14 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Avqust 14, 2026
Siyasət
A A

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış müdafiə əməkdaşlığı sazişi ilk baxışdan ABŞ və İsrailin İranla qarşıdurması fonunda ortaya çıxmış hərbi blok kimi dəyərləndirilsə də, geosiyasi proseslərin dərin təhlili bunun daha böyük strateji layihə olduğunu göstərir. Bu saziş təkcə cari təhlükəsizlik təhdidlərinə cavab deyil, həm də İslam dünyasının gələcək kollektiv təhlükəsizlik modelinin təməlini təşkil edə bilər.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Məkkə müdafiə sazişini, Səudiyyə Ərəbistanındakı daxili transformasiyanı, İranın gələcək taleyini və ABŞ-ın regional planlarını şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Vüqar Dadaşov deyib.

“Ər-Riyadın Mülayim Dini-Siyasi Modeli Və Yeni Təhlükəsizlik Əməkdaşlığı”

Analitik Səudiyyə Ərəbistanında son onillikdə həyata keçirilən daxili islahatların bu sazişə zəmin yaratdığını diqqətə çatdırıb:

“Səudiyyə Ərəbistanında Ali Dini Şuranın yenidən təşkil edilməsi, dini polisin səlahiyyətlərinin məhdudlaşdırılması, radikal din xadimlərinin uzaqlaşdırılması, qadın hüquqlarının genişləndirilməsi və mədəni qadağaların götürülməsi dövlətin mülayim dini-siyasi modelə keçdiyini göstərir. Rəsmi Ər-Riyad elan etməsə də, bu addımlar faktiki olaraq vəhhabizmdən imtina dönüşüdür.

Məhz bu transformasiya fonunda Ankara, İslamabad və Ər-Riyadın yaxınlaşması yalnız ‘sünni bloku’ deyil, məzhəb fərqlərini arxa plana keçirən ümumi İslam təhlükəsizlik platforması cəhdidir. Hətta İran XİN-in sözçüsü İsmayıl Bəqayi də bu sazişin Tehrana qarşı yönəlmədiyini, region ölkələrinin xarici güclərdən asılılığını azaltmaq cəhdi olduğunu bildirib”.

“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Şərhçi İrandakı ideoloji və siyasi sistemin gələcək transformasiya ehtimallarını da dəyərləndirib:

“İranda zəifləmiş Ali dini lider institutunun və SEPAH-ın hakimiyyətdən kənarlaşdırılması qlobal güclərin əsas strateji hədəfidir. Ölkəyə tətbiq edilən hərbi, iqtisadi və dəniz blokadası daxili transformasiya şəraitinin yaradılmasına hesablanıb. İstisna deyil ki, Səudiyyə Ərəbistanının vəhhabizmdən, İranın isə fars radikal şiə konsepsiyasından imtinası müəyyən pərdəarxası razılaşmaların tərkib hissəsidir. İranda fundamental dəyişikliklər baş verərsə, Tehranın da ‘Məkkə sazişi’nə və ümumi təhlükəsizlik mexanizminə inteqrasiyası yüksəkdir”.

“ABŞ-ın Dolayı Razılığı Və Regional Məsuliyyət”

MCP rəsmmisi Vaşinqtonun bu müdafiə platformasına münasibətinə də diqqət çəkib:

“Hər üç ölkə Vaşinqtonla strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu səbəbdən Məkkə sazişinin Ağ Evin dolayısı ilə razılığı və ya etirazı olmadan formalaşması inandırıcı görünmür. ABŞ-ın son illərdə Yaxın Şərqdə birbaşa hərbi iştirakını azaltmaq və məsuliyyəti regional dövlətlər arasında bölüşdürmək yanaşması da bu ehtimalı gücləndirir. Məkkə paktı Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının başlanğıcıdır. Bunun nə dərəcədə reallaşacağını isə İrandakı daxili siyasi transformasiya və qlobal güclərin geosiyasi seçimləri müəyyən edəcək”.

