Ölkə

DGK Çindən Azərbaycana gələn balıq torlarına görə araşdırmaya başladı

4 Yanvar 2025, 17:5410
Reklam728x90
Reklam320x100

Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda Çin Xalq Respublikasından Azərbaycan vətəndaşının ünvanına gələn yüklərə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Avropa.info-ya verilən xəbərə görə, yoxlama zamanı gömrük bəyannaməsində “futbol topları və termos” kimi qeyd olunan yükün içərisindən,  gömrük orqanına bəyan edilməyən, mülki dövriyyədən çıxarılan və idxalına icazə verilməyən diametri 0.5 mm-dən az olan sintetik təkqat saplardan  toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli 4846 ədəd balıqtutan tor aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600