28 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

ABŞ-nin “Dəmir Qübbə” yaratma planları hansı məqsədi daşıyır?-Politoloq Elşən Manafov

Yanvar 29, 2025
Siyasət
A A

Yanvarın 20-də andiçmə mərasimində Tramp bildirmişdi ki, qeyd olunan sistem ölkə daxilində istehsal olunacaq.
BAKI, 29 yanvar — Avropa.info ABŞ Prezidenti Donald Tramp “Dəmir Qübbə” milli raketdən müdafiə sisteminin hazırlanması haqqında fərman imzalayıb. Bildirilib ki, fərmanın dərc edildiyi andan 60 gün ərzində müdafiə naziri Prezidentə yeni nəsil raketdən müdafiə qalxanının arxitekturasını və yaradılması planını təqdim etməlidir.
Sənəd Floridadan Merilend ştatına uçuş zamanı imzalanıb.
Yanvarın 20-də andiçmə mərasimində Tramp bildirmişdi ki, qeyd olunan sistem ölkə daxilində istehsal olunacaq.
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin yeni sədri Rocer Uiker iki il ərzində müdafiə maliyyəsini 200 milyard dollar artırmaq və departamentin satınalma sistemini daha çevik etmək niyyətindədir.
Uikerin ofisi hazırda müzakirə olunan qanun layihəsi çərçivəsində ABŞ prezidenti Donald Trampdan müdafiə büdcəsini artırmağa nail olmaq istəyir. Uiker hesab edir ki, bununla “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini, yeni hərbi texnikanı və sualtı qayıqları yaratmaq mümkün ola bilər. Ayrılan vəsait büdcə xərclərinə görə yaradılması sual altında olan yeni nəsil “hava üstünlüyü” qırıcısının layihəsinin maliyyələşdirilməsinə yönəldilə bilər.
Uiker yeni müdafiə satınalma planı təklif edir. Konqres tərəfindən bu qəbul olunarsa, Pentaqonun satınalma sistemini kökündən dəyişdirə, bəzi müdafiə firmalarını və kommersiya şirkətlərini ağır müqavilə prosedurlarından azad edə bilər.
Bəs ABŞ “Dəmir Qübbə”sinin yaradılması nə qədər realdır?
Rusiyalı hərbi analitik Viktor Litovkin deyir ki, ABŞ-ı qorumalı olan qübbənin birbaşa İsrailə, İsrail “Dəmir Qübbəsi”nə heç bir aidiyyatı yoxdur:
“Ona görə də belə bir hava hücumundan müdafiə və raketdən müdafiə sistemini necə yaradacaqları böyük sualdır. ABŞ Kanada ilə birlikdə NORAD adlı hava hücumundan müdafiə sisteminə malikdir. Amma görünən odur ki, o, Birləşmiş Ştatların ərazisini tam müdafiə etmir. Trampın vədlərinin necə yerinə yetirəcəyini kimsə bilmir. Hətta 45-ci prezidentliyi dövründə o, heç kimdə olmayan super duper raket yaratmağa söz vermişdi. Amma indi o, ikinci dəfə hakimiyyətə gəlib və super raket ABŞ-də yoxdur”.
Politoloq Elşən Manafov xatırladıb ki, ABŞ prezidenti Tramp seçkiqabağı təşviqat kompaniyası zamanı Rusiya və Ukrayna arasında müharibəni 24 saata dayandıra biləcəyi ilə bağlı vədlər vermişdi:
“İnaqurasiya prosesindən sonra belə məlum olur ki, onun bu vədləri populist xarakter daşıyırmış və hərbi əməliyyatların dayandırılması ABŞ-nin bununla bağlı istəyi və iradəsindən asılı deyil. Tramp bu məsələdə qətiyyətli olduğunu nümayiş etdirmək üçün Rusiya və Ukrayna tərəfləri ilə danışıqlar aparacaq səlahiyyətli nümayəndəsini təyin edib. Onun isə İndepent nəşrinə verdiyi müsahibədən belə məlum olub ki, hazırkı mərhələdə Trampın əsas məqsədi hərbi əməliyyatların 100 gün müddətinə dayandırılması istəyidir”.
Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 29.01.2025
Elşən Manafov
© Photo : Courtesy of Elshan Manafov
Politoloq bildirir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin sülh danışıqlarına hazır olduğunu bildirib və bu zaman Rusiyanın hər hansı barışıq müqaviləsinə deyil, məhz uzun müddətli və dayanıqlı sülhü təmin edə biləcək danışıqlara hazır olduğunu, danışıqlar zamanı isə Rusiya şərtlərinin nəzərə alınmasının vacibliyini vurgulayıb:

