23 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Prezident İlham Əliyevin Almaniya səfəri dünya mediasının diqqət mərkəzində

İyul 22, 2026
Manşet
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri təkcə bu ölkənin dövlət, teleradio və regional mətbuatında deyil, eyni zamanda, qlobal xəbər nəşrlərinin, maliyyə-birja portallarının və nüfuzlu təhlil mərkəzlərinin diqqət mərkəzində olub.

Avropa.info xəbər verir ki, beynəlxalq informasiya məkanında dərc olunan materialların həcmi və məzmun dinamikası Berlin görüşlərinin regional çərçivədən çıxaraq Avropanın enerji arxitekturasına və qlobal geostrateji balansa bilavasitə təsir edən mühüm siyasi hadisə kimi qiymətləndirildiyini göstərir. Səfərlə əlaqədar Almaniyanın və dünyanın 70-dən çox aparıcı media resursunda dərc edilən analitik məqalələrin, xəbərlərin və rəsmi bəyanatların məzmunu bir neçə konseptual istiqamətdə dəyərləndirilib və ətraflı təhlil edilib. Almaniya mediasında səfərin dinamikası əsasən enerji təhlükəsizliyi, iqtisadi institusionallaşma və ikitərəfli gündəlik əsasında təqdim olunub. Bu ölkənin dövlət qurumlarının resursları, milli teleradio yayımları, maliyyə xəbərləri portalları və regional mətbuatı Azərbaycan Prezidentinin səfərini, ilk növbədə, rəsmi Berlinin enerji təchizatının şaxələndirilməsi və iki ölkə arasında iqtisadi əlaqələrin yeni institusional müstəviyə qaldırılması kontekstində işıqlandırıblar.

Ali siyasi təmaslar və strateji dialoq

Almaniya Hökumətinin rəsmi portalı (Bundesregierung.de) və Federal Prezidentin dəftərxanası (Bundespraesident.de) dövlətimizin başçısının Berlindəki görüşləri barədə operativ məlumatlar yayıblar. Məlumatlarda Almaniya Kansleri Fridrix Merts və Prezident Frank-Valter Ştaynmayerin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində ikitərəfli siyasi dialoqun dinamikası, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərinin ətraflı müzakirə olunduğu diqqətə çatdırılıb. Almaniyanın əsas informasiya agentliyi olan DPA (Deutsche Presse-Agentur) ilə yanaşı, geniş oxucu auditoriyasına malik “Stern”, “News.de”, “Klamm.de”, “Deutsche Welle” kimi media orqanları da rəsmi protokollara və müzakirə olunan əsas mövzulara geniş yer ayırıblar.

Enerji təchizatının şaxələndirilməsi: Təbii qaz və neft idxalının artırılması

Dövlətimizin başçısının rəsmi səfəri ilə bağlı Almaniya mediasında ən böyük maraq doğuran istiqamətlərdən biri enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi olub. Almaniyanın “N-TV”, “Stern”, “Deutschlandfunk” (DLF) və “Zeit”, “Deutsche Welle” (DW), “Berliner Zeitung”, “Ostdeutsche Allgemeine”, “Epoch Times” və “Energy News Magazine” kimi nüfuzlu media qurumlarının məlumatlarında Almaniyanın ənənəvi enerji mənbələrindən asılılığını azaltmaq strategiyasında Azərbaycanın həlledici rol oynadığı, Kansler Fridrix Mertsin mətbuat konfransında səsləndirdiyi fikirlərə istinadla Almaniyanın Azərbaycandan təbii qaz və neft idxalını artırmaq niyyətində olması barədə xəbərlər yayıblar. Həmçinin materiallarda Kansler Fridrix Mertsin öz bəyanatında Azərbaycanın Almaniyanın enerji təchizatının təmin edilməsində maraqlı tərəfdaş olduğunu vurğulaması xüsusi qeyd olunub. Həmin nəşrlərdə yayımlanan məqalələrdə, eləcə də maliyyə sahəsində fəaliyyət göstərən “Marketscreener”, “Onvista”, “Business-Panorama” portallarının materiallarında Azərbaycan qazının Mərkəzi Avropa bazarlarına nəqli imkanları xüsusi qeyd olunub, Prezident İlham Əliyevin Avropaya enerji nəqlini genişləndirmək üçün hasilat və tranzit infrastrukturuna Avropa İttifaqı tərəfindən adekvat maliyyə və investisiya dəstəyinin göstərilməsi ilə bağlı prinsipial mövqeyi işıqlandırılıb.

 

İqtisadi əməkdaşlığın institutlaşdırılması: Azərbaycan-Almaniya

Biznes Şurasının təsis olunması

Almaniyanın birja və biznes mediası səfərin praktiki-iqtisadi əhəmiyyətinə və nəticələrinə xüsusi diqqət ayırıb. Ölkənin regional xəbər şəbəkələri – “Presse Augsburg”, “Regionalheute”, “Pfalz-Express”, “Hasepost”, “Regiojournal Saarland”, “Foerde.news” və “Klamm.de” kimi portallar səfər çərçivəsində Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və onun fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanmasına geniş yer verib. Eyni zamanda, “Deutsche Börse” (Almaniya Birjası) və “Yahoo Finance” saytlarında Azərbaycan ilə enerji və sənaye sahəsində əldə olunan razılaşmaların Avropanın kapital bazarlarındakı müsbət əks-sədası təhlil edilib.

