Siyasət

Amerikada deportasiya qərarı verildi-Azərbaycan 709 nəfər

29 Yanvar 2025, 17:4924
Reklam728x90
Reklam320x100

ABŞ İmmiqrasiya Agentliyi deportasiya təhlükəsi ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib.

Avropa.info xəbər verir ki, bu barədə mənbələrə istinadla “NBC News” telekanalı məlumat yayıb.

Barələrində deportasiya qərarı verilənlər arasında Azərbaycan vətəndaşları da var.

Siyahıya digər ölkələrlə yanaşı, 709 Azərbaycan, 3103 Türkiyə, 3518 Rusiya, 1862 Ukrayna və 2808 Ermənistan vətəndaşı daxildir.

Vətənlərinə göndərilməsi planlaşdırılan ən çox miqrant Latın Amerikası ölkələrinin – Honduras, Qvatemala, Meksika və El Salvadorun payına düşür.

 

Siyahıya həmçinin 37 908 Çin vətəndaşı və 17 940 Hindistan vətəndaşı daxil edilib.

Xatırladaq ki, ABŞ-nin yeni Prezidenti Donald Tramp hələ seçkiqabağı kampaniya dönəmində ölkəsində miqrantlara qarşı tədbirləri sərtləşdirəcəyini açıqlamışdı. “Blumberq” Trampın hakimiyyəti dönəmində 11 milyona yaxın xarici ölkə vətəndaşının ABŞ-dən deportasiya ediləcəyini yazmışdı

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600