29 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Bakı və Ankara milli maraqları qorumaqda qətiyyət göstərir, Paris isə…

Yanvar 29, 2025
Siyasət
A A

Fransa demokratiya və insan hüquqlarının “beşiyi” statusuna iddia edən bir ölkə olaraq, ikiüzlülük və beynəlxalq hüquq prinsiplərinə laqeydlik göstərməyə davam edir. Uzun müddətdir ki, Paris neokolonial siyasət və digər ölkələrin işlərinə müdaxilə vasitəsilə öz təsirini qorumağa çalışırdı, lakin son hadisələr bu siyasətə qarşı tənqidləri daha da gücləndirdi. Tarixən, Fransa əsas kolonial güclərdən biri idi və klassik kolonializm dövrü uzun müddət əvvəl sona çatsa da, onun izləri hələ də Parisin siyasətində hiss olunur. Müasir dövrdə və şəraitdə Fransa Yeni Kaledoniya kimi dənizaşırı ərazilər üzərində nəzarəti saxlamaqla yerli xalqların haqq və ədalət uğrunda mübarizəsini, müstəqilliyə doğru meyllərini boğur.

Yeni Kaledoniyada yerli əhalinin hüquqlarının müdafiəsinə yönəlmiş son etirazlar və tədbirlər Fransa hakimiyyətinin kəskin reaksiyasına səbəb oldu. Dialoq və həll yolları axtarmaq əvəzinə, rəsmi Paris repressiv metodlara üstünlük verdi ki, bu da yalnız daxili gərginlik yaratmaqla qalmadı, həm də beynəlxalq ictimaiyyət tərəfindən qınaqla qarşılandı.

Dənizaşırı ərazilərdəki problemlər və terror təşkilatlarına dəstəyə görə tənqidlər fonunda Fransa haqsız olaraq Azərbaycanı ittiham etməyə davam edir. Rəsmi Paris dəfələrlə Azərbaycanın guya “hibrid müharibə” apardığını iddia etsə də, bu ittihamların heç bir əsası yoxdur.
Qeyd etmək lazımdır ki, Ermənistanın işğalı dövründə Fransa nümayəndələrinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər təşkil edərkən, bu, rəsmi Paris tərəfindən nə müdaxilə, nə də beynəlxalq hüququn pozulması kimi qiymətləndirilirdi. Bundan əlavə, Parisdə hələ də “Artsax” adlı qurumun nümayəndəliyi fəaliyyət göstərir ki, bu da Azərbaycanın ərazi bütövlüyünün kobud şəkildə pozulması və açıq şəkildə separatizmin dəstəklənməsi deməkdir.

Azərbaycana yönəlik təzyiq cəhdlərindən əlavə, Fransa Türkiyəyə qarşı da yeni bir təxribatçı addım atdı. Belə ki, Fransa parlamentinin üzvləri və jurnalistlər Suriyanın şimalına qanunsuz səfər edərək, orada Türkiyədə terror təşkilatları kimi tanınan YPG/PKK nümayəndələri ilə görüşlər keçirdilər. Bu addım Ankaraya qarşı düşmənçiliyin açıq nümayişi və onun milli təhlükəsizliyinə təhdid yaradan strukturlara birbaşa dəstək kimi qiymətləndirilə bilər. Nəzərə almaq lazımdır ki, Fransanın bu cür davranışı təkcə beynəlxalq hüququ pozmur, həm də regional sabitliyi təhlükə altına qoyur. Paris, əslində, öz müttəfiqləri və tərəfdaşlarının maraqlarına ziyan vuraraq, dağıdıcı fəaliyyətlə məşğul olan qruplaşmaların himayədarına çevrilir.

Ümumiyyətlə, Fransanın təzyiqlərinə baxmayaraq, Azərbaycan beynəlxalq hüquq əsasında prinsipial mövqeyini qorumağa davam edir. Ölkəmiz öz milli maraqlarını fəal şəkildə müdafiə edir, ədalət və sabitliyə sadiqliyini nümayiş etdirir. Azərbaycan regional təhlükəsizliyin təmin olunmasında mühüm bir aktor olaraq çıxış edir, sülhməramlı təşəbbüslərdə fəal iştirak edir, eləcə də, azadlıq və ədalət uğrunda mübarizə aparan məzlum xalqları dəstəkləyir. Bu siyasət Azərbaycanı beynəlxalq arenada ikili standartlarla qarşılaşan bir çox ölkə üçün nümunə halına gətirir.