Siyasi-analitik yayımlar həyata keçirən nüfuzlu media orqanları – “Welt”, “Handelsblatt”, “Deutsche Börse”, “Neue Westfälische” və “Upday” nəşrləri isə Prezident İlham Əliyevin və Kansler Fridrix Mertsin yerli jurnalistin sualına cavab olaraq alman siyasətçilərin Bakıda keçirdikləri iddia olunan qapalı təmaslar barədə fikirlərinə yer verib.

Dünya mediasının baxışı

Beynəlxalq media resursları da Prezident İlham Əliyevin Berlinə rəsmi səfərini və keçirilən mətbuat konfransını diqqətdə saxlayıblar. Aİ mediasında səfərin hüquqi tərəflərinə diqqət yetirilib. İtaliyanın “Agenzia Nova” agentliyi səfərin hüquqi bazasına, strateji çərçivənin genişlənməsinə xüsusi həssaslıqla yanaşıb. Nəşr Prezident İlham Əliyevin və Kansler Fridrix Mertsin imzaladıqları ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin hüquqi və siyasi mahiyyətinə geniş yer ayıraraq, həmin sənədin Bakı ilə Berlin arasında ikitərəfli əlaqələri keyfiyyətcə daha yüksək, institusional müstəviyə qaldırdığını vurğulayıb.

Eləcə də beynəlxalq xəbər agentlikləri və aparıcı xarici nəşrlər – “Reuters”, “Bloomberg”, “US News”, “Kyiv Post”, “Meduza”, “Nau.ch”, həmçinin Rusiyanın “TASS”, “Kommersant”, “RBC.ru”, “Lenta.ru”, “The Moscow Times” və “Forbes Russia” resursları əsas diqqəti mətbuat konfransına yönəldiblər. Həmin nəşrlər mətbuat konfransında səsləndirilən fikirlərə istinadla Almaniyanın və Rusiyanın sabiq rəsmilərinin Bakıda keçirdikləri qeyri-rəsmi təmaslar barədə məlumatlar yayımlayıblar.

Beləliklə, Almaniya və dünya mediasının marağı Prezident İlham Əliyevin Berlinə səfərinin beynəlxalq ictimaiyyət tərəfindən təkcə ikitərəfli təmaslar kimi deyil, Cənubi Qafqazın, Avropanın enerji təhlükəsizliyinin təmin olunması və nəqliyyat imkanlarının genişləndirilməsinə təsir edən vacib geostrateji hadisə kimi dəyərləndirildiyini göstərir. Aparıcı nəşrlərin səfərlə bağlı təhlilləri bir daha təsdiqləyir ki, Azərbaycan bir tərəfdən Avropanın enerji təchizatında və iqtisadi tərəfdaşlığın institusionallaşmasında vacib strateji mövqeyini möhkəmləndirir, digər tərəfdən müstəqil xarici siyasət kursu yürütməklə qlobal geostrateji müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunur. Bu isə rəsmi Bakının orta güc mərkəzi olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində qərarların qəbul edilməsinə və qlobal sabitliyin təmin olunmasına təsir göstərən əsas amillərdən biri olduğunu bir daha göstərir.

Əvvəlki Yazı

Tramp Canni İnfantinonun BMT-nin baş katibi olmağını istəyir

Növbəti Yazı

Güclü YANĞIN: Pəncərədə kömək gözləyən şəxslər son anda xilas edildi – VİDEO

XƏBƏR LENTİ

ABŞ-da salmonella şübhəsi ilə milyonlarla yumurta geri qaytarilib

ABŞ-da salmonella şübhəsi ilə milyonlarla yumurta geri qaytarilib

23 İyul 2026 / 17:28
2
Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğradı

Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğradı

23 İyul 2026 / 16:02
8
ABŞ-ın Texas ştatında 5,0 bal gücündə zəlzələ baş verib

ABŞ-ın Texas ştatında 5,0 bal gücündə zəlzələ baş verib

23 İyul 2026 / 15:51
6
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri Ben-Qvir Məscidül-Əqsaya basqın edib.

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri Ben-Qvir Məscidül-Əqsaya basqın edib.

