16 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

“Artıq ABŞ da daxil olmaqla bir çox ölkə Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır”-Vüqar Dadaşov

Aprel 28, 2025
Araşdırma
A A

-Rusiya Krımı ilhaq edib geri qaytarması tarixi ədalətin bərpasıdır?!

Gözlənildiyi kimi, Ukrayna Xarici işlər Nazirçiyi rəsmi bəyanatı ilə ABŞ prezidenti Donald Trampın Rusiya – Ukrayna arasında sülh təklifini qəti rədd etdi. Trampın sülh təklifinim əsas mahiyyəti Rusiyanın Ukraynadan 2014-cü ildə ilhaq etdiyi Krımın Rusiya ərazisi kimi tanınması, digər işğal olunmuş ərazilərin “status quo” formasında saxlanılması, yəni müharibənin dondurulmasından ibarətdir.

Bu sözləri Avropa.info-ya müsahibəsində Milli Cəphə Partiyasinin Başqan müavini siyasi şərhçi Vüqar Dadaşov deyib

Vüqar Dadaşov əlavə edib ki, idiki, əsaslı səbəblərə görə Rusiya da, Ukrayna da Trampın sülh təklifini qəbul etməyəcək. Donald Trampın tərəflər arasında tələsik sülhə, atəşkəsə nail olmaq istəyi həm də Ukrayna və Rusiyanın bir başa danışıqlarından ehtiyat etməsidir hansı ki, bir neçə gün əvvəl həm Putin və həm də Zelenski bir başa danışıqların mümkünlüyünü bildirib. Vasitəçilərin kim, danışıqların necə aparılmasından asılı olmayaraq Rusiya və Ukrayna arasında dayanıqlı sülh mümkün deyil. Ətəşkəs əldə edilsə də belə, zaman-zaman müharibə davam edəcək. Tərəflər arasında daimi müharibə, düşmənçilik ABŞ-ın strateji hədəfi və qələbəsidir. Ancaq bu da faktdı ki, Rusiyanın sürükləndiyi Ukrayna müharibəsi Rusiya dövlətçiliyi üçün real təhlükəyə çevrilib.

Qaldı Krım məsələsinə, məlumdur ki, Rusiya imperiyası 1783-cü ildə Osmanlı imperiyası ilə sıx bağlı olan Krım xanlığını işğal etmiş və Krım 1954-cü ilə qədər Sovet Rusiyasının tərkibində olub.

19 fevral1954-cü ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, əslən Ukraynadan olan Nikita Xruşşovun təşəbbüsü ilə 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti SSRİ tərkibində olan Rusiyanın hökümətinin razılığı olmadan Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilib. Hələ o dövrdə belə rus millətçiləri, elm adamları Krımın Ukrayna verilməsinə etiraz edib. Müasir dövrümüzdə Rusiya siyasi elitası, o cümlədən prezident Putin bunu rus xalqının iradəsinə zidd və Xuruşovun ruslara xəyanəti adlandırıb.

Zəngəzura gəldikdə isə, 1920-ci ildə Paris sülh konfransında 9 min kv.km ərazi ilə tanınan Ermənistan SSRİ tərkibinə daxil olandan sonra, ancaq Azərbaycan torpaqları hesabına 29 min kv.km qədər ərazisi artıb. 10 iyun 1920-ci il tarixdə RSFSR-lə Ermənistanı arasındakı bağlanmış hərbi-siyasi müqavilənin 3-cü maddəsində məxsusi yazılmışdı: «Rusiya hökuməti İrəvan quberniyasının, Zəngəzur qəzasının Ermənistan SSR ərazisinin tərkibinə daxil olmasını mübahisəsiz tanıyır». Nəinki Zəngəzur, Ermənistana verilmiş bütün digər Azərbaycan torpaqları Azərbaycan hökümətinin razılığı olmadan Rusiya tərəfindən Ermənistana verilib. Azərbaycan prezidenti İlham Əliyev Zəngəzurun Ermənistana verilməsini Sovet hakimiyyətinun Azərbaycana qarşı növbəti düşmənçiliyi və ədalətsizliyi adlandırıb.

