Dünya

Məkkəyə və Səudiyyə Ərəbistanının daha 4 bölgəsinə təcili xəbərdarlıq

24 Sentyabr 2026, 15:337
Reklam728x90
Reklam320x100

 

Səudiyyə Ərəbistanının Məkkə, Ciddə, Taif, Yanbu və Təbuk bölgələri üçün fövqəladə vəziyyət xəbərdarlığı edilib.

Yəməndə husilərin hücumlarının hədəfi olan Səudiyyə Ərəbistanının Məkkə, Ciddə, Taif, Yenbu və Təbuk şəhərləri üçün mümkün təhlükələrə qarşı xəbərdarlıq mesajı yayımlanıb.

Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsinin ABŞ-da yerləşən şirkətin sosial media platformasında verdiyi açıqlamada rayon əhalisi can və mal təhlükəsizliyini qorumaq üçün Mülki Müdafiə dəstələrinin göstərişlərinə əməl etməyə, toplaşma yerlərindən uzaq durmağa, şəkil çəkdirməməyə çağırılıb.

Daha sonra Mülki Müdafiə Baş İdarəsi daha bir açıqlama verərək, sözügedən təhlükənin aradan qalxdığını açıqlayıb.

Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanını paytaxt Sənaya edilən pilotsuz uçuş aparatı (PUA) hücumlarında günahlandırıb və cavab verməklə hədələyib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600