19 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Rusiya artıq əsas güc statusunu itirib…–Vüqar Dadaşov

İyun 29, 2026
Siyasət
A A

“Dünyadakı müharibə və konfliktlərin əsas mahiyyəti iqtisadi resurslara nəzarətdir; Vaşinqton Çinin enerji təminatını kəsmək üçün Rusiya, Venesuela və İranın resurslarını nəzarətə götürməyə çalışır, Tehranla isə Hörmüz boğazının birgə idarə olunması üzərində gizli memorandum əldə edilib”.

Avropa.info xəbər verir ki, bunu qlobal güclərin Avrasiya uğrunda mübarizəsini, Rusiya-Ukrayna müharibəsinin daxili iqtisadi fəsadlarını və ABŞ-nin İrana yönəlik strateji gedişlərini Sosdem.az-a təhlil edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Əsas Geosiyasi Qarşıdurma…

Analitik qlobal sistemdə aparıcı güc mərkəzlərinin dəyişdiyini və əsas hədəfin Pekini zəiflətmək olduğunu diqqətə çatdırıb:

“Dünyada gedən proseslər, konfliktlər və müharibələr ayrı-ayrılıqda təhlil olunsa da, onların mahiyyəti eynidir: qlobal hökmranlıq və iqtisadi resurslara nəzarət uğrunda mübarizə. Bu gün Uzaq Şərqdən Yaxın Şərqə uzanan Avrasiya coğrafiyasına nəzarət dünya iqtisadiyyatına və siyasi üstünlüyə nəzarət deməkdir. Buna görə də əsas geosiyasi qarşıdurma ABŞ ilə Çin arasında gedir. Rusiya isə artıq dünya nizamını müəyyən edən əsas güc statusunu böyük ölçüdə itirib. ABŞ-ın Venesuela, İran və Rusiyaya qarşı siyasətinin əsasında da Çinin enerji təminatını nəzarət altına almaq məqsədi dayanır. Çünki bu ölkələr Çinin əsas enerji mənbələridir və onların resurslarına nəzarət faktiki olaraq Çinə nəzarət deməkdir”.

Rusiya Hərbi Meydanda…

Siyasi şərhçi Ukrayna cəbhəsindəki son vəziyyəti və Rusiyanın tarixi süqut ssenarilərini belə izah edib:

“ABŞ Ukrayna istiqamətində də strateji məqsədlərinin mühüm hissəsinə nail olub. Ukraynanın zəngin təbii sərvətləri və nadir metallarının gələcək istismarı ilə bağlı əldə olunmuş razılaşmalar Vaşinqtonun mövqelərini gücləndirib. Bunun fonunda Rusiya getdikcə daha mürəkkəb vəziyyətə düşür. Son 300 ildə Rusiya imperiyasını birbaşa hərbi güclə məğlub etmək demək olar ki, mümkün olmayıb. Rusiya hərbi meydanda deyil, məhz apardığı böyük müharibələrin yaratdığı daxili siyasi, iqtisadi və sosial böhranların nəticəsində zəifləyib. Birinci Dünya müharibəsindən sonra daxildən dağıldı, Soyuq müharibənin sonunda isə SSRİ iqtisadi tənəzzül səbəbindən parçalandı. Bu gün də oxşar proseslər gedir və Ukrayna artıq Rusiya üzərində ciddi qələbələr əldə edir. Hətta Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın ən yaxın müttəfiqi olan Belarusa ultimatumu və Aleksandr Lukaşenkonun çarəsiz durumu Rusiyanın tarixi süqutunun açıq sübutudur. Lakin Qərb Rusiyanın tam parçalanmasını istəmir, çünki ondan ən çox Çin faydalana bilər. ABŞ Çinlə məsələni həll edənə qədər Rusiyanın bütövlüyünü qorumaq məcburiyyətindədir”.

