Dünya

“Yenu Orleandakı hücumda başqasının iştirak etdiyini düşünmürük”-Kristofer Raya

2 Yanvar 2025, 22:4710
Reklam728x90
Reklam320x100

ABŞ-ın Yeni Orlean şəhərində (Luiziana ştatı) terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına hərəkət edib.

Avropa.info xəbər verir ki, bu barədə ABŞ-ın Federal Təhqiqat Bürosu direktorunun müavininin köməkçisi Kristofer Raya bildirib.

“Yenu Orleandakı hücumda başqasının iştirak etdiyini düşünmürük. O, ötən yayın əvvəlində İŞİD-ə qoşulub”, – Kristofer Raya deyib.

Qeyd edək ki, Yeni Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində azı 15 nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb. Sürücünün maşınından İŞİD bayrağı tapılmışdı

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600