Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksində həyata keçirilən yeni tikinti layihələrini izləyiblər.
Dövlət başçısı “Lakeside” otelində aparılan işlər və Xizək Stadionu Kompleksinin “Xizək klubu” binasının inşası ilə tanış olub.
Avropa .info xəbər verir ki, Leyla Əliyeva sosial media hesabında Şahdağda çəkilmiş ailə fotolarını paylaşıb.