25 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Antaliyada“Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər” mövzusunun müzakirəsi olub.

Aprel 12, 2025
Siyasət
A A

IV Antalya Diplomatiya Forumunun (ADF2025) ikinci günündə əsas gündəm maddələrindən biri “Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər” mövzusunun müzakirəsi olub.

Avropa.info xəbər verir ki, bununla bağlı keçirilən panel iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də Gürcüstan və Ermənistanın XİN başçıları Maka Boçorişvili ilə Ararat Mirzoyan iştirak ediblər.

Tədbirdə çıxış edən Ceyhun Bayramov İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistanın Cənubi Qafqazda tarixi bir hadisə olaraq normallaşma prosesinə başladığını vurğulayıb. O qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycan Ermənistanla sülhün əldə olunması və Sülh sazişinin imzalanması məsələsini gündəmə gətirib. 2022-ci ilin oktyabr ayında başlayan bu proses qarşılıqlı görüşlərlə davam edib. Bu müddət ərzində bir çox görüşlər keçirilib. Ötən ay Sülh sazişinin mətninin hazırlanma prosesi başa çatıb. Növbəti mərhələdə sənədin icrasına başlanılacaq və prosesin yekunlaşacağı gözlənilir.

Azərbaycanın xarici işlər naziri onu da qeyd edib ki, bu proseslə biz uzun illər fəaliyyəti dayandırılmış bir məsələnin yenidən işə salınmasına başlayırıq. Ermənistan da bu gerçəyi qəbul edir. Bununla bağlı Ermənistan konstitusiyasında lazımi dəyişikliklər ediləcək ki, bu dəyişikliklər torpaqlarla bağlı haqq iddiaları məsələsinin həllinə gətirib çıxaracaq. C.Bayramov əlavə edib:

“Artıq Azərbaycan və Ermənistan arasında Sülh sazişinin imzalanması ilə bağlı başqa maneələrlə qarşılaşacağımızı düşünmürük. Azərbaycanla Ermənistan sülh baxımından çox uğurlu bir dövrü geridə qoyub”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tarixi düşüncələrə bağlı qalmağın doğru olmadığını vurğulayıb və xalqların gələcəyi naminə önümüzə baxmağın vacibliyini qeyd edib. O, məsələyə hər iki tərəfə fayda verəcək qurucu bir baxışla yanaşmağın düzgün olduğunu düşündüyünü bildirib:

“İndi biz fikrimizi bu günə və gələcəyə cəmləşdirməliyik. “Kim daha çox insan öldürdü” kimi keçmişə bağlı iddiaları davam etdirmək yalnız yeni mübahisələrə səbəb olacaq. Biz, ilk növbədə, bölgədə sülhü inşa etməliyik”.

Mirzoyan uzun danışıqlardan sonra sülh sazişinin mətni ilə bağlı ortaq fikrə gəldiklərini, artıq sənədin imzalanma tarixi və yerini müəyyən etməli olduqlarını bildirib. O, mətndə konstitusiyadakı suverenlik aktına istinad edilən maddə ilə bağlı dəyişiklik məsələsinin mövcudluğunu qeyd edərək, bunun konstitusiya məhkəməsinin qərarına bağlı olduğunu vurğulayıb.

“Teorik olaraq, ziddiyyətin aradan qaldırılacağına inanıram. Bu, ölkələrimiz üçün bir başlanğıc nöqtəsidir. Əlbəttə sülh prosesi ilə bağlı məsələlər davam edəcək və biz bununla bağlı danışmağa, əməkdaşlıq imkanları yaratmağa davam edəcəyik. Biz bununla dünyaya bir mesaj vermək istəyirik: “keçmişi qazımağın, ona bağlı qalmağın və buna vaxt sərf etməyin mənası yoxdur”. Xalqlarımızın ortaq gələcəyi və rifahı üçün çalışmalıyıq. Bunun üçün bütün lazımi imkanlar qarşımızdadır. Biz birlikdə gələcək mərhələyə keçməyə hazırıq və bu, özü ilə sülh içində əməkdaşlıq imkanlarını gətirəcək”, – deyə Mirzoyan əlavə edib.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili isə bildirib:

“Təbii ki, sülh içində yaşayan bir Cənubi Qafqaz hər birimizin öncəliyidir. Bölgəmizin çox ciddi bir potensiala sahib olduğunun da fərqindəyik. Bu potensialdan tam şəkildə istifadə etmək istəyiriksə, o zaman bölgəyə davamlı bir sülh gətirməliyik. Elə bu səbəbdən də biz hər şeydən əvvəl iki ölkə arasında sülhü böyük məmnuniyyətlə qarşılayırıq və Azərbaycan ilə Ermənistan arasındakı Sülh sazişinin çox böyük bir uğur olacağına inanırıq”.

Əvvəlki Yazı

İran Azərbaycan sərhədində atisma- Sərhəd pozan məhv edildi bir nəfər zərərləsdirildi-Foto

Növbəti Yazı

Somalinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət Naziri Ömər ADF haqqında xoş sözlərlə çıxış etdi

XƏBƏR LENTİ

Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

24 İyun 2026 / 20:46
4
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

24 İyun 2026 / 18:33
18
Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

24 İyun 2026 / 18:24
11
Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

24 İyun 2026 / 18:12
16
Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

24 İyun 2026 / 18:05
9
Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

24 İyun 2026 / 17:23
2
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

24 İyun 2026 / 11:17
5
Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı –  ADY -dən açıqlama

Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı – ADY -dən açıqlama

24 İyun 2026 / 10:38
9
Regionxeber saytının baş redaktoru həbs edildi

Regionxeber saytının baş redaktoru həbs edildi

24 İyun 2026 / 10:33
5
Azərbaycandan Ermənistana növbəti yük göndərildi

Azərbaycandan Ermənistana növbəti yük göndərildi

24 İyun 2026 / 9:56
1
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun 2026 / 9:50
1
“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

24 İyun 2026 / 9:46
3
Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

24 İyun 2026 / 9:28
1
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Filippində güclü zəlzələ baş verib

24 İyun 2026 / 9:15
1
Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

24 İyun 2026 / 9:00
1
İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

24 İyun 2026 / 8:54
1
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

24 İyun 2026 / 8:44
3
Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

24 İyun 2026 / 8:39
1
ABŞ İrana güzəşt etdi

ABŞ İrana güzəşt etdi

24 İyun 2026 / 8:29
1
Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

23 İyun 2026 / 23:35
3
Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

23 İyun 2026 / 23:32
86
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

23 İyun 2026 / 16:36
5
Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

23 İyun 2026 / 16:14
3
Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

23 İyun 2026 / 16:02
4
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

23 İyun 2026 / 15:57
14
Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

23 İyun 2026 / 15:52
4
Xankəndidə kafedə insident: həbs olunanlar var

Xankəndidə kafedə insident: həbs olunanlar var

23 İyun 2026 / 14:03
5
“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

23 İyun 2026 / 13:52
7
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

23 İyun 2026 / 13:44
7
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

23 İyun 2026 / 13:19
12
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.