Kriminal

Polis Şirvanda əməliyyat keçirdi -Həbs olunan var

2 Yanvar 2025, 16:4219
Reklam728x90
Reklam320x100

Şirvanda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılarkən müqavimət göstərib.

Avropa .info DİN-ə istinadən xəbər verir ki, Şirvan ŞPŞ saxta pulların dövriyyəsi ilə məşğul olan Mərahim Fərəcovun saxlanılması istiqamətində əməliyyat tədbiri keçirilib. Bu zaman adıçəkilən şəxs özünə xəsarət yetirərək məsuliyyətdən yayınmağa çalışıb. Onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və sonuncu saxlanılaraq istintaqa təhvil verilib.

Həmin şəxsdən psixotrop maddə olan metamfetamin, eləcə də saxta pul əskinasları götürülüb.

Faktla əlaqədar Şirvan ŞPŞ-də cinayət işi açılıb, M.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600