 

 

İran Tələblərlə Razılaşmasaydı…

MCP rəsmisi ABŞ və İran arasında Hörmüz boğazı və enerji resursları ilə bağlı əldə olunan pərdəarxası anlaşmanın detallarını açıqlayıb:

“Tehran və Vaşinqton arasında zahirən siyasi çəkişmə davam etsə də, İran nefti və enerji ixracı artıq ABŞ-ın strateji maraqlarına uyğun həyata keçiriləcək. Əslində, Hörmüz boğazının ödənişli və nəzarətli sistemə keçməsi ABŞ və İranın ortaq maraqlarına xidmət edir. Bu halda Körfəz ölkələrindən nəinki Çinə, bütövlükdə dünyaya neft və qaz ixracı tam nəzarət altına alınır. Sözsüz ki, İran Vaşinqtonun tələbləri ilə razılaşmasaydı, ABŞ-ın NATO müttəfiqləri ilə birlikdə İrana qarşı genişmiqyaslı müharibə aparacağı şübbəsiz idi. Məhz bu səbəbdən də razılaşma qarşılığında İrana xarici auditoriyada ‘qalib görüntüsü’ hədiyyə edilir. ABŞ Prezidenti Donald Trampın G7 sammitində Ukraynanı dəstəkləmək üçün Avropa liderləri ilə tam razılığa gəlməsi də Qərbin bu qlobal və böyük planlar üzrə vahid mövqedən çıxış etdiyinin bariz sübutudur”.

Əvvəlki Yazı

69 yaşlı qadın evində ölü tapıldı

Növbəti Yazı

Dohada ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı danışıqların keçirilməsi planlaşdırılır

XƏBƏR LENTİ

İsrailin Suriyaya hücumlarına Türkiyədən sərt reaksiya

İsrailin Suriyaya hücumlarına Türkiyədən sərt reaksiya

18 Avqust 2026 / 19:50
6
Tramp: İranla davam edən və ya planlaşdırılan danışıqlar yoxdur

Tramp: İranla davam edən və ya planlaşdırılan danışıqlar yoxdur

18 Avqust 2026 / 18:26
9
Azərbaycan CNN-i MƏHKƏMƏYƏ VERDİ: Təxribata cavab

Azərbaycan CNN-i MƏHKƏMƏYƏ VERDİ: Təxribata cavab

18 Avqust 2026 / 17:59
7
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” kimi göstərən şəkil paylaşıb

Tramp Hörmüz boğazını “ABŞ ərazisi” kimi göstərən şəkil paylaşıb

18 Avqust 2026 / 16:15
3
Azərbaycan XİN Rusiyanın Bakıdakı səfirini nazirliyə çağırıb

Azərbaycan XİN Rusiyanın Bakıdakı səfirini nazirliyə çağırıb

18 Avqust 2026 / 16:08
19
Prezident İlham Əliyev Britaniya səfirini qəbul etdi – Foto

Prezident İlham Əliyev Britaniya səfirini qəbul etdi – Foto

18 Avqust 2026 / 15:57
26
Binəqədi rayonunda baş verən yanğın söndürüldü – Video – Yenilənib

Binəqədi rayonunda baş verən yanğın söndürüldü – Video – Yenilənib

18 Avqust 2026 / 15:40
5
Qəzzalı körpələr nəfəs almaq üçün lazım olan oksigendən belə məhrumdurlar

Qəzzalı körpələr nəfəs almaq üçün lazım olan oksigendən belə məhrumdurlar

18 Avqust 2026 / 14:11
17
“Sevgi evi”-nin sahibi Könül Qasımova yenidən həbs olundu

“Sevgi evi”-nin sahibi Könül Qasımova yenidən həbs olundu

18 Avqust 2026 / 14:05
8
Anar Bayramov Baş həkimi işdən azad etdi

Anar Bayramov Baş həkimi işdən azad etdi

18 Avqust 2026 / 13:58
18
Məhkəmə Pakistanın keçmiş baş naziri İmran Xanın həbsxanadan xəstəxanaya köçürülməsinə qərar verib

Məhkəmə Pakistanın keçmiş baş naziri İmran Xanın həbsxanadan xəstəxanaya köçürülməsinə qərar verib

18 Avqust 2026 / 13:05
21
Usta Universitetdə təmir işləri görərkən qəfil öldü

Usta Universitetdə təmir işləri görərkən qəfil öldü

18 Avqust 2026 / 12:58
4
Məhəmməd Əsədullazadə: “İran Rusiyanın “xaricdəki rusdillilər” təzyiq modelini təkrar edir”

Məhəmməd Əsədullazadə: “İran Rusiyanın “xaricdəki rusdillilər” təzyiq modelini təkrar edir”

