlərdən sığınacaq kimi istifadə edirlər”

Saldo: “Ukrayna hərbçiləri Xersondakı sakinlərdən sığınacaq kimi istifadə edirlər”

31 Avqust 2026 / 9:08
9
Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

Slyusar: Rostov vilayətinin altı rayonunda bir gecədə Ukrayna Silahlı Qüvvələrinə məxsus 30-dan çox pilotsuz uçan aparat vurulub

31 Avqust 2026 / 8:58
4
Rusiya Xarici İşlər Nazirliyi NATO-ya Ukraynaya yardım üçün əks tədbirlər barədə xəbərdarlıq edib

Rusiya Xarici İşlər Nazirliyi NATO-ya Ukraynaya yardım üçün əks tədbirlər barədə xəbərdarlıq edib

31 Avqust 2026 / 8:23
11
SEPAH İordaniyadakı ABŞ qırıcı bazalarının məhv edildiyini açıqladı

SEPAH İordaniyadakı ABŞ qırıcı bazalarının məhv edildiyini açıqladı

31 Avqust 2026 / 8:17
12
“Biz möhkəm dayanırıq”: Həbsxanada olan Maduro nəvələrinə və uşaqlarına təsirli mesaj yayımladı

“Biz möhkəm dayanırıq”: Həbsxanada olan Maduro nəvələrinə və uşaqlarına təsirli mesaj yayımladı

31 Avqust 2026 / 8:11
16
Səudiyyə Ərəbistanından istefada olan general: Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir

Netanyahunun seçki öncəsi “qorxu” siyasəti: O, yeni təhdidlər etdi

31 Avqust 2026 / 7:47
18
İnqilab Keşikçiləri: Biz İordaniyadakı ABŞ-ın iki hava bazasını ballistik raketlərlə vurduq

İnqilab Keşikçiləri: Biz İordaniyadakı ABŞ-ın iki hava bazasını ballistik raketlərlə vurduq

31 Avqust 2026 / 7:43
20
Məkkə Birgə Müdafiə Sazişinin ilk komitə iclası İstanbulda

Məkkə Birgə Müdafiə Sazişinin ilk komitə iclası İstanbulda

31 Avqust 2026 / 7:36
21
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

30 Avqust 2026 / 20:52
3
Təcili: Girne sahillərində içərisində 267 nəfərin olduğu bərə batıb

Təcili: Girne sahillərində içərisində 267 nəfərin olduğu bərə batıb

30 Avqust 2026 / 16:52
4
Welt: Ukraynanın ələ keçirən dronları Rusiya İHA-larına qarşı gücsüzdür

Welt: Ukraynanın ələ keçirən dronları Rusiya İHA-larına qarşı gücsüzdür

30 Avqust 2026 / 10:57
8
Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib

Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib

30 Avqust 2026 / 10:51
10
Siciliya adasındakı meşə yanğınları yaşayış məntəqələrinə yaxinlaşir

Siciliya adasındakı meşə yanğınları yaşayış məntəqələrinə yaxinlaşir

30 Avqust 2026 / 10:46
14
Nikolay Plotnikov: “70 ölkədən 7 min muzdlu Ukrayna Silahlı Qüvvələrinin tərəfində Rusiyaya qarşı döyüşür”

Nikolay Plotnikov: “70 ölkədən 7 min muzdlu Ukrayna Silahlı Qüvvələrinin tərəfində Rusiyaya qarşı döyüşür”

30 Avqust 2026 / 10:40
14
Vladimir Putin Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib

Vladimir Putin Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib

30 Avqust 2026 / 10:21
14
Türkiyə İsrail hökumətini qorxaq və çürük adlandırıb

Türkiyə İsrail hökumətini qorxaq və çürük adlandırıb

30 Avqust 2026 / 10:09
15
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur – Video

Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur – Video

30 Avqust 2026 / 9:58
17
Venesuela ilə ABŞ arasında neft müqaviləsi 25 il müddətinə olacaq

Venesuela ilə ABŞ arasında neft müqaviləsi 25 il müddətinə olacaq

30 Avqust 2026 / 9:52
10
Nepalda daşqın nəticəsində ölənlərin sayı 675 nəfərə çatıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 675 nəfərə çatıb

29 Avqust 2026 / 17:31
5
Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində ikisi uşaq olmaqla  beş nəfər yaralanıb

Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində ikisi uşaq olmaqla  beş nəfər yaralanıb

29 Avqust 2026 / 17:00
12
Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 / 15:47
5
Rusiya prezidenti Putin ilk dəfə Kuril adalarına səfər edib

Putin: İnternetdə çoxlu məlumat zibilləri və etibarsız şeylər var

29 Avqust 2026 / 15:38
4
Beynəlxalq Dəniz Təşkilatı: 400-ə yaxın gəmi hələ də Fars körfəzində qapalı vəziyyətdədir

Beynəlxalq Dəniz Təşkilatı: 400-ə yaxın gəmi hələ də Fars körfəzində qapalı vəziyyətdədir

29 Avqust 2026 / 15:01
3
Ukrayna Silahlı Qüvvələrinin  Rostov vilayətinə PUA hücumu nəticəsində 11 nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin  Rostov vilayətinə PUA hücumu nəticəsində 11 nəfər yaralanıb

29 Avqust 2026 / 14:43
21
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.