Cəmiyyət

Azərbaycanda yeni nazirlik yaradılır

6 Dekabr 2024, 12:3571
Reklam728x90
Reklam320x100

Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yeni nazirlik yaradılacaq.

Avropa.info Bakupost.az-a istinadla xəbər verir ki, hazırda fəaliyyət göstərən bir sıra dövlət qurumları və müəssisələr yeni nazirlikdə birləşdiriləcək.

Həmin qurumların Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və AzerGold Qapalı Səhmdar Cəmiyyəti olduğu bildirilir.

Yeni nazirliyin, eləcə də ona rəhbərlik edən şəxsin adının yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinə general-leytenant Şahin Bağırov, Dövlət Vergi Xidmətinə Orxan Nəzərli, AzerGold QSC-yə isə Zakir İbrahimov rəhbərlik edirlər

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600