Hadisə

Sumqayıtda dəm qazından zəhərlənənlərin durumu açıqlandı

6 Yanvar 2025, 11:436
Reklam728x90
Reklam320x100

Sumqayıtda dəm qazından zəhərlənənlərin vəziyyəti məlum olub.

Sumqayıt Tibb Mərkəzindən Avropa.info-ya bildirilib ki, 05.01.2025-ci il tarixində saat 01:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 4 nəfər (kişi cinsli), Uşaq Xəstəxanasına isə 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

“Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar”,- deyə o əlavə edib. 

Qeyd edək ki, Sumqayıt şəhər sakinləri 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov,onun oğlu 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov,1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov,onun oğlu 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600