Əvvəlki Yazı

Politico: Zelenski ABŞ-a yeni səfir tapa bilmir

Növbəti Yazı

Qırğızıstan Prezidenti Sadır Japarov ikinci müddətə namizədliyini irəli sürəcək

XƏBƏR LENTİ

Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 553 Ukrayna pilotsuz təyyarəsini məhv edib

Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 553 Ukrayna pilotsuz təyyarəsini məhv edib

14 Avqust 2026 / 10:07
14
Hindistanda su elektrik stansiyasında tunelin çökməsi nəticəsində 7 nəfər ölüb,bir nəfər itkin düşüb

Hindistanda su elektrik stansiyasında tunelin çökməsi nəticəsində 7 nəfər ölüb,bir nəfər itkin düşüb

14 Avqust 2026 / 9:54
18
Antalyada meşə yanğını nəzarət altına alınıb

Antalyada meşə yanğını nəzarət altına alınıb

14 Avqust 2026 / 9:31
14
Lavrov:”Rusiya gəmilərini saxlamaqda məqsədləri budur”

Lavrov:”Rusiya gəmilərini saxlamaqda məqsədləri budur”

14 Avqust 2026 / 9:26
10
Qırğızıstan Prezidenti Sadır Japarov ikinci müddətə namizədliyini irəli sürəcək

Qırğızıstan Prezidenti Sadır Japarov ikinci müddətə namizədliyini irəli sürəcək

14 Avqust 2026 / 9:14
22
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

14 Avqust 2026 / 9:10
110
Zelenski yeni sülh planını ABŞ-a təhvil verib

Politico: Zelenski ABŞ-a yeni səfir tapa bilmir

14 Avqust 2026 / 9:04
2
Oleq Soskin:”Hər şey məhv olacaq Kiyev rejimi cinayətkar olaraq uzaqgörən elan edildi”

Oleq Soskin:”Hər şey məhv olacaq Kiyev rejimi cinayətkar olaraq uzaqgörən elan edildi”

14 Avqust 2026 / 8:58
9
Zaqalatada ağır yol-nəqliyyat hadisəsi-Xəsarət alanlar var

Zaqalatada ağır yol-nəqliyyat hadisəsi-Xəsarət alanlar var

14 Avqust 2026 / 8:42
5
Fransada Pokemon oğurluğu: 80 min avro dəyərində kart oğurlanıb

Fransada Pokemon oğurluğu: 80 min avro dəyərində kart oğurlanıb

14 Avqust 2026 / 8:09
8
Ukraynanin Rusiyadaki hədəfi bəlli oldu-Amma…

Ukraynanin Rusiyadaki hədəfi bəlli oldu-Amma…

14 Avqust 2026 / 8:01
13
Oman sahillərində kütləvi neft sızıntısı geniş əraziyə yayılıb

Oman sahillərində kütləvi neft sızıntısı geniş əraziyə yayılıb

14 Avqust 2026 / 7:56
9
Xankəndinə daha 22 ailə köçürüldü

Xankəndinə daha 22 ailə köçürüldü

14 Avqust 2026 / 7:50
8
Qahirədə ticarət mərkəzində dəhşətli partlayış baş verib – Ölənlər və yaralananlar var – Video

Qahirədə ticarət mərkəzində dəhşətli partlayış baş verib – Ölənlər və yaralananlar var – Video

14 Avqust 2026 / 7:44
20
ABŞ hakimi Tramp administrasiyasının Harvard Universitetinə qarşı qaldırdığı “antisemitizm” iddiasından imtina edib

ABŞ hakimi Tramp administrasiyasının Harvard Universitetinə qarşı qaldırdığı “antisemitizm” iddiasından imtina edib

14 Avqust 2026 / 7:27
30
RİA Novosti:”Təqaüdçüləri mənzil üçün öldürürlər, Ukrayna Silahlı Qüvvələri Sumı bölgəsində necə vəhşiliklər edir”

