Cəmiyyət

“Azəriqaz”İB-in 24 yaşlı işçisi vəfat edib

15 Yanvar 2025, 14:3021
Reklam728x90
Reklam320x100

Dünən axşam saatlarında Xətai rayonunda bədbəxt hadisə baş verib.

Avropa.info xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində qeydə alınıb. Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Murad İbrahim oğlu Kərbalıyev M.Hadi küçəsi 68 ünvanındakı binada vəfat edib.

Əldə olunan məlumata görə, vəfat edən gənc “Azəriqaz” İB-nin keçmiş mətbuat katibi, hazırda qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi vəzifəsində çalışan İbrahim Kərbalıyevin oğludur.

Yüksək balla Azərbaycan Neft və Sənaye Universitetinin bakalavr və magistr pillələrini bitirən Murad da həmin qurumda çalışırmış.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600