Siyasət

Paşinyan yenə sərsəmlədi: “razı ola bilərik” mesajını verir

12 Yanvar 2025, 10:1917
Reklam728x90
Reklam320x100

Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirir. Bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib. Lakin belə bir müraciət etməyiblər, sadəcə nəzərdən keçirdiklərini elan etməklə Bakıya “razı ola bilərik” mesajını verirlər

Avropa.info xəbər verir ki, Ermənistanın MQ məsələsindən siyasi bazarlıq üçün istifadə edəcəyi haqda yazmışdıq. İndi bu məsələni nəzərdən keçirmələri də sülh sazişinin bir maddəsini icra etməmələrindən qaynaqlanır.
17 maddəlik mətnin iki maddəsi – beynəlxalq iddialardan imtina və üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması (AB müşahidə missiyası) – razılaşdırılmamışdı. Paşinyan 9 yanvarda Bakıya ünvanladığı təkliflərdə beynəlxalq iddialardan imtina edilməsinə razı olduqlarını bəyan etdi. Lakin üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasına toxunmadı.Bir gün sonra – 10 yanvarda AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistandakı missiyasının müddətinin daha iki il uzadılmasını təklif etdi. Kallasın sözçüsü Anitta Hipper bildirdi ki, üzv dövlətlər təklifi alqışlayıb və məsələnin həlli üçün prosedur qaydalar həll edilir, yaxın həftələrdə missiyanın müddətinin uzadılması ilə bağlı rəsmi qərarın açıqlanacağı gözlənilir.

Gözlənildiyi kimi, Ermənistan üçüncü ölkələrə məxsus qüvvələri – AB missiyasını sərhəddən çıxarmaq tələbini yerinə yetirmədi. Və Bakıya “AB missiyası” tələbinin əvəzinə “Minsk Qrupu tələbi”ni icra edə biləcəkləri mesajını verir, sülh sazişini də bu razılaşmalar çərçivəsində imzalamaq istəyirlər.

Bakının bunu qəbul edəcəyi ehtimalı sıfıra bərabərdir, çünki sülh sazişi üçün vacib olan Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi hələ də qalır. İrəvan da Minsk Qrupunun ləğvi üçün ATƏT-ə müraciət məsələsini “güzəşt” kimi danışıqlarda aktual olaraq saxlayacaq

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600