15 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Tramp İranda “Delsi Rodriges” planına nail olarsa belə, nəticə müvəqqəti xarakterli olacaq-Vüqar Dadaşov

Mart 26, 2026
Siyasət
A A

ABŞ prezidenti Donald Trampın İranda “Delsi Rodriges” planının realizəsi mümkün deyil. Baş tutacağı təqdirdə belə ABŞ üçün uğurlu nəticə verə bilməz. Əvvəla, İran hərbi potensialına, böyük ərazisinə və siyasi-ideoloji quruluşuna görə Venesueladan kəskin fərqlənir.

 

Venesuela xalqı və ordusu ABŞ-la döyüşmək istəmirdi. Hər iki xalq ortaq xristian dəyərlərinə və Qərb mədəniyyətinə sahibdir.

Bunu Avropa.info-ya Milli Cəbhə Partiyasının başqan müavini siyasi şərhçi Vüqar Dadaşov deyib.

Vüqar Dadaşov əlavə olaraq qeyd edib ki, İran isə tamamilə fərqli sivilizasiya, siyasi-ideoloji, dini quruluş və islam mədəniyyətinə malikdir. ABŞ Venesuela ilə siyasi hakimiyyət qarşıdurması, İranla qarşıdurma isə daha çox ABŞ siyasi hakimiyyətinə qarşı İran xalqının müqavimətidir. Odur ki, İran-Venesuela analojiyası uyğunsuzdur.

ABŞ İranı məğlub edə bilmir?

Qaldı ki, ABŞ-ın İranda indiki siyasi, ictimai vəziyyətdə parlament spikeri Qalibaf nümunəsində “Delsi Rodriges” axtarışı özünü doğrulda bilməz (“Delsi Rodriges” – ABŞ-ın Nikolas Maduro əməliyyatından sonra ABŞ-a tabe Delsi Rodrigesin hakimiyyətə gətirilməsi). İranda SEPAH siyasi və hərbi səhnədən getmədən, dini rejim ideologiyası mövcuddursa, elan olunmuş rejim və sistem dəyişiklikləri olmadan ABŞ-la sövdələşməyə gedən hər hansı fiqurun hakimiyyətə gətirilməsi və saxlanması mümkün deyil; belə şəraitdə İranın ABŞ və İsrailə dayanıqlı loyallığından söhbət gedə bilməz.

İranın ali dini lideri Əli Xamenei öldürülməsindən bir neçə gün əvvəl çıxışında İran dövləti və şəxsi həyatının dinlə müqayisədə mənasız olduğu və ilk növbədə əhalinin dini qorumaq tövsiyəsi çox ciddi bir cəmiyyət müqavimətini özündə əks etdirir. Digər tərəfdən, Əli Xameneinin İsrail və ABŞ tərəfindən öldürülməsini etnik mənsubiyyətindən asılı olmayaraq İran əhalisi özünün şəxsi alçaldılması hesab edir. Fars Sasani imperiyası ərəb İslam xilafətinə məğlub olub dağıdılsa da, farslar İslamın ikitirəliyini siyasi-ideoloji müstəviyə gətirərək, nəticədə bir növ İslam üzərində də qələbə qazanıblar.

Tramp İranda “Delsi Rodriges” planına nail olarsa belə, nəticə müvəqqəti xarakterli olacaq. Bu kontekstdə Əfqanıstan nümunəsi də göstərir ki, hakimiyyətə kimin gətirilməsindən asılı olmayaraq, ABŞ regionu tərk etdikdən sonra Taliban öz hakimiyyətini bərpa etdi. Hazırda da İran elə bir siyasi-ictimai vəziyyətdədir ki, rejim dəyişikliyi İranın öz ideoloji düşüncəsindən imtina etməsinə imkan vermir.

Artıq bəllidir ki, ABŞ və İsrail təkcə hava zərbələri ilə İranda rejim dəyişikliyi və ərəb körfəz ölkələri kimi loyallıq əldə etməsi mümkün deyil. Digər tərəfdən, rejimin mövcudluğunda hər hansı bir fiqur İranın siyasi ideoloji xəttini dəyişə bilməz. Ancaq müharibədən çıxışa imkan yarada bilərdi.

Tramp İranda “Delsi Rodriges”i hakimiyyətə gətirə biləcək?

