Siyasət

Azərbaycan XİN Çinə başsağlığı verib

7 Yanvar 2025, 18:448
Reklam728x90
Reklam320x100

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şiqatse şəhərində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı Çinə başsağlığı verib.

Avropa.info  xəbər verir ki, bu barədə qurumun “X” hesabında yazılıb.

“Çinin Şiqatse şəhərində baş vermiş dağıdıcı zəlzələ bizi dərindən kədərləndirir. Dost Çinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların və bu fəlakətdən zərər çəkənlərin tezliklə sağalmasını arzu edirik”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Tibetdə 6,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb, 130 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600