Hadisə

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi -bir nəfər ölüb

24 Sentyabr 2026, 21:3415
Reklam728x90
Reklam320x100

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info xəbər verir ki, hadisə rayonun Osmanlı kəndinin ərazisində qeydə alınıb.

Belə ki, “Vaz 2106” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.

Qəzada Şirvan şəhər sakini, 1954-cü il təvəllüdlü Rahim İbrahimov ölüb.

Həmin şəhərdən olan 1971-ci il təvəllüdlü Qasımov Oktay Qurban oğlu, 2001-ci il təvəllüdlü Qədirli Kamal Mövsüm oğlu və daha bir nəfər xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600