Aydındır ki, hər yeni təxribatçı addımı ilə Fransa ədalət və beynəlxalq hüquq prinsiplərindən daha da uzaqlaşır. Azərbaycanda separatçıları dəstəkləmək, Türkiyənin daxili işlərinə müdaxilə etmək və dənizaşırı ərazilərdə repressiv siyasət aparmaq-bütün bunlar Fransanın nüfuzunu və beynəlxalq arenadakı təsirini zəiflədir. Fransa, ədalətsizlik və müdaxilə hesabına imperiya təsirinin qalıqlarını saxlamaq əvəzinə, özünün dövlət siyasətini yenidən nəzərdən keçirməlidir. Suverenliyə hörmət, dənizaşırı ərazilərin xalqları ilə dialoq və ikili standartlardan imtina-rəsmi Parisin beynəlxalq ictimaiyyətin etimadını geri qaytara biləcəyi yoldur.

Azərbaycan isə öz prinsiplərinə və beynəlxalq hüquqa sadiq qalaraq, yalnız ədalət və əməkdaşlıq vasitəsilə davamlı sülhə və sabitliyə nail olmağın mümkünlüyünü nümayiş etdirir. Türkiyə isə mühüm regional tərəfdaş olaraq öz təhlükəsizliyini təhdid etməyə çalışan cəhdlərə uğurla müqavimət göstərməyə davam edir və milli maraqlarını qorumaqda qətiyyət nümunəsi göstərir.

Sevinc Fətəliyeva,
Milli Məclisin deputatı

Əvvəlki Yazı

Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərə gedib

Növbəti Yazı

Rusiya nümayəndə heyəti Suriyada səfərdə -Video

XƏBƏR LENTİ

Prezident Zelenski Hikmət Cavadı ordenlə təltif etdi

Prezident Zelenski Hikmət Cavadı ordenlə təltif etdi

28 İyun 2026 / 16:43
2
İsrail “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi

İsrail “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi

28 İyun 2026 / 16:39
4
Milli mətbuatımızın əsasını qoyan şəxs – Həsən bəy Zərdabinin doğum günüdür

Milli mətbuatımızın əsasını qoyan şəxs – Həsən bəy Zərdabinin doğum günüdür

28 İyun 2026 / 10:02
4
Gənc rəssamların “Uğurlu Gələcək” sərgisi böyük maraqla qarşılanıb – FOTO

Gənc rəssamların “Uğurlu Gələcək” sərgisi böyük maraqla qarşılanıb – FOTO

27 İyun 2026 / 20:02
4
Gəncliyə Yardım Fondunda vətənpərvərlik mövzusunda sərgi keçirilib – FOTOLAR

Gəncliyə Yardım Fondunda vətənpərvərlik mövzusunda sərgi keçirilib – FOTOLAR

26 İyun 2026 / 21:53
28
KXCP AŞPA-nın son qətnaməsinə etiraz bəyanatı yaydı

KXCP AŞPA-nın son qətnaməsinə etiraz bəyanatı yaydı

25 İyun 2026 / 22:55
65
Lənkəran rəssamların yaradıcılıq məkanına çevrildi – FOTOLAR

Lənkəran rəssamların yaradıcılıq məkanına çevrildi – FOTOLAR

25 İyun 2026 / 21:23
51
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası  keçirilib

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

25 İyun 2026 / 15:52
3
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

25 İyun 2026 / 12:42
2
Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Təzəpir məscidində qanvermə aksiyası keçirilir

25 İyun 2026 / 9:42
2
Astarada kişi mağazada öldü

Astarada kişi mağazada öldü

25 İyun 2026 / 9:36
3
Mərdəkanda batan sonuncu gəncin meyiti tapıldı

Mərdəkanda batan sonuncu gəncin meyiti tapıldı

25 İyun 2026 / 9:32
3
DÇ-2026: Son oyunların Nəticələri- VİDEO

DÇ-2026: Son oyunların Nəticələri- VİDEO

25 İyun 2026 / 8:19
3
Pezeşkianın bu görüntüləri gündəm oldu – Video

Pezeşkianın bu görüntüləri gündəm oldu – Video

25 İyun 2026 / 8:12
3
Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

25 İyun 2026 / 8:08
3
Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

24 İyun 2026 / 20:46
6
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

24 İyun 2026 / 18:33
24
Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

24 İyun 2026 / 18:24
16
Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

24 İyun 2026 / 18:12
19
Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

24 İyun 2026 / 18:05
11
Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

24 İyun 2026 / 17:23
4
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

24 İyun 2026 / 11:17
29
Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı –  ADY -dən açıqlama

Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı – ADY -dən açıqlama

24 İyun 2026 / 10:38
14
Regionxeber saytının baş redaktoru həbs edildi

Regionxeber saytının baş redaktoru həbs edildi

24 İyun 2026 / 10:33
9
Azərbaycandan Ermənistana növbəti yük göndərildi

Azərbaycandan Ermənistana növbəti yük göndərildi

24 İyun 2026 / 9:56
4
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun 2026 / 9:50
2
“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

24 İyun 2026 / 9:46
7
Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

24 İyun 2026 / 9:28
3
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Filippində güclü zəlzələ baş verib

24 İyun 2026 / 9:15
3
Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

24 İyun 2026 / 9:00
3
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.