Kriminal

Axtarışda olan Həsənov Emin Moldovadan Azərbaycana ekstradisiya olunub

15 Yanvar 2025, 10:3413
Reklam728x90
Reklam320x100

Baş Prokurorluğun vəsatəti əsasında Moldovanın səlahiyyətli orqanları tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Həsənov Emin Nazim oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Avropa.info xəbər verir ki,bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb

Belə ki, Abşeron rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə daxil olmaqla törədilən oğurluq) maddəsi ilə təqsirləndirilən Həsənov Emin Nazim oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Emin Həsənov Moldova Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600