Görünür ki, danışıqlar, şərtlər paketi, “Delsi Rodriges” variantı tərəflərin vaxt uduşuna hesablanıb. ABŞ və İsrailin İrana hücumu, İranın tutarlı müqaviməti, Hörmüz boğazındakı məhdudiyyətlər, Çin və Rusiyanın İrana dəstəyi nəticəsində yaranmış vəziyyət qlobal gərginlik, iqtisadi böhran ehtimalı ilə müharibəni indiki nəticələrlə dayandırmağa imkan vermir. İranın müqavimətini qırmaq quru əməliyyatlarını mütləq zərurətə çevirir. Ancaq quru əməliyyatlarının da nəticə verəcəyi şübhəlidir.

“The Wall Street Journal”a görə, ABŞ Yaxın Şərqə 3000 elit hərbçi göndərməyə hazırlaşır. Həmçinin, mənbə məlumat verir ki, Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər. İsrail isə 400.000 ehtiyat əsgəri səfərbər edir. “AXIOS” xəbərinə görə, kürd dəstələri ABŞ MKİ və İsrail Mossadın dəstəyi ilə İran rejiminə qarşı hücuma hazırlaşır. Böyük Britaniya baş naziri Kir Starmer Hörmüz boğazını yenidən açmaq planı üzərində işlədiklərini bildirib. “Daily NK” isə, Şimali Koreyanın İrana dəstək üçün əsgər göndərməyə hazırlaşdığını yazır. Proksi qüvvələrlə yanaşı Hüsilərin də İrana hərbi dəstəyi mümkündür.

Proseslər onu göstərir ki, İrana qarşı artıq koalisiya formasında müxtəlif istiqamətlərdən quru hərbi əməliyyatların ehtimalı güclənir və toqquşmanın baş verəcəyi təqdirdə nəticə bütün dünya üçün ciddi təhlükələr vəd edir.

Şirvani Hümmət oğlu

Avropa.info

Əvvəlki Yazı

Azərbaycanda bu model avtomobillər kəskin bahalaşıb – VİDEO

Növbəti Yazı

Mədəniyyət missiyası daşıyan dil: tariximizin, mədəniyyətimizin aynası

XƏBƏR LENTİ

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 ölüb

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 ölüb

15 Avqust 2026 / 9:13
0
Tula vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus 22 pilotsuz uçan aparat vurulub

Tula vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus 22 pilotsuz uçan aparat vurulub

15 Avqust 2026 / 9:08
9

Ukrayna Rusiyanın 17 bölgəsinə zərbələr endirib: Hərbi zavod və aerodrom dağıdıldı

15 Avqust 2026 / 8:46
7
Ukraynanın şimal-şərqində partlayış baş verib və hava hücumu barədə xəbərdarlıq edilib

Ukraynanın şimal-şərqində partlayış baş verib və hava hücumu barədə xəbərdarlıq edilib

14 Avqust 2026 / 19:12
5
Qazaxıstanın bir neçə bölgəsində elektrik enerjisi kəsilib

Qazaxıstanın bir neçə bölgəsində elektrik enerjisi kəsilib

14 Avqust 2026 / 17:27
12
Çin Rusiya prezidentinin mübahisəli bölgəyə səfiri ilə bağlı bəyanat verdi

Çin Rusiya prezidentinin mübahisəli bölgəyə səfiri ilə bağlı bəyanat verdi

14 Avqust 2026 / 17:18
3
Bərdə rayonunda şəhid qardaşının meyiti tapıldı – FOTO

Bərdə rayonunda şəhid qardaşının meyiti tapıldı – FOTO

14 Avqust 2026 / 17:11
8
Saxlanılan 100 Litva yük maşınının sahibləri onları Belarusda tərk ediblər

Saxlanılan 100 Litva yük maşınının sahibləri onları Belarusda tərk ediblər

14 Avqust 2026 / 16:09
13
Ukrayna Konstitusiya Məhkəməsinin məmuru 3 yaşlı qızı ilə porno film çəkib

Ukrayna Konstitusiya Məhkəməsinin məmuru 3 yaşlı qızı ilə porno film çəkib

14 Avqust 2026 / 15:57
7
Fransanın 50 əyalətində meşə yanğını təhlükəsi səbəbindən narıncı həyəcan elan edilib

Fransanın Landes əyalətində baş verən meşə yanğınında 1100 hektar ərazi külə dönüb

