Anar Bayramov Baş həkimi işdən azad etdi

Zığ Sağlamlıq Mərkəzinin baş həkimi Naibə Əzizova vəzifəsindən azad olunub.

Avropa.info xəbər verir ki, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.

Digər əmrlə, Şəlalə Səfərova mərkəzin baş həkimi təyin olunub.

Qeyd edək ki,  Şəlalə Səfərova bundan əvvəl Xətai rayonundakı 7 saylı Şəhər Poliklinikasının baş həkimi vəzifəsində çalışıb.

XƏBƏR LENTİ