Dünya

Rusiyalı Jurnalistin ölumunə görə 4 nəfər saxlanilib

10 Yanvar 2025, 15:5913
Reklam728x90
Reklam320x100

Özbəkistanda rusiyalı jurnalist İnessa Papernaya və daha iki nəfərin oteldə ölümü ilə bağlı 4 nəfər həbs edilib.

Avropa .info xəbər verir ki, 47 yaşlı jurnalist və digərlərinin Daşkənddə yerləşən “Karaman Palace Hotel”ində dəm qazından boğularaq öldüyü məlum olub.

Açılan cinayət işi çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları otelin sahibini, istilik qazanxanasının iki satıcısını və onu quraşdıran santexnikı saxlayıblar. Oteldə fəaliyyət göstərən qazanxananın köhnəldiyi və qayda pozuntuları ilə quraşdırıldığı müəyyən edilib.

Qeyd edək ki, 2024-cü il oktyabrın 22-də rusiyalı jurnalist İnessa Papernaya və yoldaşının Daşkənddəki hoteldə meyiti tapılmışdı. Onlar Özbəkistana tətilə getmişdilər.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600