ABŞ-ın ümumi dövlət borcu tarixdə ilk dəfə olaraq 40 trilyon dollar səviyyəsini keçib.
Avropa.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi avqustun 18-nə ölkənin ümumi borc məbləği haqqında məlumat açıqlayıb.
Müvafiq olaraq, həmin tarixdə xalqın əlində olan borcun məbləği 32 trilyon 265 milyard dolları keçdiyi halda, hökumətdaxili borclar 7 trilyon 781 milyard dollar təşkil edib.
Beləliklə, ABŞ-ın ümumi dövlət borcu 40 trilyon 47 milyard dollar olaraq hesablanıb.
ABŞ-ın dövlət borcu 2022-ci ilin əvvəlində 30 trilyon dollar səviyyəsini keçib. Ölkənin dövlət borcunun 5 ildən az müddətdə 10 trilyon dollar artması diqqət çəkib.
Pandemiya dövründə təşviq paketləri, artan faiz xərcləri və vergilərin azaldılması kimi amillər bu artımda təsirli olub.
ABŞ-ın dövlət borcu bu ilin əvvəlində 38,4 trilyon dollar səviyyəsində olub.






