RİA Novosti:”Təqaüdçüləri mənzil üçün öldürürlər, Ukrayna Silahlı Qüvvələri Sumı bölgəsində necə vəhşiliklər edir”

13 Avqust 2026 / 23:36
20
Qətər: ABŞ-İran gərginliyini azaltmaq üçün səylər davam edir, Hörmüz boğazının açılması prioritetlər sırasındadır

WSJ: ABŞ İranla gərginliyin davam etdiyi Yaxın Şərqə yeni təyyarədaşıyıcı göndərməyə hazırlaşır

13 Avqust 2026 / 23:25
23
“Bu ilin ən yüksək temperaturu” 38,1 dərəcə ilə İngiltərədə qeydə alınıb

“Bu ilin ən yüksək temperaturu” 38,1 dərəcə ilə İngiltərədə qeydə alınıb

13 Avqust 2026 / 23:18
19
Misir Xarici İşlər Naziri: Türkiyə və Misir əlaqələri möhkəm təməllərə əsaslanır

Misir Xarici İşlər Naziri: Türkiyə və Misir əlaqələri möhkəm təməllərə əsaslanır

13 Avqust 2026 / 23:14
16
Kəlbəcər rayonunda mina partlayıb – Xəsarət alan var

Kəlbəcər rayonunda mina partlayıb – Xəsarət alan var

13 Avqust 2026 / 20:43
8
İran: Heç bir gəmi İran Silahlı Qüvvələrinin icazəsi və nəzarəti olmadan Hörmüz boğazından keçə bilməz

İran: Heç bir gəmi İran Silahlı Qüvvələrinin icazəsi və nəzarəti olmadan Hörmüz boğazından keçə bilməz

13 Avqust 2026 / 20:01
7
 İsrail ordusu İordan çayının qərb sahilindən zorla təxliyə edilən fələstinlilərə məxsus 16 evi ələ keçirib

 İsrail ordusu İordan çayının qərb sahilindən zorla təxliyə edilən fələstinlilərə məxsus 16 evi ələ keçirib

13 Avqust 2026 / 16:23
1
Kənd Təsərrüfatı Nazirliyi Samuxdakı hadisə ilə bağlı açıqlama yaydı

Kənd Təsərrüfatı Nazirliyi Samuxdakı hadisə ilə bağlı açıqlama yaydı

13 Avqust 2026 / 16:15
9
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə Müdafiə Sazişi imzalandi

Türkiyə Milli Müdafiə Nazirliyi: Məkkə müqaviləsi ilə hərbi əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsi planlaşdırılır

13 Avqust 2026 / 13:54
7
Bloomberg: Hörmüz boğazında gəmilərin hərəkəti demək olar ki, dayanıb

İran rəsmisindən açıqlama: “İsrail və ABŞ gəmiləri Hörmüz boğazından keçə bilməyəcək

13 Avqust 2026 / 13:10
16
Fransanın 50 əyalətində meşə yanğını təhlükəsi səbəbindən narıncı həyəcan elan edilib

Fransanın 50 əyalətində meşə yanğını təhlükəsi səbəbindən narıncı həyəcan elan edilib

13 Avqust 2026 / 13:05
14
İranın xarici işlər naziri Trampa xəbərdarlıq edib: “Hörmüz boğazında daha böyük səhvə yol verməyin

İranın xarici işlər naziri Trampa xəbərdarlıq edib: “Hörmüz boğazında daha böyük səhvə yol verməyin

13 Avqust 2026 / 13:00
16
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

“Məkkə sazişi”nə İran da qoşulur?-Vüqar Dadaşov yazir

13 Avqust 2026 / 12:53
109
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

13 Avqust 2026 / 12:43
3
Ukrayna İrana məxsus yük maşınını vurub

Ukrayna İrana məxsus yük maşınını vurub

13 Avqust 2026 / 12:31
2
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.