Araşdırma

“Aqroservis” ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru Rahim Rzayev həbs edildi

24 Yanvar 2025, 14:4234
Reklam728x90
Reklam320x100

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin regional bölmələrində yoxlamalar aparılır.

Avropa.info xəbər verir ki, Aqroservis ASC-nin Cəlilabad regional nümayəndəliyində və digər bölmələrdə aparılan yoxlamalar nəticəsində ciddi pozuntular aşkarlanıb.

Pozuntular Lənkəran-Lerik-Astara rayon bölməsində də aşkar edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə “Aqroservis” ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru Rahim Rzayev vəzifəsindən azad edilib.

Rahim Rzayev bir müddət əvvəl saxlanılaraq barəsində cinayət işi açılıb və həbs edilib.

Aqroservis ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru vəzifəsinə Zaur Muradov Ağaşirin oğlu təyin olunub.

Qeyd edək ki, hazırda Aqroservis ASC-nin sədri Mehman Veysəlovdur

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600