18 Avqust 2026 / 11:24
56
Moskvaya çox  sayda dronla hücum olub – Video

Moskvaya çox  sayda dronla hücum olub – Video

18 Avqust 2026 / 10:36
7
Behnam Səidi: “Hörmüz boğazı İrana qarşı təhdidlər bitənə qədər bağlı qalacaq”

UKMTO: Hörmüz boğazında gəmi vurulub, ekipaj üzvləri arasında itkilər bar

18 Avqust 2026 / 10:31
8
Filippində orta məktəbə atışma nəticəsində 4 nəfər ölüb

Filippində orta məktəbə atışma nəticəsində 4 nəfər ölüb

18 Avqust 2026 / 10:28
6
Ceyhun Yusifov: Rusiya Azərbaycanda “TOP ƏTİ” axtarır! – “Verbovka” təhlükəsi

Ceyhun Yusifov: Rusiya Azərbaycanda “TOP ƏTİ” axtarır! – “Verbovka” təhlükəsi

18 Avqust 2026 / 10:15
71
Tula vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus 22 pilotsuz uçan aparat vurulub

Gecə saatlarında 150-dən çox PUA-nın vurulduğu Moskva vilayətindən ilk görüntülər ortaya çıxıb

18 Avqust 2026 / 10:02
7
Elbrus dağından 14 turist təxliyə edilib

Elbrus dağından 14 turist təxliyə edilib

18 Avqust 2026 / 9:47
4
Ukrayna Silahlı Qüvvələrinə məxsus 50-dən çox pilotsuz uçuş aparatı Rostov vilayətində hava hücumunu dəf edərkən vurulub

Slyusar: Rostov vilayətində bir gecədə Ukrayna Silahlı Qüvvələrinin 80-dən çox pilotsuz təyyarəsi məhv edilib

18 Avqust 2026 / 9:30
6
Miroşnik: Bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində üçü uşaq olmaqla 69 nəfər ölüb

Miroşnik: Bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində üçü uşaq olmaqla 69 nəfər ölüb

18 Avqust 2026 / 9:25
18
Konstantinov: “Avropanın Rusiya Federasiyasına qarşı sanksiyaları ödəməyə və Kiyevə kömək etməyə pulu yoxdur”

Konstantinov: “Avropanın Rusiya Federasiyasına qarşı sanksiyaları ödəməyə və Kiyevə kömək etməyə pulu yoxdur”

18 Avqust 2026 / 9:12
9
Tovuzda su kanalında iki meyit aşkarlandı – Fotolar

Tovuzda su kanalında iki meyit aşkarlandı – Fotolar

18 Avqust 2026 / 8:47
7
Bu gün Həcc ziyarətinə qeydiyyat üçün son gündür

Bu gün Həcc ziyarətinə qeydiyyat üçün son gündür

18 Avqust 2026 / 8:18
7
Cristiano Ronaldo təqaüdə çıxır?

Cristiano Ronaldo təqaüdə çıxır?

18 Avqust 2026 / 8:12
9
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6 min 438-ə yüksəlib

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6 min 438-ə yüksəlib

18 Avqust 2026 / 8:08
9
Atlantik:”Rusiya və Çin Tayvana və Avropaya eyni vaxtda müdaxiləyə başlaya bilər”

Atlantik:”Rusiya və Çin Tayvana və Avropaya eyni vaxtda müdaxiləyə başlaya bilər”

18 Avqust 2026 / 8:02
19
Xətai rayonunda üç nəfər bıçaqlanıb

Xətai rayonunda üç nəfər bıçaqlanıb

18 Avqust 2026 / 7:50
10
20 il ərzində evləndiyi yaşlı kişiləri öldürməkdə təqsirli bilinib

20 il ərzində evləndiyi yaşlı kişiləri öldürməkdə təqsirli bilinib

18 Avqust 2026 / 7:43
6
ABŞ Ukraynaya bəzi komponentləri olmayan “Bradley” zirehli maşınlarını göndərəcək

ABŞ Ukraynaya bəzi komponentləri olmayan “Bradley” zirehli maşınlarını göndərəcək

18 Avqust 2026 / 7:32
7
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.