Əgər, Rusiya onun razılığı olmadan Krımın Sovet hakimiyyəti tərəfindən Ukraynaya verilməsini qanunsuz və xəyanət adlandırırsa, Azərbaycan torpaqlarının o cümlədən Zəngəzurun Azərbaycan hökümətinin razılığı olmadan Sovet hakimiyyəti tərəfindən Ermənistana verilməsi qanunsuz və ədalətsizlik deyilmi?! Rusiyanın Krımın ilhaq edib geri qaytarılması tarixi ədalətin bərpası adlandırmaq olar?! Artıq ABŞ da daxil olmaqla bir çox ölkə Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır.

Beynəlxalq siyasi və hərbi konyunktura, beynəlxalq hüquq kimi tanıdığımız anlayışlara yeni traxtovka tələb edir. Xüsusən də, Azərbaycan ərazi bütövlüyünü öz gücünə bərpa etdikdən sonra, beynəlxalq suverenlik prinsiplərinə öz milli maraqları prizmasından yanaşması yeni dünya düzənin tələbinə çevrilir. Riyakarlıq kimi görünsə də, müəyyən şərtlər daxilində Krımın Rusiya ərazisi kimi tanınması həm də, Zəngəzurla bağlı Azərbaycan üçün presedent ola bilər. Şimali Kipr Türk Respublikasının tanınması da yeni dünya düzəninə uyğun gəlir.

Ermənistanın Azərbaycanla tələsik sülh müqaviləsi istəyi də məhz, Sovet Rusiyasının qanunsuz Ermənistana verdiyi Zəngəzur da daxil olmaqla Azərbaycan torpaqları üzərində legitimlik-suverenlik qazanmaqdır. Ancaq, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanmasından, formasından asılı olmayaraq Ermənistana Azərbaycan torpaqları üzərində legitimlik hüququ verəcəyi mümkünsüzdür.

Əvvəlki Yazı

“Əgər Hindistan bizim su təchizatımızı kəssə, biz onların hava təchizatını kəsəcəyik” -Hənif Abbasi

Növbəti Yazı

Xocalıya növbəti köç yola düşdü -Fotolar

XƏBƏR LENTİ

Ukraynalı futbolçu ad günündə dənizdə boğulub öldü

Ukraynalı futbolçu ad günündə dənizdə boğulub öldü

16 İyun 2026 / 10:08
18
Yol polisi sürücülərə müraciət etdi

Azərbaycanda “Piyadalar, diqqətli olun!” həftəliyi başladı

16 İyun 2026 / 10:02
17
İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyada güclü zəlzələ baş verib

16 İyun 2026 / 9:54
14
Aleksandr lukaşenko:”İsraillilər bu qədər insanı, xüsusən də qadın və uşaqları öldürərkən hansı Holokostdan danışırdılar?”

Aleksandr lukaşenko:”İsraillilər bu qədər insanı, xüsusən də qadın və uşaqları öldürərkən hansı Holokostdan danışırdılar?”

16 İyun 2026 / 9:47
15
ABŞ-ın vitse-prezidenti İranı hədələdi

ABŞ-ın vitse-prezidenti İranı hədələdi

16 İyun 2026 / 9:39
16
“Əbədi İşıq” sərgisi – Rəşid Əzimovun xatirəsinə

“Əbədi İşıq” sərgisi – Rəşid Əzimovun xatirəsinə

15 İyun 2026 / 23:26
104
“Erməni vəhşiliyi: sənədlərin dili ilə” nəşrinin təqdimatı keçirilib – FOTOLAR

“Erməni vəhşiliyi: sənədlərin dili ilə” nəşrinin təqdimatı keçirilib – FOTOLAR

15 İyun 2026 / 21:33
6
Azərbaycan cəmiyyətində tolerantlıq modeli: Tarixi köklərdən müasir reallığa

Azərbaycan cəmiyyətində tolerantlıq modeli: Tarixi köklərdən müasir reallığa

15 İyun 2026 / 21:31
3
Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

15 İyun 2026 / 21:29
2
Heyvandarlıq sektorunda müasir çağırışlar: Şəffaflıqdan ekoloji balansa – TƏHLİL

Heyvandarlıq sektorunda müasir çağırışlar: Şəffaflıqdan ekoloji balansa – TƏHLİL

15 İyun 2026 / 21:20
11
Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

15 İyun 2026 / 10:41
1
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

15 İyun 2026 / 10:32
20
Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

14 İyun 2026 / 13:45
9
Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
19
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
3
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
17
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
3
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
3
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
7
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
18
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.