23 İyul 2026 / 14:12
4
Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bəyan edib

Rubio:”Müharibənin başa çatmasında hər hansı mümkün müsbət rol oynamağa hazırıq”

23 İyul 2026 / 13:06
16
Rusiya Ordusu Xerson və Xarkov vilayətlərinə zərbə endirib: Ölən və yaralananlar var

Rusiya Ordusu Xerson və Xarkov vilayətlərinə zərbə endirib: Ölən və yaralananlar var

23 İyul 2026 / 12:35
13
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

Tramp administrasiyası müvəqqəti qlobal tariflərin müddəti bitdiyi üçün yeni addıma hazırlaşır

23 İyul 2026 / 12:18
4
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldi

Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldi

23 İyul 2026 / 11:30
9
Tovuzda Polisin narkotik əməliyyatı: İki nəfər həbs edildi – VİDEO

Tovuzda Polisin narkotik əməliyyatı: İki nəfər həbs edildi – VİDEO

23 İyul 2026 / 11:13
9
Azərbaycanın Ukraynadakı səfirliyinin yaxın əraziləri hava zərbələrinə məruz qalıb

Rusiya ordusu Odessaya hücum edib

23 İyul 2026 / 11:07
6
Axios: ABŞ İranda yenidən B-1 bombardmançılarından istifadə etməyə başlayır

Axios: ABŞ İranda yenidən B-1 bombardmançılarından istifadə etməyə başlayır

23 İyul 2026 / 10:58
15
Pakistanda güclü yağışların səbəb olduğu hadisələrdə ölənlərin sayı 37-yə yüksəlib

Pakistanda güclü yağışların səbəb olduğu hadisələrdə ölənlərin sayı 37-yə yüksəlib

23 İyul 2026 / 10:51
18
Sergey Lavrovla  Marko Rubio arasında görüş keçirilib

Sergey Lavrovla Marko Rubio arasında görüş keçirilib

23 İyul 2026 / 9:34
10
Avropada həddindən artıq istilər qitədə quraqlığı daha da artırır

Avropada həddindən artıq istilər qitədə quraqlığı daha da artırır

23 İyul 2026 / 9:27
13
Zelenski Rusiyadakı logistika mərkəzlərinə hücumlar həyata keçirdiklərini açıqlayıb

Zelenski”Rusların itkilərinin yeganə səbəbkarı Putindir”

23 İyul 2026 / 9:21
12
Yaponiyada həddindən artıq istilər üçün yeni ixtira: İnsan soyuducusu

Yaponiyada həddindən artıq istilər üçün yeni ixtira: İnsan soyuducusu

23 İyul 2026 / 9:16
5
İspaniyada rekord temperatur: Termometrlərin 47 dərəcəyə çatacağı gözlənilir

İspaniyada rekord temperatur: Termometrlərin 47 dərəcəyə çatacağı gözlənilir

23 İyul 2026 / 9:11
9
İran İnqilab Keşikçiləri Korpusu Küveytdəki ABŞ bazalarına hücum etdiyini açıqlayıb

İran İnqilab Keşikçiləri Korpusu Küveytdəki ABŞ bazalarına hücum etdiyini açıqlayıb

23 İyul 2026 / 9:03
9
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Razi Nurullayev:”iki ölkə münasibətlərində yeni və daha yüksək əməkdaşlıq mərhələsinin başlanğıcıdır”

23 İyul 2026 / 8:40
73
Bu gün Ölkədə  39 dərəcə isti olacaq

Bu gün Ölkədə 39 dərəcə isti olacaq

23 İyul 2026 / 8:27
6
Avstriya neonasistlərin səfərlərinin qarşısını almaq üçün Hitlerin doğulduğu yeri polis bölməsinə çevirir

Avstriya neonasistlərin səfərlərinin qarşısını almaq üçün Hitlerin doğulduğu yeri polis bölməsinə çevirir

23 İyul 2026 / 8:22
4
Zəlzələ qurbanlarının sayı Venesuelada 5400-ə yaxınlaşıb

Zəlzələ qurbanlarının sayı Venesuelada 5400-ə yaxınlaşıb

23 İyul 2026 / 8:13
10
ABŞ və Səudiyyə Ərəbistanı saziş imzaladı

ABŞ və Səudiyyə Ərəbistanı saziş imzaladı

23 İyul 2026 / 8:02
10
ABŞ ordusu İrana qarşı yeni hücuma keçdiyini açıqlayıb

ABŞ ordusu İrana qarşı yeni hücuma keçdiyini açıqlayıb

23 İyul 2026 / 7:23
3
İstanbulda fırtına: Damlar uçdu, ağaclar aşdi

İstanbulda fırtına: Damlar uçdu, ağaclar aşdi

23 İyul 2026 / 7:07
9
ABŞ-ın İranın Xuzistan əyalətinə raket hücumu: 2 ölü

ABŞ-ın İranın Xuzistan əyalətinə raket hücumu: 2 ölü

23 İyul 2026 / 6:40
3
Almaniya kansleri Ermənistanla Azərbaycan arasında sülh prosesində əlavə addımlar atılmasına çağırış edib

Almaniya kansleri Ermənistanla Azərbaycan arasında sülh prosesində əlavə addımlar atılmasına çağırış edib

22 İyul 2026 / 19:04
5
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

Trampdan İrana “Hörmüz boğazı” təhdidi

22 İyul 2026 / 17:48
3
İran mətbuatı: ABŞ Hörmüz boğazındakı Lark adasına hücum edib

İran mətbuatı: ABŞ Hörmüz boğazındakı Lark adasına hücum edib

22 İyul 2026 / 17:44
1
Prezident İlham Əliyev Gürcüstanla bağlı sazişi təsdiqlədi

Prezident İlham Əliyev 3 qrumu ləğv etdi , 1 qrum yaratdi

22 İyul 2026 / 17:16
2
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.