23 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

İyul 22, 2026
Manşet
A A

Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür.

151 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet xalqın aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirib. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyulub.

Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 151 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq qadağan idi.

1990-cı illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.

Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə mühüm sərəncamlar imzalayıb.

2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Mütəmadi olaraq ölkəyə qarşı qara kampaniya aparan dairələr bu müddət ərzində də öz çirkin əməllərindən əl çəkməyiblər. Amma buna baxmayaraq, informasiya müharibəsində də üstünlük öz tarixi torpaqlarını işğaldan azad edən, haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan tərəfində olub.

Bununla belə Azərbaycan mətbuatının iki nümayəndəsi erməni terrorunun qurbanı olub. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan jurnalistlərin olduğu nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, dörd nəfər isə yaralanıb

Əvvəlki Yazı

Prezident İlham Əliyev:“The Times” qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqləndi

Növbəti Yazı

FHN:Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

XƏBƏR LENTİ

ABŞ-da salmonella şübhəsi ilə milyonlarla yumurta geri qaytarilib

ABŞ-da salmonella şübhəsi ilə milyonlarla yumurta geri qaytarilib

23 İyul 2026 / 17:28
2
Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğradı

Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğradı

23 İyul 2026 / 16:02
8
ABŞ-ın Texas ştatında 5,0 bal gücündə zəlzələ baş verib

ABŞ-ın Texas ştatında 5,0 bal gücündə zəlzələ baş verib

23 İyul 2026 / 15:51
6
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri Ben-Qvir Məscidül-Əqsaya basqın edib.

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri Ben-Qvir Məscidül-Əqsaya basqın edib.

23 İyul 2026 / 14:12
4
Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bəyan edib

Rubio:”Müharibənin başa çatmasında hər hansı mümkün müsbət rol oynamağa hazırıq”

23 İyul 2026 / 13:06
16
Rusiya Ordusu Xerson və Xarkov vilayətlərinə zərbə endirib: Ölən və yaralananlar var

Rusiya Ordusu Xerson və Xarkov vilayətlərinə zərbə endirib: Ölən və yaralananlar var

23 İyul 2026 / 12:35
13
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

Tramp administrasiyası müvəqqəti qlobal tariflərin müddəti bitdiyi üçün yeni addıma hazırlaşır

23 İyul 2026 / 12:18
4
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldi

Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldi

23 İyul 2026 / 11:30
9
Tovuzda Polisin narkotik əməliyyatı: İki nəfər həbs edildi – VİDEO

Tovuzda Polisin narkotik əməliyyatı: İki nəfər həbs edildi – VİDEO

23 İyul 2026 / 11:13
9
Azərbaycanın Ukraynadakı səfirliyinin yaxın əraziləri hava zərbələrinə məruz qalıb

Rusiya ordusu Odessaya hücum edib

23 İyul 2026 / 11:07
6
Axios: ABŞ İranda yenidən B-1 bombardmançılarından istifadə etməyə başlayır

Axios: ABŞ İranda yenidən B-1 bombardmançılarından istifadə etməyə başlayır

23 İyul 2026 / 10:58
15
Pakistanda güclü yağışların səbəb olduğu hadisələrdə ölənlərin sayı 37-yə yüksəlib

Pakistanda güclü yağışların səbəb olduğu hadisələrdə ölənlərin sayı 37-yə yüksəlib

23 İyul 2026 / 10:51
18
Sergey Lavrovla  Marko Rubio arasında görüş keçirilib

Sergey Lavrovla Marko Rubio arasında görüş keçirilib

23 İyul 2026 / 9:34
10
Avropada həddindən artıq istilər qitədə quraqlığı daha da artırır

Avropada həddindən artıq istilər qitədə quraqlığı daha da artırır

23 İyul 2026 / 9:27
13
Zelenski Rusiyadakı logistika mərkəzlərinə hücumlar həyata keçirdiklərini açıqlayıb

Zelenski”Rusların itkilərinin yeganə səbəbkarı Putindir”

23 İyul 2026 / 9:21
12
Yaponiyada həddindən artıq istilər üçün yeni ixtira: İnsan soyuducusu

Yaponiyada həddindən artıq istilər üçün yeni ixtira: İnsan soyuducusu

23 İyul 2026 / 9:16
5
İspaniyada rekord temperatur: Termometrlərin 47 dərəcəyə çatacağı gözlənilir

İspaniyada rekord temperatur: Termometrlərin 47 dərəcəyə çatacağı gözlənilir

23 İyul 2026 / 9:11
9
İran İnqilab Keşikçiləri Korpusu Küveytdəki ABŞ bazalarına hücum etdiyini açıqlayıb

İran İnqilab Keşikçiləri Korpusu Küveytdəki ABŞ bazalarına hücum etdiyini açıqlayıb

23 İyul 2026 / 9:03
9
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Razi Nurullayev:”iki ölkə münasibətlərində yeni və daha yüksək əməkdaşlıq mərhələsinin başlanğıcıdır”

23 İyul 2026 / 8:40
73
Bu gün Ölkədə  39 dərəcə isti olacaq

Bu gün Ölkədə 39 dərəcə isti olacaq

23 İyul 2026 / 8:27
6
Avstriya neonasistlərin səfərlərinin qarşısını almaq üçün Hitlerin doğulduğu yeri polis bölməsinə çevirir

Avstriya neonasistlərin səfərlərinin qarşısını almaq üçün Hitlerin doğulduğu yeri polis bölməsinə çevirir

23 İyul 2026 / 8:22
4
Zəlzələ qurbanlarının sayı Venesuelada 5400-ə yaxınlaşıb

Zəlzələ qurbanlarının sayı Venesuelada 5400-ə yaxınlaşıb

23 İyul 2026 / 8:13
10
ABŞ və Səudiyyə Ərəbistanı saziş imzaladı

ABŞ və Səudiyyə Ərəbistanı saziş imzaladı

23 İyul 2026 / 8:02
10
ABŞ ordusu İrana qarşı yeni hücuma keçdiyini açıqlayıb

ABŞ ordusu İrana qarşı yeni hücuma keçdiyini açıqlayıb

23 İyul 2026 / 7:23
3
İstanbulda fırtına: Damlar uçdu, ağaclar aşdi

İstanbulda fırtına: Damlar uçdu, ağaclar aşdi

23 İyul 2026 / 7:07
9
ABŞ-ın İranın Xuzistan əyalətinə raket hücumu: 2 ölü

ABŞ-ın İranın Xuzistan əyalətinə raket hücumu: 2 ölü

23 İyul 2026 / 6:40
3
Almaniya kansleri Ermənistanla Azərbaycan arasında sülh prosesində əlavə addımlar atılmasına çağırış edib

Almaniya kansleri Ermənistanla Azərbaycan arasında sülh prosesində əlavə addımlar atılmasına çağırış edib

22 İyul 2026 / 19:04
5
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

Trampdan İrana “Hörmüz boğazı” təhdidi

22 İyul 2026 / 17:48
3
İran mətbuatı: ABŞ Hörmüz boğazındakı Lark adasına hücum edib

İran mətbuatı: ABŞ Hörmüz boğazındakı Lark adasına hücum edib

22 İyul 2026 / 17:44
1
Prezident İlham Əliyev Gürcüstanla bağlı sazişi təsdiqlədi

Prezident İlham Əliyev 3 qrumu ləğv etdi , 1 qrum yaratdi

22 İyul 2026 / 17:16
2
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.