14 Avqust 2026 / 14:10
10
Prezident İlham Əliyev Fərman imzaladi

Prezident İlham Əliyev Fərman imzaladi

14 Avqust 2026 / 14:03
23
Rusiyanın Bryanski şəhəri raket hücumuna məruz qalib-ölən və yaralılar var-Video

Rusiyanın Bryanski şəhəri raket hücumuna məruz qalib-ölən və yaralılar var-Video

14 Avqust 2026 / 13:57
21
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

İranın Zəngəzur təhdidləri: hədəf Ermənistan, ya Azərbaycan və Türk dünyasıdır?-Vüqar Dadaşov yazir

14 Avqust 2026 / 13:48
69
Putin təsdiqlədi:Əcnəbilər bu hallarda Rusiyadan çıxarılacaqlar

Rusiya NATO-nun müdafiə imkanları ilə bağlı narahatlıqları gücləndirib.

14 Avqust 2026 / 11:54
17
Məhəmməd Əsədullazadə :“Moskva Təzyiq Siyasətini Sürdürür”

Məhəmməd Əsədullazadə:”SEPAH İranın siyasi qərarvermə mexanizmini ələ keçirir”

14 Avqust 2026 / 10:39
56
Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 553 Ukrayna pilotsuz təyyarəsini məhv edib

Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 553 Ukrayna pilotsuz təyyarəsini məhv edib

14 Avqust 2026 / 10:07
14
Hindistanda su elektrik stansiyasında tunelin çökməsi nəticəsində 7 nəfər ölüb,bir nəfər itkin düşüb

Hindistanda su elektrik stansiyasında tunelin çökməsi nəticəsində 7 nəfər ölüb,bir nəfər itkin düşüb

14 Avqust 2026 / 9:54
18
Antalyada meşə yanğını nəzarət altına alınıb

Antalyada meşə yanğını nəzarət altına alınıb

14 Avqust 2026 / 9:31
14
Lavrov:”Rusiya gəmilərini saxlamaqda məqsədləri budur”

Lavrov:”Rusiya gəmilərini saxlamaqda məqsədləri budur”

14 Avqust 2026 / 9:26
10
Qırğızıstan Prezidenti Sadır Japarov ikinci müddətə namizədliyini irəli sürəcək

Qırğızıstan Prezidenti Sadır Japarov ikinci müddətə namizədliyini irəli sürəcək

14 Avqust 2026 / 9:14
22
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

14 Avqust 2026 / 9:10
119
Zelenski yeni sülh planını ABŞ-a təhvil verib

Politico: Zelenski ABŞ-a yeni səfir tapa bilmir

14 Avqust 2026 / 9:04
3
Oleq Soskin:”Hər şey məhv olacaq Kiyev rejimi cinayətkar olaraq uzaqgörən elan edildi”

Oleq Soskin:”Hər şey məhv olacaq Kiyev rejimi cinayətkar olaraq uzaqgörən elan edildi”

14 Avqust 2026 / 8:58
9
Zaqalatada ağır yol-nəqliyyat hadisəsi-Xəsarət alanlar var

Zaqalatada ağır yol-nəqliyyat hadisəsi-Xəsarət alanlar var

14 Avqust 2026 / 8:42
6
Fransada Pokemon oğurluğu: 80 min avro dəyərində kart oğurlanıb

Fransada Pokemon oğurluğu: 80 min avro dəyərində kart oğurlanıb

14 Avqust 2026 / 8:09
8
Ukraynanin Rusiyadaki hədəfi bəlli oldu-Amma…

Ukraynanin Rusiyadaki hədəfi bəlli oldu-Amma…

14 Avqust 2026 / 8:01
13
Oman sahillərində kütləvi neft sızıntısı geniş əraziyə yayılıb

Oman sahillərində kütləvi neft sızıntısı geniş əraziyə yayılıb

14 Avqust 2026 / 7:56
9
Xankəndinə daha 22 ailə köçürüldü

Xankəndinə daha 22 ailə köçürüldü

14 Avqust 2026 / 7:50
8
Qahirədə ticarət mərkəzində dəhşətli partlayış baş verib – Ölənlər və yaralananlar var – Video

Qahirədə ticarət mərkəzində dəhşətli partlayış baş verib – Ölənlər və yaralananlar var – Video

14 Avqust 2026 / 7:44
21
ABŞ hakimi Tramp administrasiyasının Harvard Universitetinə qarşı qaldırdığı “antisemitizm” iddiasından imtina edib

ABŞ hakimi Tramp administrasiyasının Harvard Universitetinə qarşı qaldırdığı “antisemitizm” iddiasından imtina edib

14 Avqust 2026 / 7:27
30
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.