“Bu şərtlər isə Rusiyaya referendum yolu ilə birləşdirilmış ərazilərin yeni statusunun Ukrayna və Qərb tərəfindən qəbul edilməsi, Ukraynanın heç bir vəchlə NATO-ya daxil olmayacağı ilə bağlı təminatların verilməsidir. Rusiya tərəfinin qətiyyətli mövqeyi isə ABŞ-nin yeni administrasiyasını təmin etmədiyindən, görünür Ağ Ev Rusiyaya iqtisadi təzyiq vasitələrini gücləndirməklə yanaşı ehtimal oluna biləcək hərbi qarşıdurma ərəfəsində özünün hava məkanının təhlükəsizliyinin daha yuksək səviyyədə təmin edilməsi üçün əlavə tədbirlərə əl atmaq məcburiyyətində qalıb. Etiraf etmək lazımdır ki, ballistik qanadlı raket, habelə hipersəs keyfiyyətlərinə malik raketlərin kütləvi hücumundan ABŞ-ı daha etibarlı şəkildə qorumaq üçün Tramp hələ seçkiqabağı kompaniyası zamanı belə bir fərmana imza atacağı ilə bağlı vədlər vermişdi”.

Politoloqun sözlərinə görə, hərbi mütəxəssislər ABŞ-nin “Dəmir Qübbəsi”nin etibarlı və effektiv olmayacağı, habelə ona baha başa gələcəyi ilə bağlı fikirlər səsləndirirlər:
“ABŞ ərazisi İsraillə müqayisəyə gəlməyəcək dərəcədə nəhəng olduğundan belə bir sipərin hazırlanması müşkül görünür. “Dəmir Qübbə” idarəolunmayan, imkanları 50 km dən 200 km ə qədər olan taktiki raketlərdən qorunmaq üçündür. Onun bir batareyası təxminən 1,5 min kv.km ərazini müdafiə edə bilir. Digər tərəfdən keçən il İranın İsrailə kütləvi raket və pilotsuz təyyarələrlə hücumu zamanı İsrailin “Dəmir Qübbəsi”nin deyildiyi qədər effektiv və etibarlı olmadığı üzə çıxdı”.
Politoloq qeyd edib ki, Rusiyanın Oreşnik kimi raketlərinin hədəfə vurma imkanları 2000 km-ə qədərdir və hipersəs keyfiyyətlərinə malik bu raketlərin uçuş trayektoriyasını müasır hava hücumundan müdafiə sistemləri aşkar etmək qabiliyyətinə malik deyillər.

“Bu raketlər kütləvi qırğın silahları deyil, lakin, partlayışın radiusu və zərbə gücü nüvə silahına bərabərdir. ABŞ-nin bu sahədə Rusiya ilə müqayisədə hərbi gücünün arzuolunan səviyyədə olmadığını etiraf etmək iqtidarında olmayan Tramp rusiyalıların bu siahın sirrini guya ki, ABŞ-dən oğurlamaları ilə bağlı fikirləri səsləndirməklə cudanı çuvalda gizlətdiyini zənn edir. Bütün bunlarla yanaşı Tramp və Aİ ilə Ukrayna-Rusiya savaşının perspektivləri ilə bağlı məsələlərə münasibətdə fikir ayrılıqlarının olması şəksizdir və bu faktor Rusiya ilə problemləri güc müstəvisi üzərində həll etməyə çalışan Qərb alyansının xeyrinə deyil”, – politoloq fikirlərini yekunlaşdırıb

Əvvəlki Yazı

“Rusiyanın dağılması Ermənistan və Baltikyanı ölkələr üçün yaxşı perspektivlər aça bilər”-Simonyan

Növbəti Yazı

Təcili: Təyyarə Xəzər dənizi üzərində həyacan siqnalı verdi

XƏBƏR LENTİ

Gənc rəssamların “Uğurlu Gələcək” sərgisi böyük maraqla qarşılanıb – FOTO

Gənc rəssamların “Uğurlu Gələcək” sərgisi böyük maraqla qarşılanıb – FOTO

27 İyun 2026 / 20:02
2
Gəncliyə Yardım Fondunda vətənpərvərlik mövzusunda sərgi keçirilib – FOTOLAR

Gəncliyə Yardım Fondunda vətənpərvərlik mövzusunda sərgi keçirilib – FOTOLAR

26 İyun 2026 / 21:53
28
KXCP AŞPA-nın son qətnaməsinə etiraz bəyanatı yaydı

KXCP AŞPA-nın son qətnaməsinə etiraz bəyanatı yaydı

25 İyun 2026 / 22:55
56
Lənkəran rəssamların yaradıcılıq məkanına çevrildi – FOTOLAR

Lənkəran rəssamların yaradıcılıq məkanına çevrildi – FOTOLAR

25 İyun 2026 / 21:23
50
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası  keçirilib

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

25 İyun 2026 / 15:52
2
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

25 İyun 2026 / 12:42
1
Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Təzəpir məscidində qanvermə aksiyası keçirilir

25 İyun 2026 / 9:42
1
Astarada kişi mağazada öldü

Astarada kişi mağazada öldü

25 İyun 2026 / 9:36
3
Mərdəkanda batan sonuncu gəncin meyiti tapıldı

Mərdəkanda batan sonuncu gəncin meyiti tapıldı

25 İyun 2026 / 9:32
1
DÇ-2026: Son oyunların Nəticələri- VİDEO

DÇ-2026: Son oyunların Nəticələri- VİDEO

25 İyun 2026 / 8:19
2
Pezeşkianın bu görüntüləri gündəm oldu – Video

Pezeşkianın bu görüntüləri gündəm oldu – Video

25 İyun 2026 / 8:12
2
Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

25 İyun 2026 / 8:08
3
Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

24 İyun 2026 / 20:46
5
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

24 İyun 2026 / 18:33
23
Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

24 İyun 2026 / 18:24
14
Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

24 İyun 2026 / 18:12
18
Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

24 İyun 2026 / 18:05
11
Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

24 İyun 2026 / 17:23
4
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

24 İyun 2026 / 11:17
27
Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı –  ADY -dən açıqlama

Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı – ADY -dən açıqlama

24 İyun 2026 / 10:38
11
Regionxeber saytının baş redaktoru həbs edildi

Regionxeber saytının baş redaktoru həbs edildi

24 İyun 2026 / 10:33
7
Azərbaycandan Ermənistana növbəti yük göndərildi

Azərbaycandan Ermənistana növbəti yük göndərildi

24 İyun 2026 / 9:56
2
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun 2026 / 9:50
1
“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

24 İyun 2026 / 9:46
6
Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

24 İyun 2026 / 9:28
2
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Filippində güclü zəlzələ baş verib

24 İyun 2026 / 9:15
2
Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

24 İyun 2026 / 9:00
3
İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

24 İyun 2026 / 8:54
1
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

24 İyun 2026 / 8:44
4
Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

24 İyun 2026 / 8:39
2
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.